YAP Səbail rayon təşkilatı

YAP Səbail rayon təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YAP Səbail rayon təşkilatı, Political Party, Abbasqullu Abbaszadə 132, Baku.

Şəhid Vüsal Həsənov Ariz oğlunun anası Mərifət xanım yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkil...
31/08/2026

Şəhid Vüsal Həsənov Ariz oğlunun anası Mərifət xanım yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının kollektivi tərəfindən ziyarət olunub.

Görüş zamanı Mərifət xanımın doğum günü münasibətilə səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı və uzun ömür arzulanıb.

Səmimi söhbət zamanı şəhid Vüsal Həsənov Ariz oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

YAP Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “91-lər” və partiya veteranları ilə görüş keçiri...
06/08/2026

YAP Səbail rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “91-lər” və partiya veteranları ilə görüş keçirilib
Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının rəhbərliyi, “91-lər” hərəkatının nümayəndələri, YAP Veteranlar Şurasının üzvləri, partiya veteranları və digər fəallar iştirak ediblər.
Tədbirdən əvvəl YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və “91-lər”in nümayəndələri Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirakçıları salamlayaraq görüşün əhəmiyyətindən danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasında mühüm rol oynamış “91-lər”in tarixi fəaliyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdə ziyalıların və ictimaiyyət nümayəndələrinin Ulu Öndər Heydər Əliyevin ətrafında birləşməsi, Yeni Azərbaycan Partiyasının yaradılması və siyasi təşkilat kimi formalaşması Azərbaycan dövlətçiliyinin inkişafında mühüm mərhələ təşkil edib.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirildiyini diqqətə çatdırıblar.
Daha sonra YAP-ın “91-lər” nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Asif Cahangirov, “91-lər”in nümayəndələri Munis Bayramov, Allahverdi Hacıyev və Əziz Axundov, həmçinin YAP-ın “91-lər” nümayəndəsi və Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxış ediblər.
Çıxışlarda “91-lər”in Yeni Azərbaycan Partiyasının yaranması və formalaşmasındakı tarixi rolu, partiyanın keçdiyi zəngin inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyəti və bu irsin gələcək nəsillərə çatdırılmasının vacibliyi barədə geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, partiya veteranlarının uzun illər ərzində qazandığı təcrübə, ictimai-siyasi proseslərdə iştirakı və dövlətçilik ənənələrinə bağlılığı gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Veteranların gənclərlə təcrübə mübadiləsinin aparılması, onların milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, onların milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, dövlətçilik ənənələrinin qorunması və Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların mövzu ilə bağlı fikirləri və təklifləri dinlənilib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

Prezident İlham Əliyevin qardaş Qırğızıstan Respublikasına səfəri uğurla başa çatdı       Möhtərəm Prezident İlham Əliye...
05/08/2026

Prezident İlham Əliyevin qardaş Qırğızıstan Respublikasına səfəri uğurla başa çatdı

Möhtərəm Prezident İlham Əliyevin 30-31 iyul tarixlərində 2026-cı il qardaş Qırğızıstan Respublikasına dövlət səfəri zamanı İssık-Kul gölünün sahilindəki Çolpan-Ata şəhərindəki görüşlər unudulmaz xatirələrlə yaddaşlarda əhəmiyyətli iz buraxmışdır.
Burada Qırğızıstan, Özbəkistan, və Tacikistan prezidentləri ilə birlikdə Qolf klubunun açılışı, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü İssık-Kul sahilində “Bakı Resort & Spa Hotel”in açılışı, elecə də Qırğızıstan Prezidenti Sadir Japarovun adından dövlət ziyafəti və mətbuata birgə bəyanatlar ölkələr arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə töhfə verir.
Səfər Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığın yeni mərhələsini təsdiqlədi. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi siyasi cəhətdən böyük əhəmiyyətə malikdir.
İssık-Kulda birgə otel layihəsinin reallaşması, Azərbaycan- Qırğızıstan Birgə İnvestisiya Fondunun fəaliyyəti, Ağdamda Aykol Manas adına məktəbin tikintisi və Qarabağın bərpasına Qırğızıstanın dəstəyi və təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi hər iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın bariz nümunəsidir.
Səfər iki qardaş xalq arasında tarixi, mədəni və mənəvi bağların daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığın yeni layihələrlə zənginləşməsinə təkan verir.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 1 Avqus...
03/08/2026

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Ana dilimizi dövlətimizin atributları kimi qorumalıyıq" mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edərək şəhidlərin büstü önünə gül dəstələri düzüblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri cənab Muxtar Nağıyev Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq fərmanı ilə təsis olunub. Qeyd edib ki, Ulu Öndərin ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, dövlətçiliyimizin əsas atributlarından biri və milli kimliyimizin ayrılmaz tərkib hissəsidir.
Tədbirdə çıxış edən 329 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu xanım İsgəndərova ana dilinin tədrisi, gənc nəslin milli dəyərlərə bağlı ruhda yetişdirilməsi və dilimizin saflığının qorunmasının təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
329 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vüsalə xanım Verdiyeva çıxışında Azərbaycan dilinin zənginliyi, bədii ifadə imkanları və milli-mədəni irsimizin yaşadılmasındakı rolundan danışıb. O bildirib ki, ana dilinin düzgün öyrənilməsi, onun saflığının qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
239 nömrəli tam orta ümumtəhsil məktəbinin kitabxanaçısı Aygün Hicran Orucova çıxışında kitabın, mütaliənin və kitabxanaların ana dilinin inkişafı, zənginləşdirilməsi və gənc nəslə sevdirilməsi istiqamətində mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, Azərbaycan dilində nəşr olunan kitabların təbliği və oxu mədəniyyətinin inkişafı milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ana dilimizin saflığının qorunması, onun zəngin imkanlarının təbliği və gündəlik həyatda düzgün istifadəsi hər bir Azərbaycan vətəndaşının mühüm vəzifəsidir.
Sonda iştirakçılar ana dilimizin dövlətimizin əsas atributlarından biri kimi daim qorunmasının və təbliğinin vacibliyini bir daha vurğulayıblar. Tədbir məktəb kollektivi, şagirdlər və qonaqların xatirə şəkilləri çəkdirməsi ilə başa çatıb.

Ana dilimizi dövlətimizin atributlarıkimi qorumalıyıqAna dili hər bir millətin milli kimliyini müəyyən edən əsas faktord...
30/07/2026

Ana dilimizi dövlətimizin atributları
kimi qorumalıyıq

Ana dili hər bir millətin milli kimliyini müəyyən edən əsas faktordur. Tarixi əsası 1952-ci ildə Banqladeşdə ana dili uğurunda mübarizəyə qalxan tələbələrin şəhid olmasına istinadən yaranan bu gün, hər insanın məxsus olduğu millətinin dilinin qorunmasının və nəsildən-nəsilə ötrülməsinin vacibliyini yaddaşlarda yaşadır.
Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun artması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ana dilimiz xalqımızın Milli Sərvətidir, onu qorumaq, təbliğ etmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi və vətəndaşlıq borcudur. Azərbaycan dilinin bu günkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiq edir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Eyni zamanda həmin vaxtlarda dil şurası yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili kimi təsis olundu. Qeyd etmək vacibdir ki, Türk dünyasında Ulu Öndər Heydər Əliyev qədər dil məsələsini dövlət səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görədə dahi şəxsiyyət Ana dilini milli və əvəzolunmaz dəyər səviyyəsinə qaldırdı.
Möhtərəm Prezident İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin dil siyasətini davam etdirəcək, Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması ilə bağlı 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı onun doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə qəlbən bağlı olduğunun təsdiqidir.
Doğma ana dilimizin saflığının qorunub saxlanılması və inkişaf etdirilməsi ən vacib vəzifəmizdir, eləcədə 50 milyondan artıq soydaşımızı biri-birilə birləşdirən və doğmalaşdıran dövlət atributudur.

YAP Səbail rayon yerli
təşkilatının sədri: Muxtar Nağıyev

🇦🇿 "QİSAS: Zəfərə Gedən Yolun Başlanğıcı" adlı tədbir keçirilibZirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı, "Əbədi B...
29/07/2026

🇦🇿 "QİSAS: Zəfərə Gedən Yolun Başlanğıcı" adlı tədbir keçirilib

Zirvə Gənclərin İnkişaf Klubunun təşkilatçılığı, "Əbədi Birlik" Gənclər İctimai Birliyi və Birgə Addım Platformasının əməkdaşlığı ilə "QİSAS: Zəfərə Gedən Yolun Başlanğıcı" adlı tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Vətən müharibəsində qazanılmış tarixi Zəfərə aparan proseslər, "Qisas" əməliyyatının hərbi-siyasi əhəmiyyəti, qəhrəmanlıq salnaməmiz, milli həmrəyliyin gücü və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ictimai-siyasi xadim, Zirvə Gənclərin İnkişaf Klubunun təsisçi rəhbəri Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu, mayor Anar Quliyev, tarix və siyasi elmlər üzrə araşdırmaçı, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının dissertantı, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tarix müəllimi Rasim Rzaxanov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov, "Əbədi Birlik" Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, Zirvə Gənclərin İnkişaf Klubunun sədri Maqsud Əhmədzadə, Gənclərin Səsi Platformasının sədri Telman Aslanlı və fəal gənclər çıxış ediblər.

Çıxışlarda "Qisas" əməliyyatının Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və milli birliyinin təzahürü olduğu vurğulanıb, gənc nəslin Vətənə sədaqət ruhunda yetişdirilməsinin vacibliyi xüsusi qeyd edilib. Tədbir iştirakçıların fikir mübadiləsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

28 İyul 2026-ci il tarixində  "Gülüstan küçəsi  giriş 62"Ərazi Partiya Təşkilatının sədri Bağırov Etibar Əziz oğlunundoğ...
28/07/2026

28 İyul 2026-ci il tarixində "Gülüstan küçəsi giriş 62"
Ərazi Partiya Təşkilatının sədri Bağırov Etibar Əziz oğlunun
doğum günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon təşkilatının kollektivi tərəfindən təbrik olundu.
Rayon təşkilatının rəhbərliyi yubiley münasibətilə partiya üzvünə səmimi arzularını çatdıraraq, yubilyara partiya sıralarında göstərdiyi fəallığı və ictimai-siyasi həyatda iştirakını yüksək qiymətləndirdi.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilibYeni Azərbaycan...
28/07/2026

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Siyasətinin həyata keçirilməsində Qeyri-Hökumət təşkilatlarının rolu adlı tədbir keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının əməkdaşları, müxtəlif sahələri təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qonaqları salamlayaraq, ölkəmizdə dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların ictimai təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.

Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri ilə açıq dialoqu və səmərəli əməkdaşlığı daim diqqət mərkəzində saxlayır. Bu baxımdan qeyri-hökumət təşkilatları ilə birgə keçirilən görüşlər ictimai maraq doğuran məsələlərin müzakirəsi, yeni təşəbbüslərin irəli sürülməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Onlar dövlət qurumları, siyasi institutlar və QHT-lər arasında əməkdaşlığın cəmiyyətin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində gənclərlə iş, vətənpərvərlik tərbiyəsi, ekoloji maarifləndirmə, sosial layihələr, könüllülük hərəkatının inkişafı və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar qarşılıqlı maraq doğuran məsələlər üzrə təkliflərini səsləndirib, gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

Sonda iştirakçılar belə görüşlərin davamlı keçirilməsinin dövlət–ictimaiyyət əməkdaşlığının möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin daha da inkişafına və ictimai təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verəcəyini bildiriblər. Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Azərbaycan-Almaniya arasdan imzalanan sənədlər ölkələrimizArasındakı əlaqələri,  yeni səviyyəyə çıxaracaq.      Zaman ke...
24/07/2026

Azərbaycan-Almaniya arasdan imzalanan sənədlər ölkələrimiz
Arasındakı əlaqələri, yeni səviyyəyə çıxaracaq.

Zaman keçdikcə Azərbaycanın xarici siyasət strategesiyasının şaxələndirilməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına və etibarlı tərəfdaş mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Konsleri Fridrıx Merts arasında imzalanan sənədlər hər iki ölkəni Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyəmnaməsinin uğurlu nəticəsidir.
Son illərdə Azərbaycan-Almaniya arasında əlaqələrin dnamik inkişafı, buna mane olmaq istəyən qüvvələr tərəfindən əngəllənə bilməyib. Həmçinin bu inkişaf həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni-yeni səmimi münasibətlərin qazanılmasına rəvac verir. İki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsi ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq elecədə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında bəyamnamələr mühüm siyasi əlaqələrin möhkəmlənməsinin göstəricisidir. Dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafı beynəlxalq aləmdə regional və beynəlxalq təhlükəsizlik , iqtisadi sabitlik və dayanıqlı inkişaf məsələlərində ortaq mövqelərin daha da yaxınlaşmasına təkan verir.
Avropa liderləri tərəfindən Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük siyasi xadim və diplomat kimi dünyada nüfuz qazandığını, Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu dəfələrlə bəyan ediblər. Azərbaycan-Almaniya arasında imzalanan yeni Bəyəmnamə bu tərəfdaşlığı daha da genişləndirirək ənənəvi təbii qaz ixracı ilə yanaşı, yaşıl enerji hasilatı və ixrac sahəsində əməkdaşlığı ön sıraya çıxarır.
Azərbaycanın məxsus olduğu zəngin enerji potensialının yüksək keyfiyyətə malik Almaniya texnologiyaları ilə əlaqələndirilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Hər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yalnız enerji sektorunda deyil, eləcə də kənd təsərrüfatı, sənayenin alman texnologiyaları ilə müasirləşdirilməsi, innovasiya, səhiyyə və təhsil sahələrinin inkişafı ilə bağlı əlaqələrin genişləndirilməsi əməkdaşlığın piroritet istiqamətləri kimi səciyələndirilir.
Azərbaycan və Almaniya arasında imzalanmış sənədlər hər iki ölkənin gələcək münasibətlərinin inkişafında mühüm əhəmiyyətə malikdir.


YAP Səbail rayon yerli
təşkilatının sədri: Muxtar Nağıyev

23/07/2026

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.

Address

Abbasqullu Abbaszadə 132
Baku
1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when YAP Səbail rayon təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share