Riyaziyyat İnstitutu PHŞ

Riyaziyyat İnstitutu PHŞ AR ETN Riyaziyyat İnstitutu Publik Hüquqi Şəxs

Riyaziyyat İnstitutunda ixtisas fənlərindən doktoranturaya qəbul imtahanları keçirilib08.09.2026 - 10.09.2026-cı il tari...
11/09/2026

Riyaziyyat İnstitutunda ixtisas fənlərindən doktoranturaya qəbul imtahanları keçirilib

08.09.2026 - 10.09.2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənlərindən qəbul imtahanları keçirilib.

İmtahanların keçirilməsi məqsədilə Riyaziyyat İnstitutunun direktor v.m.i.e., direktor müavini t.e.d., dosent Elxan Səbziyevin əmrinə əsasən müvafiq ixtisaslar üzrə qəbul komissiyaları yaradılmışdır. Texnika elmləri doktoru, dosent Elxan Səbziyevin sədrliyi ilə keçirilən imtahanlarda 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə 3, 3337.01 – “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə 1, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 2, 1211.01 - “Diferensial tənliklər” ixtisası üzrə 1 və 1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə 1 nəfər olmaqla ümumilikdə 8 iddiaçı iştirak etmişdir.

İmtahanlar uğurla başa çatmışdır.



İmath.az

Plenar sessiyada tanınmış alimlər elmi məruzələrlə çıxış ediblər9 sentyabr 2026-ci il tarixində “Riyaziyyat və Mexanikan...
11/09/2026

Plenar sessiyada tanınmış alimlər elmi məruzələrlə çıxış ediblər

9 sentyabr 2026-ci il tarixində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XIII Beynəlxalq Elmi Konfransı çərçivəsində azərbaycanlı və xarici alimlərin iştirakı ilə keçirilən plenar sessiyada riyaziyyat və tətbiqi elmlər sahəsində mühüm elmi məsələlər müzakirə olunub. Sessiyaya sədrlik professor Varga Kalantarov tərəfindən həyata keçirilib.

Plenar sessiya çərçivəsində dünyanın aparıcı elmi mərkəzlərini təmsil edən nüfuzlu tədqiqatçılar aktual elmi mövzularda çıxış ediblər. İngiltərənin Durham Universitetinin tanınmış alimi Brian Straughan ‘’Convection and Constitutive Memory: An Evolutionary Operator Viewpoint’’ mövzusunda məruzə ilə çıxış edib. Məruzədə konveksiya və materialların keçmiş təsirləri yadda saxlama xüsusiyyələri həmçinin bu proseslərin təkamül operatorları yanaşması əsasında riyazi modelləşdirilməsi izah edilib.Çıxış zamanı materialın əvvəlki təsirlərə reaksiyasının onun sonrakı davranışına təsiri və bu xüsusiyyətlərin mürəkkəb fiziki proseslərin təsvirində rolu diqqətə çatdırılıb.

Sessiyanın digər diqqətçəkən çıxışlarından biri Serbiyanın Niş Universitetini təmsil edən professor Ljubisa Kocinas tərəfindən təqdim olunub. O, ‘’Topologies on Locally Finite Graps’’ mövzusunda məruzə ilə çıxış edib.Məruzədə Lokal sonlu qraflar üzərində topologiyanın qurulması və onların əsas xüsusiyyətləri izah edilib.Çıxış zamanı qrafların topoloji baxımdan öyrənilməsi və müxtəlif riyazi yanaşmaların tətbiqi məsələlərinə toxunulub.

Ukraynanın Vasyl Stefanyk adına Karpat Milli Universitetinin professoru Roman Dmytryshyn ‘’On the Approximation of Special Functions by Branched Continued Fraction’’ mövzusunda məruzə ilə çıxış edib.Məruzəçi çıxışında xüsusi funksiyaların çoxşaxəli kəsilməz kəsrlər vasitəsilə yaxınlaşdırılması məsələlərindən bəhs edib.O , bu yanaşmanın xüsusi funksiyaların təqribi ifadəsində tətbiqini izah edib.

Plenar sessiyanın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.

İmath.az

Riyaziyyat İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak ediblərAzərbaycan Respublikası E...
11/09/2026

Riyaziyyat İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun “Riyazi analiz” laboratoriyasının baş elmi işçisi, r.e.d., professor Rövşən Bəndəliyev və “İdarəetmədə süni intellekt üsullarının tətbiqi” laboratoriyasının baş elmi işçisi, r.e.d., dosent Elman İbrahimov 30 avqust – 4 sentyabr 2026-cı il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində, Şota Rustaveli adına Batumi Dövlət Universitetində keçirilən “XVI Annual International Conference of the Georgian Mathematical Union” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.



Konfransda məruzəçi qismində çıxış edən professor Rövşən Bəndəliyev “On Boundedness and Compactness of the Positive Linear Integral Operators in Weighted Lebesgue Spaces”, r.e.d., dosent Elman İbrahimov isə “Lipşits fəzasının kəsr maksimal funksiyasının kommutatorları vasitəsilə G-Morri fəzalarında xarakteristikası” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
54 ölkədən 100-ə yaxın iştirakçının qatıldığı konfrans çərçivəsində müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılar arasında elmi fikir mübadiləsi və diskussiyalar aparılıb. Bununla yanaşı, konfrans müddətində təşkilat komitəsi ilə birgə işçi seminar təşkil olunub.
Elmi konfrans çərçivəsində alimlərimiz GEA-nın müxbir üzvü, professor A. Meskhi, professor R. Duduçava, professor L.E. Persson (Norveç), professor E. Liflyand (İsrail), professor D. Cruz-Uribe (ABŞ), professor P. Jain (Hindistan), professor A. Almeida, professor H. Rafeiro, professor D.F. Torres (Portuqaliya), professor D. Haskell (Kanada) və digər alimlərlə birgə elmi diskussiyalar aparıblar.
Bununla yanaşı, səfər çərçivəsində professor E. Liflyand və professor P. Jain ilə Hausdorff operatorlarının nəzəri inkişafı ilə bağlı məsələlər araşdırılıb və bu istiqamətdə görüləcək zəruri işlər müzakirə olunub.
Konfransın nəticəsi olaraq gələcək elmi nəticələrin müqayisəsi, doktorantura üzrə tələbə mübadiləsi və bir sıra digər təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Elmi ezamiyyət çərçivəsində keçirilən görüş və müzakirələrin Riyaziyyat İnstitutu ilə xarici elmi tədqiqatçılar arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədqiqatların aparılmasına və yeni elmi əlaqələrin inkişafına töhfə verməsi nəzərdə tutulur.

İmath.az

“Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XIII Beynəlxalq Elmi Konfransı işə başlayıbSentyabrın 9-da Azərbaycan Res...
10/09/2026

“Riyaziyyat və Mexanikanın Müasir Problemləri” XIII Beynəlxalq Elmi Konfransı işə başlayıb

Sentyabrın 9-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” XIII Beynəlxalq Elmi Konfransının açılış mərasimi keçirilib.istiqamətlərinin

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Üç gün davam edəcək beynəlxalq elmi konfrans riyaziyyat və mexanika sahəsində müasir elmi yanaşmaların, aktual tədqiqat istiqamətlərinin və yeni elmi nəticələrin müzakirəsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutu, Bakı Dövlət Universiteti, Mirzə Uluqbek adına Özbəkistan Milli Universiteti, Vasyl Stefanyk adına Karpat Milli Universiteti (Ukrayna) və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində Riyaziyyat İnstitutunun direktor vəzifəsini icra edən, direktor müavini, t.e.d., dosent Elxan Səbziyev çıxış edərək konfrans iştirakçılarını salamlayıb. O, “Riyaziyyat və mexanikanın müasir problemləri” XIII Beynəlxalq Elmi Konfransının artıq ənənəvi elmi platformaya çevrildiyini və müxtəlif ölkələrdən olan alim və tədqiqatçıları bir araya gətirdiyini bildirib. Elxan Səbziyev konfransın əsas məqsədlərindən birinin riyaziyyat və mexanika sahəsində aparılan aktual tədqiqatların nəticələrinin paylaşılması, yeni elmi ideyaların müzakirəsi və müxtəlif elmi məktəblər arasında əlaqələrin inkişaf etdirilməsi olduğunu qeyd edib. O vurğulayıb ki, belə beynəlxalq elmi tədbirlər alimlərə yalnız öz tədqiqat nəticələrini təqdim etmək deyil, həm də həmkarlarının elmi yanaşmaları ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və gələcək birgə tədqiqatlar üçün yeni imkanlar yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır.Elxan Səbziyev konfrans çərçivəsində aparılacaq müzakirələrin yeni elmi nəticələrin əldə olunmasına və beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini,AMEA -nin müxbir üzvi Əminağa Sadıqov çıxışında müasir elmin qarşısında duran yeni çağırışlar fonunda fundamental tədqiqatların əhəmiyyətini vurğulayıb. O bildirib ki, süni intellekt, böyük verilənlər və rəqəmsal texnologiyaların sürətli inkişafı riyazi metodlara və modelləşdirməyə olan ehtiyacı daha da artırır. Bu texnologiyaların yaradılmasının bünövrəsində riyaziyyat, riyazi düşüncə, bütün mühəndis həllərində isə mexanika elminin dayandığını qeyd edən Əminağa Sadıqov bu baxımdan konfransın digər elmi konfranslar sırasında çox mühüm yer tutduğunu və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin, gənc tədqiqatçıların dəstəklənməsinin və fundamental elmlə tətbiqi tədqiqatlar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev riyaziyyatın müasir elmi-texnoloji inkişafda rolundan danışaraq, bu elmin süni intellekt, informasiya texnologiyaları, iqtisadiyyat və mühəndislik daxil olmaqla müxtəlif sahələrdə geniş tətbiq olunduğunu bildirib. Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsallaşdırma və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Bildirib ki, son illərdə ölkədə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılıb. Akademik rəqəmsallaşma proseslərinin yaratdığı imkan və çağırışlara toxunaraq, yüksək ixtisaslı kadrların hazırlanmasının və riyazi təfəkkürün inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov geniş məruzə ilə çıxış edərək riyaziyyat və mexanikanın müasir elm və texnologiyaların inkişafındakı roluna diqqət çəkib. O, riyaziyyatın mürəkkəb sistemlərin anlaşılması, proqnozlaşdırılması və idarə olunmasının əsas vasitələrindən biri olduğunu qeyd edib.
Professor son illərdə süni intellektin sürətli inkişafının riyaziyyatın rolunu daha aydın göstərdiyini vurğulayıb. O bildirib ki, süni intellekt sistemlərinin əsasında xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika, optimallaşdırma, diferensial hesabı və yüksəkölçülü fəzalarda aparılan mürəkkəb riyazi əməliyyatlar dayanır.
Alim bugünkü konfransın beynəlxalq xarakter daşımasının da xüsusi məna kəsb etdiyini bildirib. Onun sözlərinə görə, elmin dili universaldır. Riyazi teorem, fiziki qanun və ya mexaniki model milli sərhədlərlə məhdudlaşmır. Elmi ideyaların bölüşdükcə zənginləşdiyini, müzakirə olunduqca dəqiqləşdiyini qeyd edən professor fərqli elmi məktəblərin qarşılıqlı əlaqəsi nəticəsində yeni tədqiqat istiqamətlərinin meydana çıxdığını diqqətə çatdırıb.
M. Mərdanov qeyd edib ki, konfransların ən böyük elmi dəyəri bəzən yalnız proqramda göstərilən məruzələrdə deyil, həmin məruzələrdən sonra verilən bir sualda, aparılan qısa müzakirədə və ya iki tədqiqatçı arasında yaranan yeni əməkdaşlıq ideyasında özünü göstərir. Misir Mərdanov çıxışının sonunda qeyd edib ki, elmin gələcəyi yalnız yeni teoremlərdən və yeni texnologiyalardan deyil, həm də bu elmi mədəniyyətin gələcək nəsillərə ötürülməsindən asılıdır.

Konfransın açılışında Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetindən Mersaid Aripov və Vasyl Stefanyk adına Karpat Milli Universitetindən Roman Dmytryshyn də çıxış edərək riyaziyyat elminin müasir çağırışları, innovativ tədqiqatlar və beynəlxalq elmi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.

Beynəlxalq konfrans öz işini plenar sessiyalarla davam etdirib.

İmath.az
Eatda.edu.az

Ülkər Səttarova: İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq“Biz Azərbaycanda işəgötürənlər ...
08/09/2026

Ülkər Səttarova: İşəgötürənlər və universitetlərin əlaqələrini dərinləşdirməyə çalışırıq

“Biz Azərbaycanda işəgötürənlər və universitetlər arasındakı əlaqələri dərinləşdirməyə çalışırıq”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova ADNSU-da “Bərpa olunan enerji” laboratoriyasının açılış mərasimində çıxışı zamanı bildirib.
O bildirib ki, həmişə kadrların hazırlanması prosesində sənaye şirkətlərinin iştirakından danışılıb:

"Amma konkret olaraq nədən bəhs edildiyi aydın olmayıb. Bu layihədə isə biz bütün halqaların zəncirvari şəkildə öz yerinə oturduğunu görürük. Laboratoriyaların qurulması, metodik vəsaitlərin hazırlanması, təlimlərin keçirilməsi – bunların hamısının bir zəncir şəklində formalaşması vacibdir".

Ü.Səttarova qeyd edib ki, Azərbaycanda belə nümunələr çox azdır:

"Bunun üzərində işləyirik. Biz innovasiyanın, sahibkarlığın və ali təhsil müəssisələrinin bir araya gəldiyini görəcəyik. Yaxın zamanda bununla bağlı xəbərlərimiz olacaq".

muallim.edu.az
Eatda.edu.az

Azərbaycan PISA 2025-də ən yüksək irəliləyiş göstərən 2-ci ölkə olubAzərbaycan PISA 2025 tədqiqatında ən yüksək irəliləy...
08/09/2026

Azərbaycan PISA 2025-də ən yüksək irəliləyiş göstərən 2-ci ölkə olub

Azərbaycan PISA 2025 tədqiqatında ən yüksək irəliləyiş göstərən 2-ci ölkə olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, PISA 2025 nəticələrinə əsasən bu qiymətləndirmə dövründə iştirak etmiş 91 ölkənin yalnız bir qismi əvvəlki dövrlə müqayisədə irəliləyiş göstərib: təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16 və oxu üzrə 18 ölkə.

Azərbaycan isə nəinki irəliləyənlər sırasındadır, hətta hər üç istiqamət üzrə dünyada ən böyük sıçrayış edən 2-ci ölkədir: riyaziyyatda 63, təbiət elmlərində 60, oxuda 40 bal artım.

Nəticələrlə daha ətraflı tanış olmaq üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:
PISA 2025 nəticələr (1-ci cild)
Bakı üzrə nəticələr

Qeyd edək ki, müqayisə yalnız Bakı şəhəri üzrə aparılmışdır. Bunun səbəbi 2018 və 2022-ci il qiymətləndirmələrinin yalnız Bakıda keçirilməsidir.

muallim.edu.az

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAMƏziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib."Azərbaycan müəlli...
07/09/2026

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub.

muallim.edu.az

Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan edibAzərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 22 may-28 iy...
07/09/2026

Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 22 may-28 iyun 2026-cı il tarixlərində keçirilən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin nəticələri elan edilib.

Bu barədə "Azərbaycan müəllimi"nə Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə https://youthfoundation.az/199245/ linki vasitəsilə tanış ola bilərsiniz.
Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 sentyabr-15 oktyabr tarixləri aralığında tələb olunan sənədlərlə birgə Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

muallim.edu.az

Alim olmaq istəyənlərə plagiata görə 3-5 illik məhdudiyyət qoyulur“Elmi ad və elmi dərəcələrin verilməsi üçün imtinaları...
07/09/2026

Alim olmaq istəyənlərə plagiata görə 3-5 illik məhdudiyyət qoyulur

“Elmi ad və elmi dərəcələrin verilməsi üçün imtinaların ən əsas səbəbi elmi etikanın pozulmasıdır. Bu da ilk növbədə özündə plagiatı ehtiva edir və mərhələsindən asılı olmayaraq, birmənalı imtina səbəbidir”.

Bunu “Azərbaycan müəllimi”nə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparat rəhbərinin müavini, baş elmi katibi Firuzə Mayılova deyib.

Onun sözlərinə görə, plagiat səbəbindən iddiaçıya elmi dərəcənin verilməsindən imtina verilibsə, fəlsəfə doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 3 il, elmlər doktoru elmi dərəcəsi iddiaçılarına qərardan 5 il ərzində müdafiə etməsinə məhdudiyyət qoyulur. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Digər səbəblər arasında müdafiə prosedurunun hansısa mərhələdə pozulması da var. Rəsmi opponentlərin sayı, təyini ilə bağlı tələblərin yerinə yetirilməsi önəmlidir:
“Məsələn, opponentlər eyni təşkilatı təmsil etməməli, iddiaçı ilə eyni şöbənin əməkdaşları, onlarla bərabər elmi əsərlərin həmmüəllifləri olmamalıdırlar. İmtina səbəbləri arasında doktorantura təhsili dövrü üçün iddiaçılara qoyulan tələblərin yerinə yetirilməməsi və ya düzgün qaydada yerinə yetirilməməsi də qeyd edilə bilər. Tutaq ki, fəlsəfə doktoru imtahanları vaxtında verilməyibsə, dil və ixtisas imtahanlarından keçməyibsə, müsbət qərar vermirik. Elmi adlara gəlincə, iddiaçılar qarşısında tədris metodiki işlər, monoqrafiya, elmi vəzifələri tutmaq kimi tələblər qoyulub və həmin tələblər ödənilməlidir”.

AAK rəsmisi əlavə edib ki, cari ilin 6 ayı üzrə 335 iddiaçıya (295 fəlsəfə doktoru, 40 elmlər doktoru) elmi dərəcə verilib, 153 iddiaçıya (139 fəlsəfə doktoru, 14 elmlər doktoru) elmi dərəcə verilməsindən imtina edilib; 137 iddiaçıya (122 dosent, 15 professor) elmi ad verilib, 39 iddiaçıya (37 dosent, 2 professor) elmi ad verilməsindən imtina edilib. Elmi dərəcə və elmi ad verilməsindən, xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərinin tanınmasından imtina edilməsinə dair qərarlardan 12-si elmi işlərdə plagiat faktının aşkarlanması ilə bağlı olub.

muallim.edu.az

“Google Pics” mətn əmri ilə vizual yaradır və “Workspace”-ə qoşulur“Google” yaradıcı dizayn bazarına “Google Pics” adlı ...
04/09/2026

“Google Pics” mətn əmri ilə vizual yaradır və “Workspace”-ə qoşulur

“Google” yaradıcı dizayn bazarına “Google Pics” adlı yeni təsvir yaratma və redaktə aləti ilə daxil olur. Süni intellekt əsaslı xidmət biznes müştəriləri üçün “Google Workspace” paketinə əlavə ediləcək. “Google Pics” yaxın həftələrdə əksər “Workspace” müştərilərinə açılacaq. “Google AI Pro” və “Google AI Ultra” abunəçiləri də eyni mərhələdə xidmətə giriş əldə edəcək.
Yeni alət “Google” şirkətinin “Nano Banana” təsvir yaratma modeli ilə işləyir. İstifadəçilər dizaynı sıfırdan hazırlamaq əvəzinə mətn əmri yazaraq poster, sosial şəbəkə paylaşımı, illüstrasiya və başqa vizuallar yarada biləcəklər. Bu yanaşma “Google Pics” xidmətini gündəlik iş və şəxsi tapşırıqlar üçün nəzərdə tutulan AI alətinə çevirir. “Canva” yaradıcıların şablon, qrafika və fotolarını bazarda yerləşdirib royalti qazanmasına imkan verir. “Google Pics” isə vizualı generativ AI vasitəsilə hazırlayır və burada istifadə olunan model rəssamların əsərləri əsasında öyrədilib. “Adobe Express”də dizaynı istifadəçi özü qurduğu halda, yeni xidmətdə əsas vasitə mətn əmridir. Buna görə alət daha çox sürətli vizual hazırlamağa yönəlib.
“Google Pics” obyektləri təsvirdən ayırmaq və dəyişdirmək, eləcə də şəkil daxilindəki mətni redaktə və tərcümə etmək üçün ayrıca alətlər təqdim edir. Xidmət ortaq redaktəni dəstəkləyir və eyni sorğu əsasında bir neçə fərqli təsvir yarada bilir. İstifadəçi nəticələri müqayisə edib ən uyğun variantı seçə bilər.
“Google Pics” birbaşa “Google Workspace” daxilində işləyəcək və ilkin inteqrasiya “Google Docs” ilə “Google Slides” üçün bu gündən yayılmağa başlayır. İstifadəçilər sənəd və təqdimatlar üzərində işləyərkən yeni alətə həmin xidmətlərdən çıxmadan müraciət edə biləcəklər. “Google” növbəti mərhələdə “Google Pics” xidmətini “Google Drive” platformasına da əlavə etməyi planlaşdırır.

technote.az

Address

Bəxtiyar Vahabzadə Küçəsi, 68
Baku
AZ1141

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Riyaziyyat İnstitutu PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share