Bakı şəhəri 3 nömrəli tam orta məktəb

  • Home
  • Bakı şəhəri 3 nömrəli tam orta məktəb

Bakı şəhəri 3 nömrəli tam orta məktəb Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Kollektivin 92%-i ali təhsillidirlər.

Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb. 2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusilə uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ən yaxşı ümum təhsil məktəbi” müsabiqəsinin qalibi olub. R.Əliyev adına 3 nömrəli tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezident

inin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin "Ən yaxşı ümum təhsil məktəbi" müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1286 nəfərə çatıb. Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 3 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və şəhid R.Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Beləki, məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 13 ağıllı lövhə, 43 kompüter, 15 proyektor mövcuddur. Beləki, 2 günüuzadılmış və 4 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir. Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir. Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulub. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktoru, Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimimiz - coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir. İki nəfər Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşlər. Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələr daha ürəkaçandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alıblar. 2019-2020-cü tədris illərində məktəbimizi bitirən 43 məzundan 29 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 11 nəfəri 500-700 bal toplamışlar.Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini verib. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer alıblar. Məktəbbdə "Əyləncəli riyaziyyat", "Doğma yurdu gəzə gəzə", "Diyarşünaslıq", "Qarabağın tarixi", "Azərbaycan tarixi", "Musiqi sevənlər" dərnəkləri vardır. Sabahın alimləri kiçik EA , 2021-ci ildən STEAM fəaliyyət göstərir.

Bu gündən məktəbimizdə onlayn dərslərə başlandı. Səhər saat 08:00-dan ilk distant tədrisə keçdik. Müəllimlərin hamısı öz...
18/05/2026

Bu gündən məktəbimizdə onlayn dərslərə başlandı. Səhər saat 08:00-dan ilk distant tədrisə keçdik. Müəllimlərin hamısı öz dərslərini peşəkarcasına keçməkdə davam edirlər.

Əhsən Azərbaycan müəlliminə. Məktəbimizin bütün zəhmətkeş, yaradıcı və əsl ləyaqətli müəllimlərinə təşəkkür edirik.
Onlar arada kiçik texniki xəta yaransa belə, öz şəxsi telefonlarının MB ilə internetə daxil olub onlayn dərslərini keçirlər. Budur fədakarlıq. Budur Azərbaycanın əsl müəllimi. Bəhanələrlə deyil, çıxış yolları tapmaqla dərslərinin keçilməsinə çalışırlar.
Afərin, 3 nömrəli məktəbin fədakar və zəhmətkeş müəllimlərinə.

Biz birlikdə güclüyük!




Onlayn tədrisə hazırıq.Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.Biz də, Binəqə...
17/05/2026

Onlayn tədrisə hazırıq.
Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.
Biz də, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi olaraq 18 maydan onlayn tədrisə keçirik. Zəhmətkeş müəllim heyətimiz tam gərgin iş rejiminə keçərək, ənənəvi dərslərini keçib, tənəffüslərdə və boş dərslərində istirahət etmədən belə 10 gün ərzində müəllim otağına gələrək distant tədrisə hazırlıq işini yekunlaşdırdılar. Onlayn dərsə artıq tam hazırıq. TEAMS platformasında İKT bilgisi olan müəllimlər yeniləmələr edərək məktəbi distant tədrisə hazırlığına böyük dəstək oldular.
Həmin zəhmətkeş müəllimlərə bizimlə bərabər iş saatından artıq məktəbdə qalıb, çalışdıqları üçün rəhbərlik adından təşəkkür edirəm.
Zümrüd müəllimə, Samirə müəllim, Mehriban müəllim, Rəvanə müəllim, Səbinə H. m və digər kompüter bilgisi olub köməklik edən müəllimlərə təşəkkürümüz çox.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Bizim də dərslərimiz mayın 22-də onlayn platformada bitəcək. Demək biz onlayn dərs deməyi də bacarırıq və birlikdə bu işi görəcəyik, çünki biz müəllim olaraq savadlı, bacarıqlı və güclüyük.

Forum çərçivəsində biz də təhsilimizin onlayn rejiminə keçidlə əlaqədar şagirdlərimizin dərslərdən geri qalmaması üçün tədrisin davamı olacaq elektron platformada olacağıq. Valideynlərimiz və şagirdlərimizi növbəti distant tədrisə dəvət etdik, onların hamısı da tam hazırlıqlı halda dərslərini gözləyirlər. Evində kompüteri, onlayn dərsə qoşulmağa imkanı olmayan bəzi müəllim və şagirdləri də nəzərə almışıq.
18 may, yeni həftədə görüşəcəyimiz günlərdə hamımıza uğurlar arzulayıram. Real sinif otağındakı dərslərimiz 22 maya qədər elektron platformaya köçürülərək, onlayn dərslərimizə davam edəcəyik.

Biz hazırıq!





Məktəbimizin 5B sinfində Təbiət dərsi 🌿"Ətraf mühit və biz" bölməsinin yekununda şagirdlər fənn müəllimi Nisə Məmmədova ...
14/05/2026

Məktəbimizin 5B sinfində Təbiət dərsi 🌿
"Ətraf mühit və biz" bölməsinin yekununda şagirdlər fənn müəllimi Nisə Məmmədova ilə birlikdə məktəb ətrafı əraziyə ekskursiya etdilər. Canlı və cansız təbiəti müşahidə edib, ətraf aləmlə daha yaxından tanış oldular.

10 May 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta ...
10/05/2026

10 May 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildömümünə həsr olunmuş “Sən həmişə bizimləsən!" adlı tədbir keçirildi.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü i...
10/05/2026

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar məktəbimizin kitabxanasında tədbir keçirildi.


Memarlıq və Şəhərsalma ili, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar məktə...
10/05/2026

Memarlıq və Şəhərsalma ili, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar məktəbimizin həyətində ağacəkmə aksiyası təşkil olundu.
Şagirdlər və müəllimlərin fəal iştirakı ilə həyata keçirilən tədbir həm xatirə, həm də təbiətə töhfə olaraq məktəbimizin həyətini daha da gözəlləşdirdi.

10 May — Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının...
10/05/2026

10 May — Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.


Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini əməkdar müəllim Yaqut Əzimzadə YAP Binəqədi rayon təşkilatı tərə...
08/05/2026

Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini əməkdar müəllim Yaqut Əzimzadə YAP Binəqədi rayon təşkilatı tərəfindən rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanla təltif olunmuşdur.

7 may 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Prokurorluğun və  Binəqədi Rayon Polis İdarəs...
07/05/2026

7 may 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Prokurorluğun və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə R.Əliyev adına 3 №-li tam orta ümumtəhsil məktəbində "Narkotiksiz gələcək naminə!” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik - leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Səbinə Məmmədli, Binəqədi Rayon Prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas Əli İbrahimov, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, R.Əliyev adına 3№-li tam orta ümumtəhsil məktəbin direktoru Almaz Həsrət, müəllimlər və məktəbin X-XI sinif şagirdləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı.
Davamı olaraq ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Əməkdar müəllim, püfd, 3 №-li məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarından gələn qonaqlara təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, polis əməkdaşları narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq əməliyyat tədbiləri həyata keçirir. O, qeyd etdi ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Növbəti çıxış edən 5-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verdi.
Sonra çıxış edən Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Səbinə Məmmədli bu sahədə görülən işlərin mexanizmi barədə geniş məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi təşkilat və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova qeyd etdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır. Komissiyasının sədri Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.
Çıxışlardan sonra şagirdləri bu mövzuda maraqlandıran sualları təşkilatçılar tərəfindən ətraflı cavablandlrıldı. Tədbir müzakirə formatında davam etdi.
Sonda şagirdlər Narkomaniyaya həsr olunmuş video çarxı izlədilər.



Bu gün Azərsun Holdingin həyata keçirdiyi layihələr çərçivəsində uşaqlar arasında gigiyena mövzusuna xüsusi diqqət yetir...
04/05/2026

Bu gün Azərsun Holdingin həyata keçirdiyi layihələr çərçivəsində uşaqlar arasında gigiyena mövzusuna xüsusi diqqət yetirilir.
Məktəbimizin 4-cü və 5- ci sinif şagirdləri üçün peşəkar psixoloqun və həkimin iştirakı ilə maarifləndirici görüş təşkil olunudu. Bu görüşdə özünə necə düzgün qulluq etməli, gigiyena qaydalarına riayət etməyin əhəmiyyəti, uşaqlıqdan sağlam vərdişlərin formalaşdırılması sadə və maraqlı formada izah edidi.
Məqsəd uşaqların sağlam, özünə güvənən və şüurlu şəkildə böyüməsinə dəstək olmaqdır .
Layihə uşaqlar üçün xüsusi olaraq hazırlanmışdır və AURA məhsulunun dəstəyi ilə həyata keçirilir.

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.Akademik Zərifə Əliyeva 150-dən çox elmi əsər,...
28/04/2026

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

Akademik Zərifə Əliyeva 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olub. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanımın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.

Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.

Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, elmi fəaliyyəti, yüksək insani keyfiyyətləri və fədakar əməyı bu gün də hər birimiz üçün nümunədir.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ruhuna rəhmət diləyirik.

Address

Z. Bünyadov Küçəsi 73

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share