Information Communication Technologies Agency

Information Communication Technologies Agency Azərbaycanın telekommunikasiya və poçt tənzimləyicisi | Azerbaijan's telecom & postal services regulator

26 Avqust – Laçın Şəhəri Günü 🇦🇿
26/08/2026

26 Avqust – Laçın Şəhəri Günü 🇦🇿

📶 Azərbaycanda mobil internetin sürəti 100 Mb/s həddinə çatıb“Ookla”nın iyul ayı üzrə “Speedtest Global Index” hesabatın...
25/08/2026

📶 Azərbaycanda mobil internetin sürəti 100 Mb/s həddinə çatıb

“Ookla”nın iyul ayı üzrə “Speedtest Global Index” hesabatına əsasən, Azərbaycanda mobil internetin median sürəti **99,53 Mb/s** olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə **24,96 Mb/s və ya 33,47% artım** deməkdir. 🚀

📌 **Sabit genişzolaqlı internet:** 92,52 Mb/s
📌 **Mobil internet:** 99,53 Mb/s

Bakı şəhərində isə mobil internetin median sürəti **121,54 Mb/s**-ə çatıb.

🌐 Rəqəmsal transformasiya, elektron xidmətlərə artan tələbat, distant iş və təhsil imkanlarının genişlənməsi Azərbaycanın qlobal internet göstəricilərində mövqeyinin yüksəlməsinə töhfə verir.

🔗 **Daha ətraflı: https://tinyurl.com/2vb58pk9

08/08/2026

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən həyata keçirilən sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğu prosesini əks etdirən videonu təqdim edirik.
Videoda sorğunun təşkili, iştirakçı rəylərinin toplanması və istehlakçı təcrübəsinin qiymətləndirilməsi istiqamətində icra olunan proseslər əks olunub.
Qeyd edək ki, İKTA tərəfindən keçirilən sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusu davam edir. Sabit internet xidmətindən istifadə edən şəxslər aşağıdakı link vasitəsilə sorğuda iştirak edərək xidmətin keyfiyyəti, internet bağlantısının dayanıqlılığı, texniki dəstək və digər məsələlərlə bağlı öz rəy və təkliflərini İKTA ilə bölüşə bilərlər.
https://forms.gle/hrquwN8vVYbjaU739

📡 İKTA əməkdaşları Azərbaycan–Qazaxıstan tezlik koordinasiyası üzrə beynəlxalq işçi görüşündə iştirak ediblər.İnformasiy...
04/08/2026

📡 İKTA əməkdaşları Azərbaycan–Qazaxıstan tezlik koordinasiyası üzrə beynəlxalq işçi görüşündə iştirak ediblər.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında radiotezlik spektrinin idarə olunması və tezlik koordinasiyası məsələlərinə həsr olunmuş ikitərəfli işçi görüşdə iştirak ediblər.
🤝 Görüşdə televiziya və radio yayımları, mobil rabitə şəbəkələrinin tezlik koordinasiyası, elektromaqnit uzlaşması və regional əməkdaşlığın inkişafı istiqamətində mühüm məsələlər müzakirə olunub.
📡 Tərəflər radiotezliklərdən daha səmərəli istifadə, qarşılıqlı maneələrin minimuma endirilməsi və telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmiş texniki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
🔗 Daha ətraflı: https://tinyurl.com/nhhp9yur

📚 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
01/08/2026

📚 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

🌐 İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlayıbİnformasiya Kommunikasiya Texnologiyalar...
31/07/2026

🌐 İKTA sabit internet xidmətləri üzrə istehlakçı məmnuniyyəti sorğusuna başlayıb
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit internet xidmətlərindən istifadə edən istehlakçıların xidmətlə bağlı təcrübəsini və məmnunluq səviyyəsini öyrənmək məqsədilə onlayn sorğuya start verib.

📅 23 iyul – 20 sentyabr 2026-cı il tarixlərini əhatə edən sorğu çərçivəsində istifadəçilər internetin sürəti və dayanıqlılığı, xidmətin keyfiyyəti, texniki dəstək, müraciətlərin cavablandırılması və digər məsələlər üzrə təcrübələrini İKTA ilə bölüşə bilərlər.
Sorğu anonim qaydada keçirilir və əldə olunan nəticələr xidmət keyfiyyətinin qiymətləndirilməsi, istehlakçı gözləntilərinin daha yaxşı öyrənilməsi və gələcək tənzimləmə tədbirlərinin planlaşdırılması məqsədilə digər monitorinq nəticələri ilə birlikdə təhlil ediləcək.

📢 İKTA bütün sabit internet istifadəçilərini sorğuda iştirak etməyə və xidmətlə bağlı real təcrübələrini bölüşməyə dəvət edir.

📝 Onlayn sorğuda iştirak edin: https://forms.gle/hrquwN8vVYbjaU739

🔗 Daha ətraflı: https://tinyurl.com/473kw654

📊 İKTA poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin II rübünə dair şikayət indeksi hesabatını açıqlayıbİnformasiya Kommuni...
30/07/2026

📊 İKTA poçt rabitəsi xidmətləri üzrə 2026-cı ilin II rübünə dair şikayət indeksi hesabatını açıqlayıb
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin aprel–iyun aylarını əhatə edən poçt rabitəsi xidmətləri üzrə şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.
Hesabat "E-Şikayət" sistemi vasitəsilə poçt rabitəsi operatorlarına ünvanlanmış müraciətlər əsasında hazırlanıb və operatorların xidmət keyfiyyəti, bazar payına uyğun şikayət göstəriciləri, eləcə də müraciətlərə cavabvermə operativliyini əks etdirir.
Şikayət indeksinin mütəmadi dərc olunması poçt sektorunda şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
📌 Daha ətraflı: https://tinyurl.com/3ssxk9he

22 İyul – Milli Mətbuat Günü
22/07/2026

22 İyul – Milli Mətbuat Günü

📚 İKTA kommunikasiya əməkdaşları ilə təcrübə və bilik mübadiləsi aparıbİnformasiya Kommunikasiya Texnologiyaları Agentli...
20/07/2026

📚 İKTA kommunikasiya əməkdaşları ilə təcrübə və bilik mübadiləsi aparıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tabeliyində fəaliyyət göstərən qurumların ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində çalışan əməkdaşları ilə görüş keçirilib.

Tədbir çərçivəsində iştirakçılara Agentliyin telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici fəaliyyəti, əsas prioritetləri, elektron xidmətləri və həyata keçirilən layihələr barədə məlumat verilib.

💻 Görüşdə vətəndaş müraciətlərinin operativ və şəffaf idarə olunmasını təmin edən "E-Şikayət" elektron sistemi də təqdim olunub, platformanın funksional imkanları ilə bağlı suallar cavablandırılıb.

🤝 Eyni zamanda dövlət tənzimlənməsi sahəsində kommunikasiya fəaliyyətinin rolu, tənzimləyici qərarların ictimaiyyətə düzgün çatdırılması və qurumlar arasında vahid kommunikasiya yanaşmasının formalaşdırılması mövzularında interaktiv müzakirələr aparılıb.

📌 Görüşün sonunda bu formatda məlumatlandırma və təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

🔗 Daha ətraflı: https://tinyurl.com/yzve5xfr

📈 Azərbaycanda internet sürəti artmaqda davam edir!🌐 “Ookla”nın iyun ayı üzrə "Speedtest Global Index" hesabatına əsasən...
16/07/2026

📈 Azərbaycanda internet sürəti artmaqda davam edir!

🌐 “Ookla”nın iyun ayı üzrə "Speedtest Global Index" hesabatına əsasən:

📶 Azərbaycan
🔹 Sabit genişzolaqlı internet: 92,18 Mb/s
🔹 Mobil internet: 98,61 Mb/s

📊 İllik artım
⬆️ Sabit internet: +10,82 Mb/s (+13,30%)
⬆️ Mobil internet: +26,09 Mb/s (+35,98%)

🏙️ Bakı şəhəri
🔹 Sabit genişzolaqlı internet: 92,34 Mb/s
🔹 Mobil internet: 119,04 Mb/s

📈 İllik artım
⬆️ Sabit internet: +13,56 Mb/s (+17,21%)
⬆️ Mobil internet: +30,84 Mb/s (+34,97%)

📌 Daha ətraflı: https://tinyurl.com/29bxwxm4

Address

Üzeyir Hacıbəyli 48
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Information Communication Technologies Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Information Communication Technologies Agency:

Shortcuts

Share