30/07/2026
Bakı şəhəri Xəzər Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.
Tədbirdə iştirak edən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev və məhkəmənin hakimi, eyni zamanda məhkəmənin media üzrə məsul şəxsi ("spiker hakimi") Ramilə Xəzri könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, onlar üç ay ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində fəaliyyətdə olmuşdurlar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırmışlar.