AYNA

AYNA "AYNA" təmənnasız olaraq qadınlara hüquqi, sosial-psixoloji dəstək olmaq üçün yaradılmışdır.

Münasibətin zərərli olduğunu necə anlaya bilərəm?
30/07/2024

Münasibətin zərərli olduğunu necə anlaya bilərəm?

Qısqanclıq yoxsa qısıtlama?
06/07/2024

Qısqanclıq yoxsa qısıtlama?

Cinsi zorakılığa məruz qaldıqdan sonra nə etməliyəm?1. Təhlükəsizliyi təmin etmək2. Dəstək almaq3. Polisə müraciət4. Tib...
06/05/2024

Cinsi zorakılığa məruz qaldıqdan sonra nə etməliyəm?

1. Təhlükəsizliyi təmin etmək
2. Dəstək almaq
3. Polisə müraciət
4. Tibbi dəstək almaq

Təcavüz heç bir halda sizin günahınız deyil.

Qurban günahlandırması nədir?
29/04/2024

Qurban günahlandırması nədir?

İqtisadi zorakılıq:Qadınlara qarşı iqtisadi zorakılıq adətən iqtisadi asılılıqda saxlamadan ibarət olur. İqtisadi asılıl...
08/04/2024

İqtisadi zorakılıq:
Qadınlara qarşı iqtisadi zorakılıq adətən iqtisadi asılılıqda saxlamadan ibarət olur. İqtisadi asılılıqda saxlayan şəxs ya qadının ümumiyyətlə işləməsinin, gəlir əldə etməsinin qarşısını alır və ya qadının əldə etdiyi gəlirinin hesabatını alır, qadının öz gəlirindən istədiyi şəkildə istifadə etməsinə qarşı çıxır və qadının gəlirlərini özü idarə edir. İqtisadi asılılıqda saxlayan şəxs bu zorakılığı törətməklə qadının müstəqilliyini əlindən almış olur. İqtisadi asılılıqda saxlayan şəxs qadının təməl ehtiyaclara, tibbi xidmətə, məşğulluğa,təhsilə müstəqil şəkildə çıxmasının qarşısını ala bilir. Nəticədə ayrılmaq, boşanmaq və ya zorakılıqdan canını qurtarmağa çalışmaq istəyən qadın bu vəziyyətdən iqtisadi səbəblərə görə çıxa bilmir. Bir çox hallarda qadınlar əslində iqtisadi asılılıqda olduqlarının və zorakılığa məruz qaldıqlarının fərqində olmur. Buna görə də iqtisadi zorakılıqla bağlı dəstək ala bilmirlər. Halbuki iqtisadi zorakılıq qadınlara qarşı ayrı-seçkiliyin formalarından biridir. İqtisadi zorakılıq da zorakılıqdır və qarşısı alınmalıdır.

Cinsi zorakılıq nədir? Cinsi zorakılığa məruz qaldığımı necə anlayım?
26/03/2024

Cinsi zorakılıq nədir? Cinsi zorakılığa məruz qaldığımı necə anlayım?

Psixoloji və ya "görünməz" zorakılığa məruz qaldığımı necə anlaya bilərəm?
15/03/2024

Psixoloji və ya "görünməz" zorakılığa məruz qaldığımı necə anlaya bilərəm?

Mübarizə Gününüz Mübarək!
08/03/2024

Mübarizə Gününüz Mübarək!

"Ayna"ya müraciət prosesi necə olur?1.Müraciət2.İlkin qiymətləndirmə3.Keyslə iş4.İzləmə görüşü
04/03/2024

"Ayna"ya müraciət prosesi necə olur?

1.Müraciət
2.İlkin qiymətləndirmə
3.Keyslə iş
4.İzləmə görüşü

Məişət zorakılığının qarşısının alınması haqqında qanuna dəyişiklik edilib. İnzibati xətalar məcəlləsinə əsasən məişət z...
28/02/2024

Məişət zorakılığının qarşısının alınması haqqında qanuna dəyişiklik edilib. İnzibati xətalar məcəlləsinə əsasən məişət zorakılığı törətmiş şəxslərə qarşı ağırlaşdırılmış cəzalar tətbiq ediləcək. Yeni qanuna əsasən yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı halları qanunun təsir dairəsindən kənarda qalmayacaq. Müvafiq maddələrə “ər və arvadın yaxın qohumları” ifadəsi də əlavə olunub. Nəticədə, bundan sonra məişət zorakılığı baş verdikdə, ər və arvadın yaxın qohumları da cavabdehlik daşıyacaq və onların iştirakı və ya iştiraksızlığı, müdaxilə etməli olduqları halda səssiz qalmaları halında məsuliyyətə cəlb ediləcəklər.

Məişət zəmnində iqtisadi zorakılığa, iqtisadi məhdudiyyətlərin tətbiqinə, iqtisadi asılılıq yaradılmaya, iqtisadi asılılıqda saxlanılmaya 100 manatdan 300 manatadək cərimə tətbiq olunur.

Məişət zəmnində törədilən psixi zorakılığa, qəsdən dözülməz psixi şərait yaradılmaya görə 300 manatdan 500 manatadək cərimə tətbiq olunur.

Qanun layihəsinə əsasən inzibati tənbeh almış şəxs bir il müddətində təkrar qanun pozuntusuna yol verdiyi halda 500 manatdan 700 manatadək cərimə ediləcək və ya 60 saatdan 100 saatadək inzibati işlər yaxud 15 günədək inzibati həbs tətbiq olunacaq. Əlavə olaraq, məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə məsuliyyət müəyyən edilir. Buna görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsində məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilir. Cinsi istismara, cinsi zorakılığa məruz qalmış uşaq və məişət zorakılığından zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardım və cinayət prosesində vəkillə təmin edilmə hüququ var.

Məişət zorakılığı çənbəri nədir?Bir çox hallarda məişət zorakılığı qayğı, sevgi ilə müşayiət oluna bilir. Məişət zorakıl...
27/02/2024

Məişət zorakılığı çənbəri nədir?

Bir çox hallarda məişət zorakılığı qayğı, sevgi ilə müşayiət oluna bilir. Məişət zorakılığı çənbəri davamlı baş verdiyindən zorakılığa məruz qalan bu çənbərdən çıxa bilmir. İlk mərhələdə zorakı gərginlik yaradır. Bu gərginlik böyüyür və nəticədə zorakı şiddət göstərir. Qarşı tərəf zorakılıqdan sonra ayrılmaq, boşanmaq, mühitdən xilas olmaq istəyə bilər. Bu mərhələdə qadınlar adətən boşanma, harasa sığınma planları qura və bu barədə düşünməyə başlaya bilir. Lakin zorakı bu vəziyyəti hiss elədikcə “üzr” mərhələsi başlayır və qadını bu fikirdən daşındırmağa çalışır. Daha sonra “bal ayı” və ya “sakitlik” mərhələsi davam edir. Zorakı artıq zorakılığın olmayacağı ilə bağlı vədlər verir,güvən yaradır,hədiyyələr ala bilir. Lakin bu bir müddətlik olur. Bal ayı müddəti bitdikdən və zorakı qadının getməyəcəyindən əmin olduqdan sonra bu çənbər təkrarlanır.

Bəzi hallarda zorakı qadının getməyəcəyindən əmin ola bilər. Buna görə bal ayı mərhələsi olmaya bilər və yaxud zorakı “bal ayı” yerinə qadını təhdid edərək (məsələn, uşaqları,ailəsi ilə) qadının zorakı mühitdən çıxa bilməməsini təmin edə bilər. Bu halda “üzr” mərhələsi olmur,lakin gərginlik azalır, daha sonra şiddət döngüsü yenidən davam edir.

Müxtəlif ölkələrdə məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət istiqamətləri və qanunvericilikdə müxtəliflik var. Bunu...
02/06/2023

Müxtəlif ölkələrdə məişət zorakılığı ilə mübarizə üzrə fəaliyyət istiqamətləri və qanunvericilikdə müxtəliflik var. Bununla belə bir çox dövlətlər mübarizənin əsasını təşkil edən bir sıra amillərə diqqət yetirir. Bura qanunlar, məişət zorakılığına məruz qalan insanların qorunması və müdafiə edilməsi üçün dəstək xidmətləri daxildir. Bir çox ölkələrdə məişət zorakılığı ilə mübarizə üçün tədbirlər, məsələn, zərərçəkənlərin sığınacaqlara yerləşdirilməsi, müəyyən zamanlarda polis və sosial işçilərin zərərçəkənlərin evlərinə ziyarətləri, məişət zorakılığına məruz qalan insanlara ödənişsiz tibbi və ya psixoloji dəstək alması kimi şərtlərlə tətbiq edilir.

Bir çox Avropa ölkəsi məişət zorakılığı ilə mübarizə üçün təhsil və təlim proqramları təqdim edir. Həmçinin bir çox ölkə məişət zorakılığı ilə mübarizədə xüsusi xidmətlər də tətbiq edilir. Bu xidmətlərə psixoloji dəstək, mənzil təminatı, maliyyə yardımı, sosial dəstək kimi tədbirləri aid etmək olar.

Bütün bu tədbirlərə baxmayaraq, məişət zorakılığı ilə mübarizə hələ də böyük bir problemdir və hər bir ölkə bu məsələyə diqqət yetirməyə davam edir.

Address

Baku

Telephone

+994507737410

Website

Alerts

Be the first to know and let us send you an email when AYNA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AYNA:

Share

Category