Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 🇦🇿
01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. 🇦🇿

28/07/2026

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün keçirilən təlimlərdən videoçarxı sizə təqdim edirik.

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər başa çatıb.Sonuncu təlim Xüsusi hüquq...
24/07/2026

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər başa çatıb.

Sonuncu təlim Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Xeyransa Əliyeva tərəfindən keçirilib. Təlim müddətində öyrənilmiş materiallar əsasında fərdi və komanda şəklində interaktiv tapşırıqlar təqdim olunub. Bu mərhələdə iştirakçılar sürətli düşünmə və qısa zamanda cavablandırma bacarıqlarını tətbiq ediblər.

Daha sonra iştirakçılara ilkin normativ hüquqi akt layihəsinin hazırlanması və hüquqi ekspertizası barədə məlumat verilib. İnteraktiv formatda davam edən təlimdə iştirakçılar normativ hüquqi akt layihələrinin hazırlanması və hüquqi ekspertizası, o cümlədən nöqsan və çatışmazlıqların aşkar edilməsi üzrə müxtəlif praktiki tapşırıqlar yerinə yetiriblər. “Nə? Harada? Nə zaman?” formatında baş tutan yarış zamanı komandalara bölünən iştirakçılar daha çox suala doğru cavab verməklə qalib olmaq uğrunda mübarizə aparıblar. Sonda qalib gələn komanda üzvlərinə hədiyyələr təqdim olunub.

Təlim zamanı tapşırıqlarla bağlı fikir mübadiləsi aparılıb, mövzu üzrə iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr verilib.

Dövlət orqanlarının (qurumlarının) hüquq sahəsində fəaliyyət göstərən əməkdaşları üçün növbəti təlim Mərkəzin Xüsusi hüq...
23/07/2026

Dövlət orqanlarının (qurumlarının) hüquq sahəsində fəaliyyət göstərən əməkdaşları üçün növbəti təlim Mərkəzin Xüsusi hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Ziyəddin Əlizadə tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara normativ hüquqi akt layihəsinin razılaşdırılması, təqdim edilməsi, baxılması, qəbul edilməsi, rəsmi dərc edilməsi, qüvvəyə minməsi, normativ hüquqi aktlarda keçid müddəalar, sözügedən aktların məcburi hüquqi ekspertizasının aparılması ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda bu aktların (və ya onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizasının keçirilmə qaydaları və nəticələrinin rəsmiləşdirilməsi izah olunub. Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərindən danışılıb, mövzu ilə bağlı praktik nümunələr təqdim edilərək iştirakçılarla fikir mübadiləsi aparılıb.

Təlimin praktiki hissəsində iştirakçılar komandalara bölünərək tapşırıqlar üzərində işləyib, təqdim olunan nümunələri təhlil edib, mövzu ətrafında fəal müzakirələr aparıblar. Sonda iştirakçılar mövzu üzrə fərdi tapşırıq yerinə yetiriblər. Ən yüksək nəticə göstərən iki iştirakçıya Mərkəz adından hədiyyələr təqdim edilib.

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər davam edir. Növbəti təlim Qanunverici...
22/07/2026

Normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində keçirilən təlimlər davam edir.

Növbəti təlim Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin baş mütəxəssisi Ülvi Qasımzadə tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, normativ hüquqi aktlarda dəyişiklik və aktın (onun struktur elementlərinin) ləğv edilməsini nəzərdə tutan layihələrin tərtibi, normativ hüquqi aktların kolliziyası, qanunvericilikdə boşluqlar və onların aradan qaldırılma üsulları ilə bağlı ətraflı məlumat verilib, mövzu çərçivəsində müzakirələr aparılıb.

Müzakirələrdən sonra iştirakçılar “Kahoot” platforması üzərindən mövzu çərçivəsində təqdim olunan sualları cavablandırmaqla əldə etdikləri bilikləri praktik şəkildə tətbiq ediblər. Qalib komandanın üzvlərinə Mərkəz adından hədiyyələr təqdim olunub. Yarış xarakterli hissə aktiv müzakirə mühiti formalaşdırıb, iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə şərait yaradıb.

22 İyul - Milli Mətbuat Günüdür. 🖊
22/07/2026

22 İyul - Milli Mətbuat Günüdür. 🖊

Dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün növbəti təlim Mərkəzin Publik hüququn ekspertizası şöbəsinin baş müt...
21/07/2026

Dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün növbəti təlim Mərkəzin Publik hüququn ekspertizası şöbəsinin baş mütəxəssisi Günay Səlimova tərəfindən keçirilib.

Təlim çərçivəsində mövzu ilə bağlı ilkin məlumatlılığın müəyyənləşdirilməsi məqsədilə iştirakçılara test tapşırıqları təqdim olunub.

Təlim zamanı iştirakçılara normativ hüquqi aktların ayrı-ayrı normalarının tərtib edilməsinin xüsusiyyətləri, onların layihəsinin strukturunun tərtibatına dair ümumi qaydalar, struktur elementləri ilə bağlı məlumat verilib. Daha sonra normativ hüquqi aktla təsdiq olunan əlavələrdən danışılıb, diqqət edilməli məqamlara toxunulub.

Təlimin praktiki hissəsində iştirakçılar komanda şəklində təqdim olunan nümunələr üzərində işləyib, səhvləri müəyyənləşdirərək müzakirələr aparıblar. Fikir mübadiləsindən sonra mövzu ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiq...
20/07/2026

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində dövlət orqanlarının (qurumlarının) əməkdaşları üçün növbəti təlimlərin keçirilməsinə başlanılıb.

Publik hüququn ekspertizası şöbəsinin müdiri Ofelya Bayramlı tərəfindən keçirilən ilk təlim zamanı iştirakçılar mövzu üzrə ilkin məlumatlılığın müəyyənləşdirilməsi məqsədilə test tapşırıqlarını yerinə yetiriblər.

Daha sonra Ofelya Bayramlı tərəfindən iştirakçılara normayaratma texnikası və normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi və linqvistik tələblər, mətnin ayrı-ayrı elementlərinin tərtibi texnikası ilə bağlı ətraflı məlumat verilib.

Təlim zamanı iştirakçılar mövzu üzrə müxtəlif praktiki tapşırıqlar yerinə yetirib, təqdim olunan sualları cavablandırıb və müzakirələr aparıblar. Normayaratma bacarıqlarını inkişaf etdirməyə yönələn tapşırıqlar vasitəsilə əldə olunan nəzəri bilikləri tətbiq edən iştirakçılar onları maraqlandıran sualları ünvanlayıblar.

Sonda təlimin əvvəlində təqdim olunan test tapşırıqlarını yenidən nəzərdən keçirən iştirakçılar ilkin və yekun nəticələrin müqayisəsini aparıblar.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru İtaliya Respublikası Deputatlar Palatasının...
03/07/2026

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru İtaliya Respublikası Deputatlar Palatasının nümayəndə heyəti ilə keçirilən görüşdə iştirak edib

Ətraflı: https://heqt.gov.az/az/news/view/216

Address

Azərbaycan, Bakı şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları 117C
Baku
AZ1022

Alerts

Be the first to know and let us send you an email when Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share