VHP Nəsimi Rayon Təşkilatı

VHP Nəsimi Rayon Təşkilatı 1992-ci ildə təsis edilən Vətəndaş Həmrəyliyi Partiyası'nın əsas məqsədi bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdir

13/08/2026

Bəzən bir ziyalının ömür yolu bütöv bir dövrün mədəni yaddaşına çevrilir. Arxivlərin səssiz səhifələrindən efirin canlı sözünə, elmi araşdırmalardan parlament tribunasına qədər uzanan bu yolun hər mərhələsində eyni xətt görünür: milli irsə bağlılıq, sözə sədaqət və yaddaşı gələcəyə daşımaq məsuliyyəti. Azərbaycan elmi və mədəni həyatında bu cür çoxşaxəli fəaliyyəti ilə seçilən simalardan biri də akademik, Milli Məclisin sədr müavini və Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin üzvü Rafael Hüseynovdur. Bu gün onun doğum günüdür.
Ömrünün böyük hissəsini elmə, ədəbiyyata və Azərbaycan mədəniyyətinin öyrənilməsinə həsr edən Rafael Hüseynovun yaradıcılıq yolu müxtəlif istiqamətləri birləşdirir. Ədəbiyyatşünaslıq, mətnşünaslıq, publisistika, tərcüməçilik, musiqi və mədəniyyət tarixinin araşdırılması onun çoxşaxəli fəaliyyətinin əsas sahələrindəndir.
Rafael Hüseynov əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayıb. Sonrakı illərdə Şərqşünaslıq İnstitutunda çalışaraq orta əsrlər Şərq yazılı mənbələrinin tədqiqi və nəşri ilə məşğul olub. 1980-ci ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib.
Alimin elmi irsində Azərbaycan və Şərq ədəbiyyatının klassik nümunələri, ayrı-ayrı görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin həyatı və yaradıcılığı xüsusi yer tutur. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Rəsul Rza, Nigar Rəfibəyli və digər böyük şəxsiyyətlər haqqında araşdırmaları yalnız ədəbi faktların təqdimatı ilə məhdudlaşmır. Bu əsərlərdə sənətkarların yaşadığı dövrün mənzərəsi, ictimai-mədəni mühit və onların Azərbaycan fikir tarixindəki yeri də geniş şəkildə araşdırılır.
Rafael Hüseynovun fəaliyyətinin diqqətçəkən istiqamətlərindən biri Azərbaycan musiqisinin, xalq sənətinin və sənətkar talelərinin təbliğidir. Uzun illər geniş auditoriyanın maraqla izlədiyi “Nəğməli ömürlər” və “Axşam görüşləri” verilişləri vasitəsilə Azərbaycan musiqisinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığı haqqında zəngin materiallar ictimaiyyətə təqdim olunub. Bu verilişlər bir çox sənətkar haqqında yaddaşın qorunmasına xidmət edən televiziya və radio salnaməsinə çevrilib.
Akademikin fəaliyyəti elmi və mədəni mühitlə məhdudlaşmır. Rafael Hüseynov 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır və hazırda parlament sədrinin müavini kimi fəaliyyət göstərir. İctimai-siyasi fəaliyyəti boyunca Azərbaycan mədəniyyəti, milli irs, dil və tarixi yaddaşla bağlı məsələlər onun çıxışlarında da xüsusi yer tutub.
Rafael Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilib. 2024-cü ildə isə ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə və uzunmüddətli ictimai-siyasi fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Onilliklər boyunca araşdırdığı hər bir ədəbi taledə, üzə çıxardığı hər bir arxiv səhifəsində, təqdim etdiyi hər bir sənətkar ömründə eyni məqsəd görünür: Azərbaycanın söz, fikir və mədəniyyət sərvətini yaşatmaq.
Akademik Rafael Hüseynovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi, ictimai-siyasi və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.

Teymur  Mirzəxanlını doğum günü - yeni yaşın münasibeti ile tebrik edirik.  Genc Siyasetçi kadr. Heyatda, o cümleden gel...
12/08/2026

Teymur Mirzəxanlını doğum günü - yeni yaşın münasibeti ile tebrik edirik. Genc Siyasetçi kadr. Heyatda, o cümleden gelecekde seçeceyin peşende- ișinde-vezifende uğurların daimi olsun.., ailə səadəti və işlerində yeni-yeni uğurlar sahibi olasan. Yaxınlarının - sevdiklərinin - sevənlərin uğurları ilə daim şad - sevinc içinde olasan.
Vətənimizə və xalqımıza gelecek xidmətinde seçilmişlerden olasan.
Bütün gelecek işlerin uğurlu, maraqların- mövqeylerin toqquşması zamanı Tanrı səni qorusun,
qərarların cəsarətli, məqsedlərin əzmli olsun.Təbrik edirik, cansağlığı, uzunömür, xoş firəvan həyat və yeni-yeni uğurlar sahibi olasan.

17/07/2026

Bu gün Mərkəzi Seçki Komissiyasının üzvü, dəyərli Almas Qəhramanlının doğum günüdür.

Ömrünü milli dəyərlərə, dövlətçiliyə və ictimai fəaliyyətə həsr etmiş Almas xanım Qəhramanlı bu gün həyatının növbəti əlamətdar yaşını qarşılayır.

Qarabağın əsrarəngiz təbiətində dünyaya göz açan Almas xanım uşaqlıq illərindən həmin müqəddəs yurdun saf mənəviyyatını, məğrurluğunu və mərdliyini öz xarakterində yaşadıb. Dağ adamına xas olan təmizlik, sözə sədaqət, torpağa və Vətənə bağlılıq onun həyat və fəaliyyət yolunun əsas cizgilərinə çevrilib. Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirən Almas xanım peşəkarlığı, zəhmətsevərliyi və yüksək intellekti ilə çalışdığı bütün sahələrdə dərin hörmət qazanıb.

Milli Azadlıq Hərəkatının ilk günlərindən bu müqəddəs mübarizənin ön sıralarında yer alan Almas xanım gənc yaşlarından xalqın azadlıq və istiqlal arzularının gerçəkləşməsi naminə fəal mübarizə aparan xanımlardan biri olub. “Ulduz” İstehsalat Firmasında çalışdığı dövrdə əmək kollektivinin milli hərəkat ətrafında səfərbər olunmasında mühüm rol oynayıb və həmin dövrün fədakar ziyalılarından biri kimi tanınıb.

Müstəqillik illərində də milli-siyasi fəaliyyətini böyük əzmkarlıqla davam etdirərək Vətəndaş Həmrəyliyi Partiyasının quruculuq prosesində yaxından iştirak edib. Partiyanın təşkilat şöbəsinin müdiri, təşkilat katibi və Siyasi Şurasının üzvü kimi məsul vəzifələrdə səmərəli fəaliyyəti ilə seçilib, prinsipial mövqeyi, təşkilatçılıq bacarığı və yüksək məsuliyyət hissi ilə həmkarlarının rəğbətini qazanıb.

2007-ci ildən etibarən Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərən Almas xanım ölkəmizdə seçki institutunun inkişafı, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, hüquqi və metodiki sənədlərin hazırlanması istiqamətində mühüm xidmətlər göstərib. O, seçki hüququnun incəliklərini dərindən bilən peşəkar mütəxəssis olmaqla yanaşı, zəngin Azərbaycan dilinə mükəmməl hakimiyyəti, intellekti, təmkini və yüksək mədəniyyəti ilə də hər zaman seçilib.

Almas xanım Qəhramanlı öz həyat yolu ilə sübut edib ki, vəzifənin dəyəri onun adında deyil, xalqa və dövlətə vicdanla xidmət etməsindədir. Səmimiyyəti, təvazökarlığı, prinsipiallığı və insanlara münasibətdə göstərdiyi həssaslıq onu tanıyan hər kəsin rəğbətini qazandıran ən qiymətli xüsusiyyətlərindəndir.

Dəyərli Almas xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, tükənməz enerji, məsul fəaliyyətində yeni uğurlar və dövlətimizə, xalqımıza xidmət yolunda daha böyük nailiyyətlər arzulayırıq.

14/06/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, tanınmış yazıçı və Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Yubiley mərasimində elm, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaradıcılığının pərəstişkarları iştirak edəcəklər.

Tədbirdə şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətləri, eləcə də ictimai fəaliyyətinə dair çıxışlar səsləndiriləcək, əsərlərindən nümunələr səsləndiriləcək, onun həyat və fəaliyyətini əks etdirən təqdimatlar nümayiş olunacaq.

01/06/2026

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Samir AsadLi nin doğum günüdür. Samir bəy 18-cı doğum günündən VHP üzvüdür və hər doğum gününü həm də partiya üzvlüyünün ildönümü kimi qeyd edən sadiq VHP-çidir. Təşkilatçılığı, siyasi təfəkkürü və aktiv fəaliyyəti ilə partiya rəhbərliyində mövqe tutan Samir bəy bütövlükdə ölkənin ictimai-siyasi həyatında fəal siyasətçi kimi tanınıb. Azərbaycan gənclər hərəkatından tutmuş milli-demokratik düşərgənin mübarizəsinədək hər məqamda o öndə olub. Dostları arasında dürüstlüyü, açıqsözlüyü və prinsipiallığı ilə seçilən Samir bəy bütün VHP ailəsi üçün ən sevimli şəxslərdəndir. Dəyərli Samir bəyi təbrik edir, ona həyatda və siyasi fəaliyyətində uğurlar arzulayırıq

20/05/2026

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə layiq görülüb.

27/04/2026

Sabir Rüstəmxanlı -80

“Söz körpüsü”nün təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecəyə dəvət edirik!

Gecədə Sabir Rüstəmxanlının həyat və yaradıcılığından bəhs ediləcək, şeirləri səsləndiriləcək, sənətkarın 80 illik ömür yolu və ədəbi irsi bir daha anılacaq.

📅 Tarix: 1 may 2026-cı il
🕖 Saat: 19:00
📍 Məkan: Şuşa Dövlət Musiqli Dram Teatrı

QEYD: Tədbirə iştirak qeydiyyat əsasında aparılır. Yerlər məhduddur. İştirak etmək istəyənlər mütləq qeydiyyatdan keçməlidirlər.

📞 Qeydiyyat üçün: +994 10 411 13 87

Sizləri bu mənalı gecədə aramızda görməkdən şad olarıq!

Ünvan: S.S. Axundov 48. Azadlıq metrosunun yaxınlığı
Şuşa Dövlət Musiqili Dram Teatrı

VHP Nəsimi RT-nın feal, veteran üzvü Eldar Şirinovu  doğum günü - yeni yaşı  münasibəti ilə  təbrik edirik.Ona can sağlı...
02/04/2026

VHP Nəsimi RT-nın feal, veteran üzvü Eldar Şirinovu doğum günü - yeni yaşı münasibəti ilə təbrik edirik.
Ona can sağlığı, uzun ömür, xoş firavan həyat arzulayırıq. Yeni yaşı mübarək, həyatda uğurları bol olsun, İstəklilərinə daim sevinc bəxş etsin...
Uzun ve xoşbext ömür sahibi olsun...
Yeni yaşında, uğurların ve xeyirli işlerin sahibi olsun...
Övladlarının, nevelerinin yaxınlarının, digerlerin uğurları ile daim şad olsun...

Address

Baku
[email protected]

Telephone

+994553155044

Website

Alerts

Be the first to know and let us send you an email when VHP Nəsimi Rayon Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to VHP Nəsimi Rayon Təşkilatı:

Shortcuts

Share