AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu

  • Home
  • AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu

AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu, Government Organization, Azadliq pr 155, .

ELANAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən 21–22 oktyabr 2026-cı il ...
27/08/2026

ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən 21–22 oktyabr 2026-cı il tarixlərində “Yaşıl inkişaf naminə bitki genetik ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə davamlılığın və səmərəliliyin artırılması” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.
Konfransın məqsədi aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, iqlim dəyişmələrinin təsirinin azaldılmasına, yaşıl inkişaf prinsiplərinə uyğun tədqiqi, qiymətləndirilməsi, davamlı genotiplərin seçilməsi, dayanıqlı kənd təsərrüfatı və yaşıl iqtisadiyyat naminə səmərəli istifadə və mühafizə olunmasının bioinformatik, genomiks, rəqəmsal və digər innovativ texnologiyalarla idarə olunmasının müzakirəsindən ibarətdir.
Tədbirdə elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorantlar, gənc tədqiqatçılar və müvafiq sahələr üzrə mütəxəssislər iştirak edə bilərlər.
Konfransda iştirak etmək istəyən müəlliflərdən tezislərini müəyyən edilmiş tələblərə uyğun şəkildə təşkilat komitəsinə təqdim etmələri xahiş olunur. Tezislərin son qəbul tarixi 1 oktyabr 2026-cı ildir.
Konfransla bağlı ətraflı məlumat Genetik Ehtiyatlar İnstitutunun rəsmi saytı (genres.az) üzərindəki “Elanlar” bölməsində yerləşdirilib.

ELANBirinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Bioloji müxtəlifliyin qorunması, öyrənilməsi və elmi...
27/08/2026

ELAN

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Bioloji müxtəlifliyin qorunması, öyrənilməsi və elmi əsaslarla gələcək nəsillərə ötürülməsi” mövzusunda gənc alimlər arasında “Ən yaxşı elmi məqalə” müsabiqəsi elan edilir.
Müsabiqə ilə bağlı ətraflı məlumat Genetik Ehtiyatlar İnstitutunun rəsmi saytı (genres.az) üzərindəki “Elanlar” bölməsində yerləşdirilib.

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Bitki Mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunda texniki bitkilərd...
14/08/2026

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Bitki Mühafizə və Texniki bitkilər Elmi Tədqiqat İnstitutunda texniki bitkilərdə genetik tədqiqatlar üzrə təlim keçirib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında texniki bitkilərdə genetik tədqiqatlara dair təlim və praktiki məşğələlər keçirilib.
Təlim Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Texniki və Yem Bitkiləri şöbəsinin müdiri, b.ü.f.d., dosent Ruhəngiz Məmmədova tərəfindən aparılıb.
Məşğələlərdə pambığın yeni sort və formalarının genetik xüsusiyyətləri, eləcə də “Fusarium” və “Verticillium” vilt xəstəliklərinə davamlı genotiplərin müəyyənləşdirilməsi üzrə müasir yanaşmalar təqdim olunub və laboratoriyada praktiki tətbiqlər nümayiş etdirilib.
Tədbirdə həmçinin institutlararası əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat imkanları müzakirə edilib.

https://www.bmtbeti.az/?p=5772&preview=true

Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı - NASCO29Doktorantları və gənc tadqiqatçıları NASCO29 R...
04/08/2026

Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı - NASCO29
Doktorantları və gənc tadqiqatçıları NASCO29 Respublika Elmi Konfransında iştirak etməyə dəvət edirik.
Konfrans: 15-16 oktyabr 2026
Məkan: Naxçıvan Dövlət Universiteti
Sənəd qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edir.
Konfransda iştirak həm əyani, həm də distant formatda nəzərdə tutulur. Hər bir elm və təhsil müəssisəsi üzrə iştirakçıların 30 faizinin distant (onlayn videokonfrans vasitəsilə) formatda iştirakı mümkündür. Distant iştirakla bağlı müraciətlərə baxılarkən
məqalələrin tədqiqat istiqamətləri nəzərə alınacaqdır.
Ətraflı malumat va müraciət:
www.nasco.ndu.edu.az

A.e.ü.f.d. Qəzənfər Musa oğlu Əliyev Fəxri fərmanla təltif olunub.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gen...
31/07/2026

A.e.ü.f.d. Qəzənfər Musa oğlu Əliyev Fəxri fərmanla təltif olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Dənli taxıl və paxlalı bitkilər şöbəsinin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qəzənfər Musa oğlu Əliyevlə görüş keçirilmişdir. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, zəngin əmək yolu, elmi və pedaqoji fəaliyyəti haqqında çıxışlar edilib.
Onun ömrünün böyük bir hissəsinin aqrar elmin inkişafına, bitki genetik ehtiyatlarının toplanmasına və seleksiyada səmərəli istifadəsinə dair elmi araşdırmalara, eləcə də gənc mütəxəssislərin hazırlanmasına həsr etdiyi vurğulanmışdır.
Alimin çoxşaxəli, elmi, təcrübi və ictimai fəaliyyəti olduqca yüksək qiymətləndirilmişdir.
Onun çoxillik elmi nəticələri 50-dən çox əsərdə və metodik dərs vəsaitilərində öz əksini tapıb.
Tədbirin sonunda Qəzənfər Əliyevə uzunmüddətli və səmərəli elmi fəaliyyətinə və aqrar elmin inkişafına verdiyi töhfələrə görə Genetik Ehtiyatlar İnstitutunun Fəxri fərmanı təqdim olunub.
Yekunda institut rəhbərliyi Qəzənfər Əliyevə möhkəm cansağlığı, sağlam uzun ömür, firavan həyat və gələcək işlərində yeni uğurlar arzulayıb.

Genetik Ehtiyatlar İnstitutunda yüksək ekoloji dözümlülüyə malik yeni tut ipəkqurdu cinsi yaradılıb.
28/07/2026

Genetik Ehtiyatlar İnstitutunda yüksək ekoloji dözümlülüyə malik yeni tut ipəkqurdu cinsi yaradılıb.

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda yüksək məhsuldarlığa malik tut ipəkqurdu cinsləri ilə bağlı tədqiqat aparılıb. Araşdırmalar nəticəsində yerli şəraitə uyğunlaşmış, yüksək ekoloji dözümlülüyə malik yeni tut ipəkqurdu cinsi alınıb.

Yaponiya alimləri Genetik Ehtiyatlar İnstitutunda elmi səfərdə olublar.Yaponiya Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatl...
20/07/2026

Yaponiya alimləri Genetik Ehtiyatlar İnstitutunda elmi səfərdə olublar.

Yaponiya Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatının (NARO) və Tokio Kənd Təsərrüfatı Universitetinin nümayəndələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi səfərdə olublar.
Səfərdə Tokio Kənd Təsərrüfatı Universitetinin professoru İrie Kenji, NARO-nun qrup rəhbəri Yamaguchi Hirotaka və tədqiqatçısı Hosoi Ryosuke iştirak ediblər.
Görüşdə bitki genetik ehtiyatlarının qorunması və idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi ekspedisiyaların təşkili, tərəvəz bitkiləri və onların yabanı qohumlarının genetik ehtiyatlarının toplanması, eləcə də gələcək birgə layihələrin icrası müzakirə olunub.
Tərəflər Azərbaycanın müxtəlif bölgələrində birgə ekspedisiyaların keçirilməsi, genetik materialların toplanması və mütəxəssis mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Qeyd olunub ki, əməkdaşlıq bitki genetik ehtiyatlarının zənginləşdirilməsinə, beynəlxalq elmi əlaqələrin inkişafına və yerli mütəxəssislərin elmi potensialının artırılmasına mühüm töhfə verəcək.

ELANAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən 21–22 oktyabr 2026-cı il ...
15/07/2026

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən 21–22 oktyabr 2026-cı il tarixlərində “Yaşıl inkişaf naminə bitki genetik ehtiyatlarının qorunması, iqlim dəyişmələrinə davamlılığın və səmərəliliyin artırılması” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək.
Konfransın məqsədi aqrobiomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, iqlim dəyişmələrinin təsirinin azaldılmasına, yaşıl inkişaf prinsiplərinə uyğun tədqiqi, qiymətləndirilməsi, davamlı genotiplərin seçilməsi, dayanıqlı kənd təsərrüfatı və yaşıl iqtisadiyyat naminə səmərəli istifadə və mühafizə olunmasının bioinformatik, genomiks, rəqəmsal və digər innovativ texnologiyalarla idarə olunmasının müzakirəsindən ibarətdir.
Tədbirdə elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorantlar, gənc tədqiqatçılar və müvafiq sahələr üzrə mütəxəssislər iştirak edə bilərlər.
Konfransda iştirak etmək istəyən müəlliflərdən tezislərini müəyyən edilmiş tələblərə uyğun şəkildə təşkilat komitəsinə təqdim etmələri xahiş olunur. Tezislərin son qəbul tarixi 1 oktyabr 2026-cı ildir.
Konfransla bağlı ətraflı məlumat Genetik Ehtiyatlar İnstitutunun rəsmi saytı (genres.az) üzərindəki “Elanlar” bölməsində yerləşdirilib.

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.Azərbaycan Respublikası Prezidenti ...
06/07/2026

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 30.06.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin elmi işçisi Mirzəyeva Arzu Rəfail qızına 3110.01 – “Kənd təsərrüfatı heyvanlarının (tut ipəkqurdunun) yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Arzu Mirzəyeva “Genetik ehtiyatlardan, seleksion-genetik parametrlərdən və çarpazlaşdırma metodlarından istifadə etməklə təkrar yemləmələr üçün dözümlü tut ipəkqurdu cinslərinin yaradılması” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir.

Address

Azadliq Pr 155

AZ1106

Alerts

Be the first to know and let us send you an email when AR Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share