AMEA RH Elmi İrs şöbəsi

AMEA RH Elmi İrs şöbəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AMEA RH Elmi İrs şöbəsi, Government Organization, Hüseyn Cavid prospekti, 117, Baku.

“Sadıq bəy Ağabəyzadə - XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda konfrans keçiriləcək16-17 mart...
30/01/2026

“Sadıq bəy Ağabəyzadə - XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda konfrans keçiriləcək
16-17 mart 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, beynəlxalq səviyyədə nüfuzlu şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

I Dünya müharibəsinin iştirakçısı, general-mayor, Azərbaycan Cümhuriyyəti dövrü tanınmış dövlət xadimi Sadıq bəy Ağabəyzadə (1865-1944) eyni zamanda görkəmli şərqşünas alim - ərəb, fars, türk dilləri üzrə mütəxəssis, Polşa şərqşünaslıq elmində xüsusi yeri olan Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət tapmışdır. Ömrünün son onilliklərini mühacirətdə yaşamış və elmi fəaliyyət göstərmiş Sadıq bəy Ağabəyzadənin keçdiyi uzun və mürəkkəb həyat yolunun öyrənilməsi, həmçinin zəngin yazılı irsinin toplanması və araşdırılması sahəsində istər xaricdə, istərsə Azərbaycan Respublikasında bir sıra işlər görülmüşdür. 160 illik yubileyi qarşısında onun Polşanın müxtəlif elmi müəssisələrində - Polşa Elmlər Akademiyası, Krakov və Vroslav universitetinin arxiv fondlarında saxlanılan sənədlərinin surətlərinin Azərbaycana gətirilməsi və AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində Azərbaycan arxivlərində saxlanılan digər sənədlərlə bərabər vahid “Sadıq bəy Ağabəyzadə Fondu”nda yerləşdirilməsi həyata keçirilmişdir və bu proses hələ də davam edir.

Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Sadıq bəy Ağabəyzadənin əsas elmi irsi saxlanılan Polşa Elmlər Akademiyası Arxivinin, Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi və Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə 29 may 2025-ci il tarixində Krakov şəhərində Azərbaycan alimlərinin iştirakı ilə “Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın Azərbaycanda keçiriləcək ikinci mərhələsinin 2026-cı ilin əvvəllərində təşkili məqbul sayılıb.

Konfransın təşkilatçıları:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;

AMEA RH aparatı Elmi İrs Mərkəzi;

Polşa Elmlər Akademiyası;

Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi;

Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzi.

Konfransın məqsədi:

Sadıq bəy Ağabəyzadənin Azərbaycanın hərbi, dövlət xadimi və şərqşünas alim kimi zəngin irsinin araşdırılması və tanıdılması;

Şərqşünaslıq elminin yaxın tarixi və müasir dövrdə qarşısında duran problemlərin müzakirəsi.

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus

Konfransın mövzu istiqamətləri:

I. Sadıq Bəy Ağabəyzadənin həyat və yaradıcılığı.

- Sadıq bəy Ağabəyzadənin hərbi xidmət dövrü fəaliyyət sahələri;

- Sadıq bəy Ağabəyzadə ADR dövrü Azərbaycanda polis sisteminin qurucusu kimi;

- Sadıq bəy Ağabəyzadənin yazılı irsi Azərbaycan siyasi mühacirətinin öyrənilməsində mənbə kimi;

- Sadıq bəy Ağabəyzadə şərqşünas alim – türk, ərəb, fars dillərində dərsliklərin, lüğətlərin və digər elmi araşdırmaların müəllifi kimi;

II. Şərqşünaslıq elmi yaxın tarixdə və müasir dövrün çağırışları qarşısında.

- Şərqşünaslıq elminin yaranmasını şərtləndirən amillər;

- Türkologiya; İranşünaslıq; Ərəbşünaslıq;

- Hərbi şərqşünaslıq, onun Cənubi Qafqaz və Yaxın Şərq tarixinin öyrənilməsində rolu;

- Şərqşünaslıq elmi, onun Mənbəşünaslıq və Mətnşünaslıq sahələri;

- Azərbaycan şərqşünaslığı: yaranması, istiqamətləri və inkişaf mərhələləri;

- Polşa şərqşünaslıq məktəbi və onun görkəmli simaları;

- I Türkoloji qurultay. Bakı 1926. Şərqşünaslıq elmi yanaşmasında;

- Müasir dövrdə Şərq anlayışı, Şərqşünaslıq elminin tədqiqat dairəsi və predmeti;

- Şərq və Qərb anlayışları postmodernizm dövründə;

- Orientalizm və Oksidentalizm: siyasi təfəkkürdə, mədəniyyətdə və incəsənətdə;

- Dinlər arası qarşıdurma və dialoq: toqquşan mövqelər və qarşılıqlı addımlar;

Hərb və sülh: qloballaşmanın alternativ yolları.

Təşkilat Komitəsinin ünvanı:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;

AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsi.

Konfransda iştirak formaları :

a) şəxsən;

b) tam zamanlı onlayn çıxış (və ya onlayn yayım üçün təşkilatçıya çıxışın videoyazısının təqdim edilməsi);

c) müzakirələrdə dinləyici;

d) yazışma - məruzənin tədbirin proqramına daxil edilməsi və nəşrin konfrans materialları toplusunda yerləşdirilməsi;

Konfrans tezislərinin təqdim edilməsi üçün tələblər:

Nəzərdə tutulan məruzələrin tezisləri (300-400 söz, şrift: Times New Roman, 12). Tezislərdə mövzunun və müəllifin adı, elmi dərəcəsi, yaşadığı ölkə, çalışdığı elmi müəssisə və elektron ünvanı göstərilməlidir.

Önəmli tarixlər və məlumatlar:

Tezislərin göndərilməsi üçün son tarix: 15.02.2026

Konfransın nəticələrinə əsasən konfrans materialları toplusu nəşr olunacaq. Konfransda iştirak ödənişsizdir!

Konfransda xarici iştirakçıların xərcləri (səfər və yaşayış) qonaqların öz hesabınadır.

Tezislər Konfransın Təşkilat Komitəsinin Katibliyinin e-poçt ünvanına göndərilməlidir: [email protected]

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

16-17 mart 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, beynəlxalq səviyyədə nüfuzlu şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-da arxiv sənədlərinin rəqəmsallaşdırılmasına dair tədbir keçirilibDekabrın 25-də AMEA-nın Əsas binasında Rəyasət He...
25/12/2025

AMEA-da arxiv sənədlərinin rəqəmsallaşdırılmasına dair tədbir keçirilib
Dekabrın 25-də AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin təşkilatçılığı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, Elmi irs şöbəsinin əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının arxiv işlərinə məsul nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Elmi irs şöbəsinin fondlarında qorunan materiallara baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti aparatının və müəssisələrinin 2024-cü ildə ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulduğunu diqqətə çatdırıb. Eyni zamanda AMEA-da elektron kitabxana qurulması istiqamətində işlərin genişləndirildiyini söyləyib. Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən alimlərimizin elmimetrik göstəricilərinin də elektronlaşdırıldığını, akademik sosial şəbəkələrdə onların profillərinin yaradıldığını vurğulayıb. Akademik İsa Həbibbəyli həmçinin AMEA-nın “Elm” nəşriyyatının maddi-texniki bazasının zənginləşdirildiyini diqqətə çatdırıb.

Atılan addımların tərkib hissəsi kimi son dövrlərdə AMEA-da elektron arxivin qurulması işlərinin də həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, Akademiyanın arxivi ölkəmizin intellektual potensialını əks etdirir və XX əsrdə Azərbaycanın bir çox parlaq simaları, ziyalıları, dövlət xadimləri burada çalışmış, zəngin irs qoymuşlar. Hazırda Akademiyanın arxivinin fondlarının AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyevanın rəhbərliyi ilə yenidən standartlara uyğun qurulduğunu və qarşıdakı hədəfdə bu sənədlərin elektronlaşdırılmasının dayandığını söyləyib. AMEA rəhbəri bu istiqamətdə işlərin Milli Arxiv İdarəsinin dəstəyi ilə həyata keçirildiyini, idarənin əməkdaşları tərəfindən Elmi irs şöbəsinin əməkdaşlarına təlimlərin keçirildiyini deyib.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva çıxış edərək ötən illər ərzində arxiv quruculuğu istiqamətində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, bu müddət ərzində ilk dəfə olaraq Akademiya prezidentlərinin şəxsi fondları yaradılıb, arxiv materialları əsasında 20-yə yaxın kitab çap olunub. İstifadəyə verilmiş ElarScan avadanlığının arxiv sənədlərinin rəqəmsallaşdırılması işini sürətləndirdiyini söyləyən Zemfira Hacıyeva Akademiyanın elmi müəssisə və təşkilatlarında da arxiv işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov Azərbaycanda arxiv işinin tarixi barədə danışıb. Vahid Elektron Arxiv Məlumat Sisteminin əsasnaməsinin təsdiq olunduqdan sonra istifadəyə veriləcəyini, AMEA-nın arxivində skan olunan sənədlərin də Vahid Elektron Arxiv Məlumat Sisteminə yerləşdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə Mərkəzi Elmi Kitabxananın direktoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin baş mütəxəssisi Ramin Həsənov da çıxış edərək görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda akademik İsa Həbibbəyli arxiv sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

03/11/2025
AMEA Rəyasət Heyətinin Elmi irs şöbəsi maddi-mədəni irsimizin ayrılmaz tərkib hissəsidirElmi irsin öyrənilməsi istiqamət...
02/04/2024

AMEA Rəyasət Heyətinin Elmi irs şöbəsi
maddi-mədəni irsimizin ayrılmaz tərkib hissəsidir

Elmi irsin öyrənilməsi istiqamətində aparılan işlər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatının I cildində öz əksini tapıb. Hesabat ilində “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələr yerinə yetirilib.

Arxiv sənədlərinin etibarlı mühafizəsi, arxiv xidmətinin dövrün tələblərinə uyğun modernləşdirilməsi və səmərəli fəaliyyətin təşkil olunması məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İnformasiya Təminatı və Elektron Xidmətlər Mərkəzi, Azərbaycanda “DİVİ Corporation” MMC, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron Resurslar şöbəsi, o cümlədən Rusiya Elmlər Akademiyasının Arxiv İdarəsi ilə əməkdaşlıq əlaqələri qurub.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması və akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi, o cümlədən akademiklər – Ziya Bünyadov və Cahangir Kərimovun 100, akademiklər – Mirəsədulla Mirqasımovun 130 və Püstə Əzizbəyovanın 95 illik yubileylərilə əlaqədar Elmi irs şöbəsinin fondlarında qorunan çoxsaylı arxiv sənədləri və fotoşəkillər Rəyasət Heyətinə təqdim edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 2021-ci ildə yaradılmış 41 nömrəli şəxsi fonduna yaradıcılıq, xidməti və illüstrativ materiallar əlavə edilib. Tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın şəxsi fondu yaradıcılıq materialları ilə zənginləşdirilib.

Bundan əlavə, Ümumittifaq Torpaqşünaslıq və Ümumittifaq Coğrafiya cəmiyyətlərinin üzvü, 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Partiya Komitəsinin katibi, 1952-1957-ci illərdə AMEA-nın akademik-katibi, Dünya Universitetinin elm və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, eləcə də 1968-1987-ci illərdə Azərbaycan SSR EA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olmuş AMEA-nın həqiqi üzvü Həsən Əliyevin şəxsi fondunun zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Akademik Həsən Əliyevə məxsus çoxsaylı sənədlər elmi ekspertizadan keçirilərək arxiv siyahılarına uyğun fonda daxil edilib. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması və onların mühafizəsi, müxtəlif rayonların torpaq xəritələrinin tədqiqi, təbiətdən və təbii sərvətlərdən istifadənin elmi əsaslandırılması ilə bağlı Azərbaycan elminin dəyərli tədqiqat əsərləri Elmi irs şöbəsində daimi mühafizəyə cəlb edilib. Fondda görkəmli coğrafiyaşünas alimin elmi-populyar məqalələri, xəritələr, redaktə etdiyi əsərlər, beynəlxalq və ümumittifaq konfranslardakı giriş nitqləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə dair sənədlər, səfər təəssüratları və xatirələri yer alıb. Akademikə məxsus fondda, həmçinin ətraf mühitə dair elmlər, kənd təsərrüfatı, ekologiya, bitkiçilik və coğrafiyanın inkişafına töhfələr verəcək araşdırmalar siyahılara uyğun olaraq yerləşdirilib.

Azərbaycanın görkəmli alimlərinin şəxsi fondlarının zənginləşdirilməsi işi davam etdirilir. Belə ki, hesabat ili ərzində tarix elmləri doktoru, professor Süleyman Əliyarlıya məxsus zəngin materiallar elmi ekspertizaya cəlb edilərək şöbəyə qəbul olunub.

Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın Elmi irş şöbəsində mühafizə edilən unikal arxiv materialları, Rusiya və digər ölkələrdən gətirilmiş sənədlər əsasında aparılan yeddiillik tədqiqatlar nəticəsində “Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi (1920-1945-ci illər)” adlı əsər 2023-cü ildə ərsəyə gəlib. Azərbaycanda elmin inkişaf tarixindən bəhs edən və Akademiyanın 75 illik yubileyinə həsr edilən fundamental əsər Moskvada “İqtisadiyyat” nəşriyyatında çap olunub. Monoqrafiyaya Vatikanın və Rusiyanın arxivlərində mühafizə edilən fotoşəkillər, eləcə də 34 alimin fotosu, sənədlərin əsli, ilk dəfə sektor, bölmə və institutların yaranma tarixlərinin qeyd olunduğu 23 cədvəl tərtib edilib.

Elmi irs şöbəsi hesabat ili ərzində Ekspert yoxlama komissiyasının işini davam etdirib. Ümumilikdə Ekspert yoxlama komissiyası tərəfindən ləğv edilmiş Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu, Kimya Elmləri Bölməsi, Maliyyə və mühasibat şöbəsinə aid tarixi, elmi və praktiki əhəmiyyətini itirmiş sənədlər qanunauyğun aktla məhv edilib.

Həmçinin arxiv işinin səmərəli təşkilini təmin etmək məqsədilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən müəssisələrə arxiv işinə və kargüzarlığa dair metodiki yardım göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Azərbaycan Milli Elmlər Akademiyası

Şəhidlərimizi qürur və ehtiramla anırıq!
19/01/2024

Şəhidlərimizi qürur və ehtiramla anırıq!

Ümummilli lider Heydər Əliyevi dərin hörmət, sevgi və ehtiramla anırıq
09/05/2023

Ümummilli lider Heydər Əliyevi dərin hörmət, sevgi və ehtiramla anırıq

Address

Hüseyn Cavid Prospekti, 117
Baku

Alerts

Be the first to know and let us send you an email when AMEA RH Elmi İrs şöbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AMEA RH Elmi İrs şöbəsi:

Share