YAP Babək Rayon Təşkilatı

YAP Babək Rayon Təşkilatı Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatının XIII  konfransı keçirilib.Əvvəlcə xalqımızın Üm...
07/09/2026

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatının XIII konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, regionların sosial-iqtisadi inkişafı sürətlənib, genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib.

İ.Məmmədov qeyd edib ki, ötən müddət ərzində YAP Babək rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirib.

Konfransda Babək Rayon İcra Hakimiyətinin başçısı Ovni Muradov çıxış edərək Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində roluna diqqəti cəlb edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə çıxışında Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ü.Həmzəyeva bu tarixi nailiyyətin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rolundan bəhs edib, partiyanın ölkənin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. A.İmaməliyev vurğulayıb ki, YAP-ın gücü onun geniş sosial bazaya, möhkəm təşkilati struktura və vahid məqsəd ətrafında birləşən üzvlərə malik olması ilə şərtlənir. O, partiyanın bundan sonra da qarşıda duran bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək əzmində olduğunu bildirib.

Babək rayonu Təhsil şöbəsinin müdiri, YAP Babək rayon təşkilatı təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Sahil Əlizadə və partiyanın gənc üzvü Şəhla Tarverdiyeva gənc nəslin ictimai-siyasi proseslərə cəlb olunmasının, onların təşəbbüskarlığının dəstəklənməsinin önəmindən bəhs ediblər.

Konfransda YAP Babək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və icl...
03/09/2026

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçilmişdir.

Şəhidimizin əmanəti doğum günündə ziyarət olunubŞəhid Novruzlu Ümid Bahadur oğlunun qızı Novruzlu Nilay Ümid qızı 10 yaş...
02/09/2026

Şəhidimizin əmanəti doğum günündə ziyarət olunub

Şəhid Novruzlu Ümid Bahadur oğlunun qızı Novruzlu Nilay Ümid qızı 10 yaşı münasibətilə yaşadığı evdə ziyarət olunub.

Ziyarət zamanı Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov şəhid övladını doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, xoşbəxt uşaqlıq, təhsilində uğurlar və işıqlı gələcək arzulayıb. Bildirib ki, şəhidlərimizin övladları xalqımız üçün doğma və əzizdir, onların hərtərəfli qayğı ilə əhatə olunması daim diqqətdə saxlanılır. Nilayın gələcəkdə savadlı, vətənpərvər və ölkəmizə layiqli bir gənc kimi yetişməsini arzulayıb.

Ziyarətdə iştirak edən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov da Nilayı doğum günü münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və uğurlu gələcək arzulayıb. Bildirib ki, şəhidlərimizin ailələrinə və övladlarına diqqət göstərmək, onların yanında olmaq hər birimizin mənəvi borcudur.

Səmimi söhbət zamanı şəhid Novruzlu Ümid Bahadur oğlunun əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən qarşısındakı xidmətlərindən və göstərdiyi qəhrəmanlıqdan danışılıb.

Bildirilib ki, Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin ailələri və övladları dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunur. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir.

Vurğulanıb ki, şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Şəhid Əliyev Malik Qabil oğlunun əziz xatirəsi ehtiramla yad edilib.Şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri ...
01/09/2026

Şəhid Əliyev Malik Qabil oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

Şəhidin məzarı ziyarət olunaraq önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Ziyarət zamanı YAP Babək rayon təşkilatının əməkdaşları da iştirak ediblər.

Ziyarət zamanı çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Konstitusiyamızda bəyan edilən ali məqsədlərdən biri – ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. O, şəhidlərimizin qanı və canı bahasına qazanılmış Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Vurğulanıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillər tərəfindən hər zaman ehtiramla yad ediləcək.

Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov və aparatın əməkdaşları Babək rayon Cəhri kənd sak...
01/09/2026

Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov və aparatın əməkdaşları Babək rayon Cəhri kənd sakini, partiya veteranı Salayev Məhərrəm Salah oğlunun 75 illik yubileyi münasibətilə onun yaşadığı ünvanda ziyarət edərək yubilyarı təbrik ediblər.

Görüş zamanı Məhərrəm Salayevin uzun illər ərzində Yeni Azərbaycan Partiyasının ideyalarının təbliğində və inkişafında göstərdiyi xidmətlərdən bəhs olunub. Qeyd edilib ki, partiya veteranlarının zəngin həyat və əmək yolu, onların əldə etdiyi təcrübə gənc nəsil üçün örnəkdir.

YAP Babək rayon təşkilatının əməkdaşları yubilyara 75 illik yubileyi münasibətilə ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Məhərrəm Salayev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, ölkəmizdə həyata keçirilən uğurlu siyasətin bundan sonra da Azərbaycanın inkişafına və xalqımızın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.

Sonda yubilyara xatirə hədiyyəsi təqdim olunub.

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən dirçəlişə uzanan yol
29/08/2026

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərdən dirçəlişə uzanan yol

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Laçın – Zəfərdən dirçəlişə uzanan yol
29/08/2026

Laçın – Zəfərdən dirçəlişə uzanan yol

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Laçın şəhəri günü – Zəfərdən böyük qayıdışa uzanan yol
29/08/2026

Laçın şəhəri günü – Zəfərdən böyük qayıdışa uzanan yol

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Laçın Şəhəri Günü – Zəfərin yaşatdığı qayıdış və dirçəliş
29/08/2026

Laçın Şəhəri Günü – Zəfərin yaşatdığı qayıdış və dirçəliş

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Address

Naxçıvan Muxtar Respublikası, Babək Rayonu, Babək şəhəri
Babekskiy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when YAP Babək Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share