02/07/2020
Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsləri yaradılıb və Nizamnamələri təsdiqlənib.
Nazirlik yanında müvafiq qurumların bazasında yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcək.
Ətraflı: http://sosial.gov.az/post_352942