Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

  • Home
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi "Təhsil millətin gələcəyidir" Heydər Əliyev

PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilibSentyabrın 4-də təhsil ictimaiyyəti v...
04/09/2026

PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib

Sentyabrın 4-də təhsil ictimaiyyəti və media nümayəndələrinin iştirakı ilə PISA tədqiqatına həsr olunmuş məlumatlandırma görüşü keçirilib.

Görüşdə PISA-nın məqsədi, əsas xüsusiyyətləri və 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının real həyat situasiyalarında tətbiqi imkanlarını necə qiymətləndirdiyi barədə məlumat verilib.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23287-1

04/09/2026

Şəmkir şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində təmir işləri davam edir.

03/09/2026

📊 PISA: Bilikdən tətbiqə, öyrənmədən real həyata

Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓📊 Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları q...
03/09/2026

Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓

📊 Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları qiymətləndirmək, problem həll etmək və düzgün qərar vermək də ən az bilik qədər vacibdir.

🌍 PISA 15 yaşlı şagirdlərin məhz bu bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir.

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.📌 2026...
03/09/2026

📢 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb.

📌 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1

Şagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir?Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacib...
03/09/2026

Şagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir?

Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacibdir?

PISA (Programme for International Student Assessment) - beynəlxalq qiymətləndirmə tədqiqatı məhz bu suallara da cavab axtarır. PISA-nın yanaşması yalnız şagirdin nə bildiyini deyil, əldə etdiyi bilik və bacarıqlardan yeni və real həyat situasiyalarında necə istifadə etdiyini qiymətləndirməyə əsaslanır.

“Azərbaycan müəllimi” qəzetinin təhlil yazısında PISA-nın mahiyyəti, nəticələrin necə şərh olunmalı olduğu və təhsil sistemi üçün hansı sualları yaratdığı ətraflı izah edilir.

Ətraflı: https://muallim.edu.az/sagirdin-oz-biliyini-heyatda-tetbiq-ede-bilmesi-ne-qeder-vacibdir-pisa-tedqiqati-esasinda-tehlil

03/09/2026

Şamaxı rayon Məlhəm kənd tam orta ümumtəhsil məktəbində təmir işləri davam edir.

📸  “FotoBax” milli fotomüsabiqəsi davam edir!Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...
02/09/2026

📸 “FotoBax” milli fotomüsabiqəsi davam edir!

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə keçirilən “FotoBax” milli fotomüsabiqəsinə müraciətlər davam edir.

✅ Müsabiqənin əsas məqsədi uşaqlar və gənclər arasında ekoloji şüuru artırmaq, onların ölkəmizin təbiətinə olan marağını və sevgisini gücləndirmək, həmçinin fotoqrafiya vasitəsilə öz fikirlərini ifadə etmələrinə şərait yaratmaqdır.

⏰ Müsabiqədə iştirak etmək üçün çəkdiyiniz 20-yə qədər fotoşəkli 21 sentyabr tarixinədək www.fotobax.az saytı üzərindən təqdim edə bilərsiniz.

📌 Müsabiqədə 18 yaşadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

02/09/2026

📢 3 sentyabr saat 18:00-da 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatacaq.ℹ️ Nəzəri...
02/09/2026

📢 3 sentyabr saat 18:00-da 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatacaq.

ℹ️ Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

🔹 Alternativ qeydiyyat mərkəzlərinə;
🔹 Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
🔹 ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📌 Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Address

Xətai Prospekti, 49

AZ1008

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125991155

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi:

Shortcuts

  • Want your organization to be the top-listed Government Service?

Share