Agdash,Azerbaijan

Agdash,Azerbaijan AĞDAŞ ŞƏHƏR Ağdaş rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar ən qədim zamanlardan məskunlaşmışlar.

Qədim yunan müəllifi Strabon bu ərazilərdə insanların məskunlaşdığını, təsərrüfat fəaliyyəti ilə məşğul olduqlarını, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini qeyd etmişdir. Təbii iqlim və torpaq şəraiti burada qədim dövrlərdən əkinçilik və maldarlığın yüksək inkişafı üçün əlverişli imkan və şərait yaratmışdır.

Tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1926-cı ildə ləğv edilmiş, ərazisinin bir hissəsi Şəki, bir hissəsi – Ağdaş şəhəri və Ağdaş nahiyəsi, Göyçay qəzasına verilmişdi. 1930-cu ildə Ağdaş rayonu yaradılır. Rayonun inzibati mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.

1999-cu il iyun ayının 4-də Ağdaşda orta güclü zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində insan itkisi olmasa da, 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşmüşdür. Lakin sonrakı illərdə bu evlərin bir çoxu əsaslı təmir edilmişdir. Zəlzələ nəticəsində dəyən iqtisadi ziyanın miqdarının 2,5 milyon dollar olduğu təxmin edilir. Coğrafi mövqeyi:
Ağdaş rayonu Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Səthi, əsasən, düzənlik, şimal hissədə dağlıqdır. Düzənlik hissədə Antropogen, dağlıq hissədə isə Neogen çöküntüləri yayılmışdır. Ərazisində gil çıxarılır. Rayonun ərazisindən Türyan çayı, cənub-qərb sərhədi boyu Kür çayı axır. Baş Şirvan kollektoru Ağdaş rayonu ərazisindən başlanır. Türyan çayında su qovşağı yaradılmışdır. Rayonda, əsasən, boz-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində tuqay meşələri, rayonun şimal hissəsində (Türyançay dövlət təbiət qoruğunda) ardıc və saqqız ağaclarından ibarət seyrək arid meşələr vardır. Heyvanları: canavar, tülkü, çöldonuzu, quşlardan kəklik, turac, qırqovul, kərkəs, sürünənlərdən gürzə, kələz məskunlaşmışdır. Rayonun ərazisindən Bakı-Tiflis dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.

İqlimi:
Rayonun iqlimi düzənlik yerlərdə mülayim isti və quru-subtropikdir. Rayonda orta illik temperatur 14,2 dərəcədir. Orta temperatur yanvarda 1,2-1,4 °C, iyulda isə 25-27 °C-dir. İllik yağıntı miqdarı 300-450 mm-dir. Görkəmli şəxsləri:

Şəfibəy Rüstəmbəyli - Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirinin müavini, AXC Parlamentinin üzvü. Habil Əliyev- tanınmış kaman ustası, Azərbaycan Respublikasının xalq artisti
Fikrət Qoca - Azərbaycanın Xalq Şairi;
Muxtar Əfəndizadə- görkəmli Azərbaycan şərqşünas alimi. Məqsud Şeyxzadə - Azərbaycanlı əsilli Özbəkistanın görkəmli Xalq Şairi. Bəkir Nəbiyev - görkəmli Azərbaycan alimi, ədəbiyyatşünas, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Saleh Salehov - görkəmli Azərbaycan həkimi, tibb elmləri doktoru, professor. Sadiq Abdullayev - görkəmli Azərbaycan riyaziyyatçı alimi, Azərbaycannın Əməkdar Müəllimi, Bakı Dövlət Universitetinin riyazi analiz kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru. Arif Heydərov- Azərbaycan SSR-nın sabiq Daxili İŞlər Naziri, general-leytenant. Dağlar Abdullayev - Azərbaycannın görkəmli hərbi həkimi, tibb xidməti general-mayoru. Mövlam Şıxəliyev - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş idarəsinin rəisi, general-mayor.

18/02/2024
13/12/2013
AGDASH PARKI
13/12/2013

AGDASH PARKI

AGDASH
13/12/2013

AGDASH

Address

Agdash
0300

Website

Alerts

Be the first to know and let us send you an email when Agdash,Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share