Dövlət Proqramı - Xaricdə təhsil

Dövlət Proqramı - Xaricdə təhsil 2019-2023/ 2022-2028 Dövlət Proqramı Səhifəmizdən istifadə qaydaları:

1. Sizin sualınızın cavabı artıq orda öz əksini tapmış ola bilər.

2.

Suallarınızı ünvanlamazdan öncə Dövlət Proqramı ilə bağlı internet səhifəmizi diqqətlə oxuyun. Səhifəmizdə hər hansı reklam və təbliğat xarakterli fəaliyyət qadağandır. Bu qaydani pozanların səhifəyə girişləri məhdudlaşdırılacaqdır.

3. Dövlət Proqramından fərqli mövzularla bağlı yazılmış şərhlər və suallar silinəcəkdir.

⚖️ Altay Mustafayev Dövlət Proqramı çərçivəsində hüquq sahəsində ən yüksək akademik dərəcəni əldə edib.O bu yaxınlarda A...
21/08/2026

⚖️ Altay Mustafayev Dövlət Proqramı çərçivəsində hüquq sahəsində ən yüksək akademik dərəcəni əldə edib.

O bu yaxınlarda ABŞ-nin İndiana Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Beləliklə Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı hüquqşünas olub.

Qeyd edək ki, Dövlət Proqramı məzunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası və ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvü olmaqla bərabər, İngiltərə və Uelsdə vəkillik statusuna malikdir.

Onun dissertasiyasında ümumi və kontinental hüquq sistemlərində hakimlərin qərarvermə səlahiyyətlərinin hüquqi və institusional xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub.

🌏🎓 İnformasiya texnologiyalarından maliyyəyə, dövlət idarəetməsindən aviasiya və kosmosa qədər ölkəmizin gələcəyi üçün s...
18/08/2026

🌏🎓 İnformasiya texnologiyalarından maliyyəyə, dövlət idarəetməsindən aviasiya və kosmosa qədər ölkəmizin gələcəyi üçün strateji əhəmiyyət daşıyan sahələr üzrə təhsil alan Dövlət Proqramı təqaüdçüləri artıq məzun olaraq ölkəmizə qayıdırlar.

Bu il məzun adını qazanmış gənclərimizin bir qismi ilə tanış olaq.

🏆🥇 Beynəlxalq innovasiya müsabiqələrində qazanılan qızıl medallardan süni intellekt əsaslı biznes həllərinə — Dövlət Pro...
17/08/2026

🏆🥇 Beynəlxalq innovasiya müsabiqələrində qazanılan qızıl medallardan süni intellekt əsaslı biznes həllərinə — Dövlət Proqramı təqaüdçüləri yeni uğurlara imza atmaqda davam edirlər.

🎓Təqaüdçülərimizin yeni nailiyyətləri ilə tanış olun.

Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində il...
14/08/2026

Bu il Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərdən 155-i dünya reytinq cədvəllərində ilk onluqda yer alan universitetlərdə təhsilini davam etdirəcək.

Onların arasında Massaçusets Texnologiya İnstitutu, Harvard və Stenford universitetlərinə qəbul olan gənclərimiz də var.

Gəlin həmin təqaüdçülərimizi tanıyaq!

13/08/2026

"Şanslıyıq ki, bu dəstəyi hiss edirik" | Dövlət Proqramının qalibi

Bu gün 12 Avqust – Beynəlxalq Gənclər Günüdür! Qara qızılın insan kapitalına çevrilməsi ideyasının real nəticəsi olaraq ...
12/08/2026

Bu gün 12 Avqust – Beynəlxalq Gənclər Günüdür!

Qara qızılın insan kapitalına çevrilməsi ideyasının real nəticəsi olaraq bu gün gənclərimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində müasir bilik və bacarıqlara yiyələnir.

Məzunlarımızın qlobal şirkətlərdə, aparıcı beynəlxalq təşkilatlarda və nüfuzlu yerli qurumlarda qazandıqları təcrübələr müstəqil Azərbaycanın dayanıqlı gələcəyini quran ən böyük qüvvələrdəndir.

Siz ölkəmizin intellektual gücü və sabahın rəqəmsal liderlərisiniz.

Arzularınızın arxasınca cəsarətlə getməkdən, öyrənməkdən və inkişaf etməkdən əsla çəkinməyin. Tükənməz gənclik enerjiniz və zəkanızla gələcək daha parlaqdır!

Gününüz mübarək!

🎓🏫 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk onluğu təq...
07/08/2026

🎓🏫 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk onluğu təqdim edirik.

📊 İlk onluğa daxil olan universitetlər və müvafiq göstəricilərlə infoqrafikaya nəzər yetirərək tanış ola bilərsiniz.

05/08/2026

🎓Daha 500 gəncimiz Dövlət Proqramı çərçivəsində dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq üçün hazırlaşır.

Bu mühüm mərhələyə hazırlıq məqsədilə 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə keçirdiyimiz görüşdən olan görüntüləri sizə təqdim edirik.

🇦🇿🇹🇷Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 2026/2027-ci tədris ili üzrə Dövlət ...
05/08/2026

🇦🇿🇹🇷Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Proqram iştirakçıları ilə onlayn görüş keçirilib.

📌Görüş zamanı Dövlət Proqramı iştirakçılarının Türkiyədəki təhsil müddətində sosial fəaliyyətlərinin dəstəklənməsi, onların universitet həyatına uğurlu inteqrasiyası və təmsilçilik fəaliyyəti istiqamətində məsələlərə toxunulub.

Tələbələrə təhsil alacaqları ali təhsil müəssisələrinin təqdim etdiyi akademik imkanlardan səmərəli istifadə etmələri, universitetdaxili layihələrə, elmi-tədqiqat fəaliyyətinə diqqət ayırmaları və tələbə birliklərində fəal iştirak etmələri tövsiyə edilib.

🔗Ətraflı: https://dp.edu.az/az/news/5020

🎓Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin ...
17/07/2026

🎓Dövlət Proqramı təqaüdçüsü Edqar Şahbazov alimlərin uzun illərdir, üzərində çalışdığı mühüm elmi problemlərdən birinin araşdırılması üçün yeni tədqiqat modeli hazırlayıb.

Genomdan tam çıxarılması canlı orqanizm üçün ölümcül nəticə doğuran genlərin və onların uyğun zülallarının funksiyalarını öyrənməyə imkan verən bu model gələcəkdə xərçəng, Altsheymer və Parkinson xəstəlikləri, xroniki depressiya, müxtəlif ağır psixi pozuntular və digər mürəkkəb neyrodegenerativ xəstəliklər üzrə fundamental tədqiqatlarda istifadə oluna bilər.

✔️Mançester Universitetində molekulyar biologiya ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Edqar bildirir ki, bu kimi tədqiqatların nəticələri yaxın gələcəkdə Azərbaycanın təkcə Qafqazda yox, dünyada lider biotexnologiya mərkəzinə çevrilməsinə bilavasitə kömək edəcək.

Uzun müddət bu təcrübənin uğurlu nəticəsini gözləyən təqaüdçümüz artıq universitet laboratoriyasında daha intensiv tədqiqatlara başladığını deyir.

Edqar, tədqiqatının yeni nəticələri haqqında tezliklə eşitməyi arzulayır və bu yolda sənə bol nailiyyətlər diləyirik!

Address

Atatürk Pr. 118A/120
Baku
0011

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125991923

Alerts

Be the first to know and let us send you an email when Dövlət Proqramı - Xaricdə təhsil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dövlət Proqramı - Xaricdə təhsil:

Shortcuts

Share