Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

5 Avqust – Azərbaycan Respublikasının Hərbi Donanması Günü Mübarək! ​Xəzər dənizində suveren hüquqlarımızın, dəniz sərhə...
05/08/2026

5 Avqust – Azərbaycan Respublikasının Hərbi Donanması Günü Mübarək!

​Xəzər dənizində suveren hüquqlarımızın, dəniz sərhədlərimizin və dövlət maraqlarımızın etibarlı keşikçisi olan Hərbi Dəniz Qüvvələrimizin yaranması gününü qürurla qeyd edirik!
​Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə formalaşan, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən müasir texnika və yüksək peşəkarlıqla təchiz edilən hərbi donanmamız ölkəmizin müdafiə qüdrətinin sarsılmaz tərkib hissəsidir. Şanlı Zəfər tariximizdə və dəniz sərhədlərimizin qorunmasında müstəsna xidmətləri olan HDQ-nin şəxsi heyətini və veteranlarımızı ürəkdən təbrik edirik!
​Mavi vətənimizin keşikçilərinə möhkəm cansağlığı, dözümlülük və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının İstiqlaliyyət prospekti, 14 ünvanında yerləşən (Şirvan şəhər Statist...
04/08/2026

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının İstiqlaliyyət prospekti, 14 ünvanında yerləşən (Şirvan şəhər Statistika İdarəsi) ərazi partiya təşkilatının sədri Rövşən Yolçiyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Hörmətli Rövşən müəllim!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə daim yeni uğurlar arzulayırıq.

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının İstiqlaliyyət prospekti, 10 ünvanında yerləşən (Şirvan-Salyan Region...
03/08/2026

Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının İstiqlaliyyət prospekti, 10 ünvanında yerləşən (Şirvan-Salyan Regional Təhsil sektoru) ərazi partiya təşkilatının Nizami küçəsi, 4 ünvanında yerləşən Şirvan şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Aynurə Rzayevanın doğum günüdür. Bu münasibətlə Aynurə Rzayevanı təbrik edir, möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.

1 Avqust – Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü Mübarək! ​Ana dilimiz xalqımızın milli varlığının, zəngin mədəniy...
31/07/2026

1 Avqust – Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü Mübarək!

​Ana dilimiz xalqımızın milli varlığının, zəngin mədəniyyətinin və müstəqil dövlətçiliyimizin ən böyük sərvətidir.
​Ümummilli Lider Heydər Əliyevin uzaqgörən qərarları ilə dövlət dili statusu möhkəmlənən və latın qrafikalı əlifbaya tam keçidi təmin edilən Azərbaycan dili bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz saflığını, zənginliyini və qüdrətini qoruyub saxlayır.
​Milli mənliyimizin və həmrəyliyimizin rəmzi olan Ana dilimizi göz bəbəyi kimi qorumaq, onu inkişaf etdirmək hər birimizin müqəddəs borcudur. Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, dilimizə və əlifbamıza sonsuz ehtiramımızı bildiririk!

Şəhər İcra Hakimiyyətinin başçısı iyul ayının sonuncu cümə axşamı şəhid ailələrinin üzvləri ilə birlikdə Şəhidlər xiyaba...
30/07/2026

Şəhər İcra Hakimiyyətinin başçısı iyul ayının sonuncu cümə axşamı şəhid ailələrinin üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Bələdiyyəsinin sədri İlham Səfərov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, din xadimləri və şəhid ailələrinin üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib.
Sonra şəhid ailəsi üzvlərini narahat edən məsələlərlə bağlı müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

30 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında partiya sıralarına yeni qəbul olunmuş ü...
30/07/2026

30 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatında partiya sıralarına yeni qəbul olunmuş üzvlərlə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov yeni üzvləri partiya sıralarına qəbul olunmaları münasibətilə səmimi-qəlbdən təbrik etmiş, onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.
Zahir Qəhrəmanov çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi olmaqla, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və cəmiyyətin inkişafı istiqamətində mühüm rol oynayır.
Təşkilat sədri qeyd etmişdir ki, partiya sıralarına qoşulan hər bir üzv yüksək məsuliyyət hissi ilə fəaliyyət göstərməli, Yeni Azərbaycan Partiyasının proqram və nizamnamə prinsiplərinə sadiq qalmalı, dövlətçiliyə və milli-mənəvi dəyərlərə xidmət edən təşəbbüslərdə fəal iştirak etməlidir.
Sonda yeni üzvlərə partiya fəaliyyətində fəallıq nümayiş etdirmələri, cəmiyyətin inkişafına töhfə vermələri və onlara göstərilən etimadı doğrultmaları tövsiyə edilmiş, xatirə şəkli çəkdirilmişdir.

https://aia.az/129468-milli-varligimiz-ana-dili.html
30/07/2026

https://aia.az/129468-milli-varligimiz-ana-dili.html

​Hər bir xalqın varlığını, milli-mənəvi dəyərlərini və tarixi yaddaşını yaşadan, onu müstəqil millət kimi formalaşdıran ən qüdrətli vasitə onun ana dilidir. Avqust ayının 1-də ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün geniş qeyd olunması müs...

Address

Naxçıvan Küçəsi, 1C
Ali Bairamly
AZ1800

Alerts

Be the first to know and let us send you an email when Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı:

Shortcuts

Share