Səməd Vurğunun Ev-Muzeyi

Səməd Vurğunun Ev-Muzeyi Səməd Vurğunun ev-muzeyi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə təşkil edilən və 1975-ci il oktyabr ayının 6-da açılan ilk memorial muzeydir.

Azərbaycanın ilk xalq şairi və ilk akademiklərindən biri, nüfuzlu ictimai xadim Səməd Vurğunun ev-muzeyi, şairin ömrünün son illərini yaşadığı, gərgin yaradıcıllıq fəaliyyəti ilə məşğul olduğu evdə yerləşir. Muzey XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində, 6 otaqlı mənzildə yerləşir. Şairin iş otağı, qonaq və yataq otaqları eynilə qorunub saxlanılır. Qalan otaqlarda qurulmuş ekspoz

isiya şairin həyatı və ictimai fəaliyyətini əks etdirir. Ekspozisiya şairin həyat yoldaşı Xavər xanımın muzeyə verdiyi zəngin materiallar əsasında yaradılmışdır. Ulu Öndər Səməd Vurğunun ev-muzeyinə daim qayğı göstərmiş, muzeyin tam gücü ilə fəaliyyət göstərməsinə hər cür şərait yaratmışdır. Muzey son dəfə onun göstərişinə əsasən 1997-ci ildə təmir edilmişdir. Lakin, son zamanlar muzeyin təmirə ciddi ehtiyacı yaranmışdı. Bundan xəbər tutan İlham Əliyev cənabları dərhal Vurğun ocağında əsaslı təmir aparılması ilə bağlı sərəncam vermiş və muzey az müddət ərzində yüksək səviyyədə təmir edilmişdir. Bu, milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin, mədəniyyət ocaqlarımızın qayğıkeş və qədrşünas hamisi olan İlham Əliyev cənablarının həm bütövlükdə tarixi yaddaşımıza, klassik irsimizə,həm də Vurğun ocağına Ulu Öndərdən gələn ənənəvi məhəbbətin, ehtiramın, qayğının davamı və təsdiqidir.

12/01/2015

“Bizdə şeir də var, sənət də vardır, Şairə, sənətə hörmət də vardır”

30/12/2014

Vurğundan gözəl xəbər - Foto

XavərəAğzı xеyir sözlüm, incimə məndən, Yar yardan ayrılmaz, bülbül çəməndən. Dеmə ki, düşmüşdür saçlarıma dən, Ürək qoc...
21/12/2014

Xavərə

Ağzı xеyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Dеmə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.

Mən qul olmamışam şöhrətə, ada,
Sənsiz yaşamayım bir gün dünyada.
Gözəllər, cananlar min-min olsa da,
Mənim bu dünyada mələyim sənsən.

Könül hеç doyarmı sən tək gözəldən,
Sən oldun qismətim hökmi-əzəldən.
Sağ olsun bu xеyir işi düzəldən,
Müqəddəs əməyim, diləyim sənsən.

Yusifin Vaqifin görüm var olsun!
Aybəniz hamıdan bəxtiyar olsun!
Yüz il də Vurğuna Xavər yar olsun!
Ən əziz sirdaşım, köməyim sənsən!

1951

14/12/2014

Səməd Vurğunun nəvəsinə məktub

28/10/2014

Hüseyn Arifin “Xatirə günü” keçirildi - Fotolar

07/10/2014

Azərbaycanın xalq artisti Vera Şirye
-Berlinin süqutunu Sofiyada eşitdim. Moskvadakı Qələbə konsertində mənə Azərbaycanı təmsil etmək şərəfi nəsib oldu. Səməd Vurğunun şeirlərini oxuyurdum. Bu, mənim həyatımın ən xoşbəxt günləri idi.

07/10/2014

Azərbaycanın xalq artisti Nəcibə Məlikova
-Səhnə və kino sənətində çalışdığım bütün illər boyu arzum öz müasirim və yaşıdım olan Azərbaycanın ziyalı qadını obrazı yaratmaq olmuşdur. Böyük şairimiz Səməd Vurğunun “Aygün” poemasını oxuyarkən mən daim düşünürəm ki, əgər bunu erkən və ya səhnə əsəri etmək mümkün olsaydı, mən böyük həvəslə gənc ana Aygünün rolunu oynardım. Yaxşı deyiblər ki, adam nəyi ürəkdən arzu edərsə, ona da çatar: “Aygün” filmində baş rolda çıxış etdim.

07/10/2014

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
- XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai – siyasi həyatımızda Səməd Vurğunun xidmətləri olduqca böyükdür və ona görə də xalq onu sağlığında da sevib, ona sitayiş edib. İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə - sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir.
... Səməd Vurğunu biz təkcə şair kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai – siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai – siyasi həyatında çox böyük fəaliyyət göstərib. Keçmiş Sovetlər İttifaqı miqyasında onun böyük fəaliyyəti məlumdur. Xüsusən ikinci dünya müharibəsindən sonra sülh uğrunda mübarizə hərəkatında Səməd Vurğun beynalxalq aləmdə çox böyük fəaliyyət göstərmişdir və bunların hamısı eyni zamanda bizim xalqımızın adını, hörmətini daim ucaltmışdı.
... Səməd Vurğunun ailəsinə mən həmişə böyük hörmət və ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək, onların təsiri altında təhsil almışam, həm də formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi üçün və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam.
... Azərbaycanın dövlət müstəqilliyi, dünya birliyinə daxil olması, xalqımızın öz milli azadlığını əbədi olaraq əldə etməsi böyük nailiyyətdir. Bu nailiyyətlər bizdən əvvəl yaşamış nəsillərin, mütəfəkkir insanların da nailiyyətidir. Səməd Vurğun onların içərisində çox görkəmli yer tutur. (Heydər Əliyevin Yusif Səmədoğlunun anadan olmasının 60 illiyinə həsr olunmuş mərasimdə çıxışından. “Azərbaycan qəzeti, 21 dekabr 1995 – ci il.




Seyid Cəfər Pişəvəri:
- Mənim əqidəmcə, Səməd Vurğunun şerləri heca vəznində yazılmış ən gözəl Azərbaycan şeridir. ( “Acir” qəzeti, İran, 1943 – cü il).





“Suat - əş – şəəb” (Livan qəzeti, Beyrut, 13 dekabr 1946 –cı il):
- Səməd Vurğun bütün Şərq aləmi üçün böyük bir sənətkardır. O öz xalqının yeni həyat qurmasını, əmək cəbhəsində igidlik göstərib neft istehsalını artırmasını, kənd təsərrüfatını yeni əsaslar üzərində inkişaf etdirməsini ölməz əsərləri ilə tərənnüm etmişdir.

SEMED VURGUN -10030.06.2006 CƏFƏR CABBARLININ EV-MUZEYİNDE
06/10/2014

SEMED VURGUN -100
30.06.2006 CƏFƏR CABBARLININ EV-MUZEYİNDE

06/10/2014

LUI ARAQON (FRANSA):
- Mən Səməd Vurğunun Sovet Yazıçılarının II Ümumittifaq qurultayında nitqini dinlədikdə dünyada baş verən böyük dəyişikliklər barədə fikirləşirdim… …O, necə də böyük bir ilham və ehtirasla böyük sovet şairlərini epik poemalar və mənzun romanlar yaratmağa ruhlandırırdı. Səməd Vurğun müasir dünya ədəbiyyatının iftixarıdır.

BILFRID BRANTS (ALMANIYA):
Mən Səməd Vurğunun ədəbi şöhrəti, onun ədəbiyyatda mövqeyi haqqında onu deyə bilərəm ki, bu «Vətən sevgisi ilə yanan sənətkar» müasir Azərbaycan ədəbiyyatının milli ənənələri ilə müasirliyi özündə birləşdirən ən görkəmli
numayendesidir

XORXE ESPINOSA (İSPANIYA):
Gözəl Bakı, Odlar yurdu bir dürdür, Burda gördüm xoşbəxtliyi, sevinci. Səməd Vurğun vulkan kimi püsgürdü,- O dahiyə həray verdim birinci.

UOLTER MEY (İNGILTƏRƏ):
- FÜSUNKAR AZƏRBAYCANI, AĞ SAÇLI QAFQAZI VƏSF EDƏN SƏMƏD VURĞUN TƏKCƏ BIZIM YOX, BÜTÜN DAIRƏLƏRIN VƏ GƏLƏCƏK NƏSILLƏRIN MÜASIRI OLARAQ QALIR VƏ QALACAQ. MƏN ONUN POEZIYASINI HƏDSIZ DƏRƏCƏDƏ SEVIRƏM. DÜNYAYA BELƏ BIR ILHAMLI NƏĞMƏKAR BƏXŞ ETMIŞ TORPAĞA – AZƏRBAYCAN TORPAĞINA VƏ XALQINA MINNƏTDARLIĞIMI BILDIRIRƏM.

NAZIM HIKMƏT (TÜRKIYƏ):
- SƏMƏD VURĞUN POEZIYAMIZIN PLANETIDIR. BU PLANETIN GÜNƏŞI, ULDUZLARI SÖNMƏZDIR. SƏMƏD VURĞUN - QARDAŞ DILLƏRIMIZIN BÖYÜK XALQ ŞAIRI, DILLƏRIMIZ YAŞADIQCA ƏBƏDI YAŞAYACAQDIR.

İLHAMI EMIN (YUQASLAVIYA):
ŞER YAŞADIQCA, SÖZ YAŞADIQCA, VURĞUN KƏSILƏCƏK VURĞUNA HƏR KƏS.

A.SIVALINQAM (HINDISTAN):
- MƏN GÖRKƏMLI AZƏRBAYCAN ŞAIRI SƏMƏD VURĞUNUN POEZIYASI ILƏ TANIŞAM. O MƏNIM ÇOX SEVDIYIM ŞAIRLƏRDƏN BIRIDIR. SƏMƏD VURĞUNUN ƏSƏRLƏRINI OXUDUQDAN SONRA AZƏRBAYCAN POEZIYASINA MARAQ GÖSTƏRIRƏM VƏ ƏLIMƏ DÜŞƏN ALMANAXLARDA, QAZET VƏ JURNALLARDA AZƏRBAYCAN ŞERLƏRINI AXTARIRAM.

ZAYONÇKOVSKI (POLŞA):
- BÜTÜN DÜNYA XALQLARI KIMI, POLŞA XALQI DA AZƏRBAYCAN ŞAIRI SƏMƏD VURĞUNUN POEZIYASINI ÇOX SEVIR. ELƏ TƏKCƏ «AZƏRBAYCAN» ŞERINƏ GÖRƏ ONA XALQ NƏĞMƏKARI DEMƏK MÜMKÜNDÜR. ÇÜNKI S.VURĞUN BURADA VƏTƏNIN ƏN ƏLAMƏTDAR KEYFIYYƏTLƏRINI ÜMUMILƏŞDIRIR.

MIROSLAV İVANOVIÇ (ÇEXOSLOVAKIYA):
- VURĞUN BIZƏ ONA GÖRƏ ƏZIZDIR KI, ONUN POEZIYASINDA XALQIN RUHU, DOĞMA TORPAĞIN RUHU YAŞAYIR. MƏHZ BUNA GÖRƏ DƏ O, HƏQIQI XALQ ŞAIRIDIR VƏ DAIM XALQ ŞAIRI OLARAQ QALACAQDIR.

YAN SUDRABKALN (LITVA):
… SƏMƏD VURĞUNUN ŞERLƏRINI OXUYARKƏN BIZ ONUN ÖZÜNÜ GÖRÜR, SƏSINI EŞIDIR, QƏLBININ HƏRARƏTINI DUYURUQ. ELƏ BIL ŞƏFFAF GÜZGÜDƏ BÜTÜN GENIŞ, HÜDUDSUZ SƏMANI ƏKS ETDIRƏN MAVI GÖLƏ BAXIRSAN. MƏNƏ ELƏ GƏLIR KI, ISTI YAY GECƏSINDƏ EYVANA ÇIXMIŞAM. HƏR TƏRƏFDƏN NÖVBƏNÖV GÜLLƏRIN, NÖVBƏNÖV MEYVƏLƏRIN INSANI MƏST EDƏN ƏTRI GƏLIR.

ANDRIS VEYAN (LATVIYA):
- MƏN SƏMƏD VURĞUNUN SÖZLƏRINI INDI DƏ YADA SALIRAM, XÜSUSƏN QƏLƏMIM ÇƏTIN IŞLƏYƏNDƏ. BUDUR, 1956-CI ILDIR… XƏZƏR SAHILINDƏYƏM. BAKIDA KÜLƏKLƏR OYNAŞIR. BAHAR FƏSLIDIR. AMMA QƏLBIMIZ KƏDƏRLIDIR. AXI, BIZ SƏMƏD VURĞUUN «SON» YUBILEY MƏCLISININ QONAQLARIYIQ. DANIŞMAQDAN ÇOX SUSURUQ, HƏYAT HAQQINDA, ƏBƏDIYYAT HAQQINDA DÜŞÜNCƏLƏRƏ DALIRIQ…

ANTANAS VENSLOVA (LITVA):
- MƏN SƏMƏD VURĞUNLA MOSKVADA, YAZIÇILAR İTTIFAQINDA, İTTIFAQIN PLENUM VƏ ICLASLARINDA, AZƏRBAYCAN ƏDƏBIYYATI VƏ INCƏSƏNƏTI ONGÜNLÜYÜNDƏ, SSRİ ALI SOVETININ SESSIYALARINDA, ÜMUMDÜNYA SÜLH KONQRESINDƏ TEZ-TEZ GÖRÜŞMÜŞƏM. ONU HƏMIŞƏ SADƏ, XEYIRXAH VƏ NƏCIB, SƏMIMI DOST VƏ GÖZƏL ŞAIR KIMI GÖRMƏK OLARDI. POEZIYANI O, QƏDƏR SÖZÜN ƏSL MƏNASINDA NƏ QƏDƏR SEVMƏK MÜMKÜMDÜRSƏ, BIR O QƏDƏR BÖYÜK MƏHƏBBƏTLƏ SEVIRDI. POEZIYASIZ ONUN HƏYATINI TƏSƏVVÜR ETMƏK ÇƏTIN IDI. O, QARDAŞ XALQLARI YAXINDAN TANIDIĞI VƏ ALQIŞLADIĞI BÖYÜK ISTEDAD IDI… …SƏMƏD VURĞUNUN NƏĞMƏLƏRI, ONUN ADI, BƏLI, ŞAIR VƏ INSANIN ADI ŞƏRƏFLI ƏBƏDIYYƏTƏ QOVUŞACAQDIR…

ALEKSANDR FADEYEV (RUSIYA):
- ONUN ÜLVI POEZIYASI XALQIMIZIN POEZIYASININ ƏN YAXŞI ƏSƏRLƏRI KƏŞKƏŞANINDA PARLAQ ULDUZ KIM ŞƏFƏQ SAÇIR. MÜXTƏLIF MILLƏTLƏRƏ MƏNSUB OLAN MILYONLARLA BU POEZIYANI SEVIR. MƏN ÇOXDAN BU POEZIYANIN MƏFTUNUYAM… DOSTLAR-HƏYATIMIZDA ƏN BÖYÜK SƏADƏTDIR VƏ NƏ YAXŞI KI, DÜNYADA SƏMƏD VURĞUN VAR!

MIXAIL ŞOLOXOV (RUSIYA):
- ELƏ TƏKCƏ ONUN XARICI GÖRÜNÜŞÜNÜN ÖZU BƏDII ƏSƏR ÜÇÜN MÜDRIK BIR OBRAZ IDI. O, GÖZƏL VƏ ƏVƏZSIZ INSAN IDI. ONUN ÖLÜMÜ BIZ YAZIÇILARIN QƏLBINƏ, ÜRƏYINƏ DAĞ ÇƏKDI…

KONSTANTIN SIMONOV (RUSIYA):
- SƏMƏD GÖZƏL ŞAIR, MƏRD INSAN VƏ SƏDAQƏTLI DOST IDI. O, HƏQIQI XALQLAR DOSTLUĞUNUN, ŞAIRLƏR ARASINDAKI DOSTLUĞUN NƏ DEMƏK OLDUĞUNU ÇOX GÖZƏL BILIRDI. MƏHZ BUNA GÖRƏ DƏ ÖLKƏMIZIN HƏR YERINDƏ VƏ ONUN HÜDUDLARI XARICINDƏ SƏMƏDIN ÇOXLU DOSTLARI VARDI…

YEMILIAN BUKOV (MOLDAVIYA):
- SƏMƏD VURĞUN BÖYÜK HƏRFLƏRLƏ YAZILAN ƏSL INSAN IDI. O, HƏYATI, INSANI ÇOX YÜKSƏK QIYMƏTLƏNDIRIRDI VƏ BUNA GÖRƏ DƏ HAMININ ÜRƏYINƏ TEZ YOL TAPIRDI. BƏZƏN SƏNƏ O QƏDƏR SADƏ GÖRÜNÜRDÜ KI, BELƏ BIR NƏHƏNG ISTEDAD SAHIBI OLDUĞUNU TƏSƏVVÜRƏ GƏTIRƏ BILMIRDIN… …AZƏRBAYCAN XALQINA EŞQ OLSUN KI, ADI BÖYÜK HƏRFLƏRLƏ YAZILAN BIR İNSANI-MƏNIM SƏMƏD VURĞUNUMU DÜNYAYA GƏTIRMIŞDIR!

MAKSIM RILSKI (UKRAYNA):
- SƏMƏD VURĞUN ƏDƏBIYYATDA HƏMIŞƏ YÜKSƏK, ROMANTIK, POETIK ÜSLUBU BƏZI ƏDƏBIYYATÇILARIN QANADSIZ TƏSVIRÇILIYINƏ QARŞI QOYMUŞ VƏ BU ÜSLUBU EHTIRASLA MÜDAFIƏ ETMIŞDIR...O, YALNIZ BÖYÜK POETIK ISTEDADA DEYIL, HƏM DƏ PARLAQ, DƏRIN ZƏKAYA VƏ BÖYÜK ÜRƏYƏ MALIK INSAN IDI.

BORIS OLEYNIK(UKRAYNA):
MƏN SƏMƏD VURĞUNDAN DANIŞANDA ONU CISMƏN SAF BILIRƏM, AXI HƏQIQI ŞAIRLƏR HEÇ VAXT ÖLMÜR, ONLAR YALNIZ HƏYATDAN YADDAŞLARA KÖÇÜRLƏR

MAKSIM TANK (BELORUSIYA):
- O, XALQINA TƏKCƏ ŞERI ILƏ DEYIL, QƏLBININ BÜTÜN HƏRARƏTI ILƏ ŞAIRLIYIN BÜTÜN NƏĞMƏKARLIQ QÜVVƏSI ILƏ XIDMƏT ETMIŞDIR. ONUN ECAZKAR ORIJINAL LIRIKASI, DRAMLARI MISILSIZ QIYMƏTƏ MALIKDIR. BU ƏSƏRLƏR AZƏRBAYCAN POEZIYASININ ÜSLUBUNUN VƏ DILININ FORMALAŞMASINDA BÖYÜK ROL OYNAMIŞ, BÜTÜN ÇOXMILLƏTLI ƏDƏBIYYATIMIZIN INKIŞAFINA MÜSBƏT TƏSIR GÖSTƏRMIŞDIR.

PETRUS BROVKA (BELARUSIYA):
- O, TƏKCƏ QARDAŞ AZƏRBAYCANIN YOX, BÜTÜN SOVET XALQLARININ ŞAIRI IDI. ONUN MÜDRIK AĞLI, HƏSSAS, XEYIRXAH ÜRƏYI VARDI VƏ BUNA GÖRƏ DƏ DOSTLARI SƏMƏD VURĞUNA DƏRIN MƏHƏBBƏT BƏSLƏYIRDILƏR.

DAMDINSURENGIYN URIANXAY (MONQOLUSTAN):
- SƏMƏD VURĞUNLA MƏN, MINLƏRLƏ YAŞIDLARIM KIMI, HƏLƏ UŞAQLIQ ÇAĞLARINDAN TANIŞAM. MONQOL DILINƏ TƏRCÜMƏ EDILMIŞ «ZƏNCININ ARZULARI» POEMASINI MONQOL UŞAQLARININ NECƏ MARAQLA OXUDUĞUNU INDI DƏ XATIRLAYIRAM. BU ALOVLU ƏSƏR BIZIM DƏRSLIKLƏRƏ SALINMIŞDIR.

ƏBÜLQASIM LAHUTI (TACIKSTAN):
SƏMƏDIN ÜZÜNÜ GÖRDÜYÜM ZAMAN, CISMIMƏ CAN GƏLDI, GÖZÜMƏ IŞIQ. ŞAIRLƏR VƏTƏNI AZƏRBAYCAN DA, ONUN SƏNƏTILƏ TAPMIŞ YARAŞIQ.

QAFUR QULAM (ÖZBƏKISTAN):
- AZƏRBAYCAN-QƏDIM ODLAR ÖLKƏSI XÖŞBƏXTDIR KI, DAHI SƏMƏD VURĞUNU YETIRIB. SƏMƏD BAŞDAN-BAŞA ISTEDAD IDI, YALNIZ ŞER ÜÇÜN DOĞULMUŞDU…QARDAŞ AZƏRBAYCAN XALQININ MISILSIZ MƏNƏVI KEYFIYYƏTLƏRINI DOSTUM SƏMƏDIN POEZIYASI VASITƏSILƏ ÖYRƏNMIŞƏM.

ANUAR ƏLIMCANOV (QAZAXISTAN):
- SƏMƏD VURĞUNU TƏKCƏ AZƏRBAYCANDA, YAXUD SOVET İTTIFAQINDA DEYIL, XARICI ÖLKƏLƏRDƏ DƏ TANIYIRLAR. MƏN ƏRƏB ÖLKƏLƏRINƏ, İRANA VƏ ASIYANIN DIGƏR ÖLKƏLƏRINƏ ÇOX SƏFƏRLƏR ETMƏLI OLMUŞAM, SOVET ƏDƏBIYYATINDAN SÖZ DÜŞƏNDƏ HƏR YERDƏ SƏMƏD VURĞUNUN DA ŞERINI EŞITMIŞƏM.

Berdi Kerbabayev (Türkmənistan):
- Səmədi bir dəfə görən onun hər bir hərəkətini, baxışını ömrü böyu unutmaz. Səməddə bir igid, bir qartal görkəmi vardır. O, mübahisədən çəkinməz, ta həqiqət aydın olana qədər mübahisə edərdi. O, dumanlı xasiyyəti, dumanlı sözləri sevməzdi.

ÇINGIZ AYTMATOV (QIRĞIZISTAN):
======================
- DÜNYANIN MƏDƏNIYYƏT IRSINƏ QƏRBDƏ HOMERDƏN PUŞKINƏDƏK, ŞƏRQDƏ FÜZULIDƏN SƏMƏD VURĞUNADƏK NEÇƏ-NEÇƏ NƏSILLƏRIN TƏXƏYYÜL QÜDRƏTI VƏ TƏCRÜBƏSI SƏRF OLUNMUŞDUR.

MUSTAY KƏRIM (BAŞQIRDASTAN):
- BÜTÜN ƏDƏBIYYATLARIN ULU USTADLARI VAR KI, YARADICILIQLARI BOYU ÇIYINLƏRINDƏ AĞIR, ŞƏRƏFLI BIR YÜK APARIBLAR VƏ BU, DÜNYANIN BÖYÜK ƏDƏBIYYATLARI SIRASINDA ÖZ XALQININ, ÖZ TORPAĞININ ADI OLUB, UCALIB. SƏMƏD VURĞUN DA BELƏ ULU USTADLARDANDI.

DAVID KUQULTINOV (KALMIKISTAN):
- SƏMƏD VURĞUN SOVET İTTIFAQININ ELƏ EMOSIONAL ŞAIRLƏRINDƏN BIRI IDI KI, TƏKCƏ AZƏRBAYCAN ƏDƏBIYYATI DEYIL, HƏM DƏ BÜTÜN SSRİ XALQLARI ƏDƏBIYYATINI ÖZ ZƏMANƏSI SƏVIYYƏSINƏ QALDIRMAĞIN VACIBLIYINI DƏRK ETMIŞDI… BUNA GÖRƏ DƏ MƏN ONUN ƏZIZ SURƏTINI, ONUN QANADLI POEZIYASINI, ONUN QIYMƏTLI YARADICILIĞINI ÖMÜRLÜK ÜRƏYIMDƏ YAŞADIRAM.

GEORGI LEONIDZE (GÜRCÜSTAN):
- SƏMƏD VURĞUN AZƏRBAYCAN SOVET POEZIYASININ BALI VƏ SÜDÜ, DUZU VƏ ÇÖRƏYIDIR, ÖZ XALQININ CANLI TƏCƏSSÜMÜDÜR. ONUN PARLAQ, QÜDRƏTLI ISTEDADI ÖNÜNDƏ BAŞ ƏYIRƏM. SƏMƏD VURĞUNUN ADI BIZIM HAMIMIZA YAXIN VƏ ƏZIZDIR. ONUN POEZIYASININ SÖNMƏZ ŞƏFƏQI AZƏRBAYCAN VƏ GÜRCÜ XALQLARININ NƏHAYƏTSIZ DOSTLUĞU YOLUNDA ƏBƏDI ŞÖLƏ SAÇACAQDIR.

QAYSIN QULIYEV (BALKAR):
- QARDAŞIMIZ SƏMƏD VURĞUN…MƏNIM QARDAŞIM SƏMƏD…O MƏNIM ÇOX YADIMDADIR VƏ ONU IFTIXARLA XATIRLAYIRAM…MƏN ONU AZƏRBAYCANIN YOX, DÜNYANIN ƏN BÖYÜK ŞAIRI, GÖZƏL INSANI HESAB EDIRƏM. ONUN GÖZƏL POEZIYASI HEÇ VAXT SOLMAYACAQ. BIZ ANA VƏTƏNI, XALQI HƏRARƏTLƏ SEVMƏYI SƏMƏD VURĞUNDAN ÖYRƏNMIŞIK. İNSANDA NƏ QƏDƏR YAXŞI XÜSUSIYYƏTLƏR VARSA, HAMISINI BU PIRƏ, PEYĞƏMBƏRƏ AID ETMƏK OLAR.

RƏSUL HƏMZƏTOV (DAĞISTAN):
- SƏMƏD VURĞUN AZƏRBAYCAN POEZIYASININ AĞ SAÇLI QARTALI, AZƏRBAYCAN SOVET ƏDƏBIYYATININ ATASI VƏ OĞLUDUR. AZƏRBAYCAN VƏ SƏMƏD VURĞUN BIR-BIRINDƏN AYRILMAZDIR. AZƏRBAYCAN VƏ SƏMƏD VURĞUN EYNI MƏFHUMDUR, ÇÜNKI SƏMƏD XALQININ ƏN YAXŞI XÜSUSIYYƏTLƏRINI – ONUN SADƏLIYINI, CƏSARƏTINI DƏRIN ZƏKASINI VƏ ISTEDADINI TƏCƏSSÜM ETDIRIR.

MƏMMƏD ƏMIN RƏSULZADƏ («ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBIYYATI» ƏSƏRINDƏN):
==================================
- «VAQIF» XVIII YÜZILLIKDƏ YAŞAMIŞ MƏŞHUR AZƏRBAYCAN ŞAIRI MOLA PƏNAH VAQIFIN HƏYAT VƏ ƏSƏRLƏRINDƏN ILHAM ALMAQLA YAZILMIŞDIR… AZƏRBAYCAN VƏTƏNPƏRVƏRLIYINƏ RƏVAC VERƏN BU PYES ÇAĞDAŞ AZƏRBAYCAN SƏHNƏSININ ƏN UĞURLU ƏSƏRI SAYILIR. SƏMƏDIN DILI, ŞAIRLIK QÜDRƏTI VƏ VƏTƏNPƏRVƏRLIYI NECƏ ANLAMASI HAQQINDA BIR FIKIR YARATMAQ ÜÇÜN ONUN BU MƏNZUMƏSINDƏN BƏZI YERLƏRI BIRGƏ GÖZDƏN KEÇIRƏK…

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:45
Tuesday 09:00 - 17:45
Wednesday 09:00 - 17:45
Thursday 09:00 - 17:45
Friday 09:00 - 17:45
Saturday 10:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Səməd Vurğunun Ev-Muzeyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Səməd Vurğunun Ev-Muzeyi:

Share