Suraxanı Rayon İcra Hakimiyyəti

Suraxanı Rayon İcra Hakimiyyəti Rayonun ərazisi 122 kv.km, əhalisi 222,0 min nəfərdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. təşkil edir.

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESSO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri var.
“Atəşgah” XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od mə

bədidir. Bu alovlar hələ çox qədim zamanlardan məlum idi, insanlar onlara ehtiramla yanaşırdılar. İndiki ibadətgah da vaxtı ilə dini buralarda hakim olmuş atəşpərəstlərin- zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədin ilk tikilişi təqribən II-III əsrlərə aiddir.
Ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Od məbədi olan «Atəşgah» Bakının 30 kilometrliyində, Abşeron yarımadasında Suraxanı qəsəbəsinin cənubi-şərq hissəsində yerləşir. Məddə Düma, Mendeleyev, Vereşşagin, professor Berezin, akademik Dorn kimi məhşur alim və səyyahlar qalmışlar. «Atəşgah» məbədi Azərbaycan SSR Nazirlər Sovetinin 03.01.1964-cu il tarixli, 3 saylı qərarı ilə yaranmışdır. 19 dekabr 2007-ci ilə qədər Atəşgah məbədi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilmişdir. Aparılan işlər nəticəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulmuşdur.
2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılmışdır. Burada kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur. Atəşgah məbədi XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı “əbədi”, sönməz alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər təqribən II-III əsrlərdə inşa edilmişdir. XVII əsrdə məbədin ətrafında bir-birinin yanında ibadətxana, 26 hücrə və karvansara inşa edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icra olunması və oda sitayiş edən kahinlərin fəaliyyəti üçün lazımi şərait də olmuşdur. Məbədə gələn zəvvarlar karvansarada istirahət imkanı da əldə etmişlər. XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib çıxdığı şəkli almışdır. Beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - “Balaxana” yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
29 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur. Azərbaycanın neft və qaz sənayesinin inkişafı tarixi bilavasitə Suraxanı neft yatağının adı ilə bağlıdır. Dünyada quruda ilk dəfə Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsinə (1904-cü il) başlanmaılmışdır. Suraxanıda neft yatağının sənaye üsulu ilə işlənməsin 90-illiyi münasibəti ilə (24 avqust 1994-cu il) Suraxanı neftçilərinin mədəniyyət sarayında keçirilən yubiley tədbirində iştirak edən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev öz çıxışında qeyd etmişdir:
"Suraxanı neft yataqlarının istismarı bu 90 il müddətində xalqımıza, respublikamıza, müstəqil Azərbaycan dövlətinə böyük fayda vermişdir. Azərbaycan sənayesinin, bütün iqtisadiyyatının və sosial həyatının inkişafında Suraxanı neftçilərinin böyük payı, rolu var. Bu tarixi salnamədə Suraxanı neftçilərinin xüsusi yeri var. Doğrudan da, Suraxanı neftçiləri və bütün suraxanılılar Azərbaycan tarixində özünəməxsus yer tutmuşlar". Suraxanı neft rayonunun inkişafı çox qədim zamanlara təsadüf edir. VII əsrin məhşur ərəb səyyahı və coğrafı Əl Məsudi qeyd edirdi ki, Bakıda iki əsas neft mənbəyi var, onlardan birindən ağ neft, digərlərindən isə qara və mavi neft çıxarılır. Abşeron yarımadasında yerdən çıxan qazın yanması haqda ilk məlumatı Bizans müəllifi Panili Prisk hələ V əsrdə vermişdir.
1806-cı ildən başlayaraq Abşeronun neftli quyuları gəlir mənbəyinə çevrilir, dövlət onları icarədarlara satmağa başlayır. 1907-ci ildə Suraxanıda 32 quyu, 1908-ci ildə – 57 quyu, 1909-cu ildə – 85 quyu, 1910-cu ildə artıq 137 quyu qazılmışdır. Rayon ərazisində XX əsrin əvvəllərində milliyətçə polyak olan mühəndis V.Zqlenitskinin hərrac yolu ilə alaraq neft hasilatı ilə məşğul olduğu 8 saylı sahənin verdiyi gəlirin Polşa təhsilinin inkişafında oynadığı rolu göstərmək kifayətdir. Hal-hazırda rayonda xam neftin istehsalı (qaz kondensatı da daxil olmaqla) - 397,9 min ton – və ya 2,5 milyon barel, təbii qazın istehsalı - 202,8 milyon kub.m. (2013-cü il). Rayonda neft sənayesinə aid “Absheron Operating Company Limited”, “Bahar Energy Operating Company LTD”, “Surakhani Oil Operating Company S.A.” şirkətləri, "Qazmaservis və Logistika" idarəsi, Tamponaj və layların neftveriminin artılması idarəsi, Dalma qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat müəssisəsi fəaliyyət göstərir.

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilibSuraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaş...
02/09/2026

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü sentyabrın 2-də Qaraçuxur qəsəbəsində yerləşən 285 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
RİH başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, A.Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından söhbət açaraq bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq arenada öz mövqeyini daha da gücləndirib, ölkənin sosial-iqtisadi inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. O qeyd edib ki, ölkə daxilində də genişmiqyaslı sosial-iqtisadi islahatlar, infrastruktur layihələri, abadlıq-quruculuq işləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən dövlət proqramları uğurla icra olunur.

Avqustun 31- də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu...
31/08/2026

Avqustun 31- də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə və sektor müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Suraxanı rayonunda iməclik və abadlıq işləri davam edirƏtraf mühitin və ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığını...
29/08/2026

Suraxanı rayonunda iməclik və abadlıq işləri davam edir

Ətraf mühitin və ekologiyanın mühafizəsi, sakinlərin sağlamlığının qorunması məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayonun Zığ qəsəbəsində iməcilik və abadlıq işləri aparılıb.

Aparılan işlər çərçivəsində şəhid məzarlıqlarının və şəhid bulaqlarının ətraf əraziləri təmizlənib, müxtəlif məişət və polietilen tullantılar yığışdırılıb, yabanı və quru alaq otları təmizlənib, ərazilərdə abadlıq və təmizlik işləri həyata keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzad...
27/08/2026

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Səttar Bəhlulzadə adına “Sərhəçi” Mədəniyyət Mərkəzinin rəisi Quliyev Elçin Sahib oğlunu, 8 Mart adına Mədəniyyət evinin direktoru Rəfiyeva Vəfa Zakir qızını və P.İsmayılov adına 278 №-li tam orta ümumtəhsil məktəbinin direktoru Hüseynova Sevinc Vaqif qızını yubileyləri münasibətilə təbrik edib.

Yubilyarları Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edən Adil Əliyev onlara ən xoş arzularını çatdıraraq uzun və sağlam ömür, işlərində müvəffəqiyyətlər arzulayıb.

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban ...
26/08/2026

Avqustun 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür.
Mehriban xanım Əliyevanın müasir Azərbaycanın dövlət idarəçiliyində, sosial, humanitar və mədəni inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsində mühüm və əvəzsiz xidmətləri vardır.
Onun ölkəmizdə və Azərbaycanın hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı humanist və xeyriyyəçilik fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilir.
Vətənə sədaqət, milli dəyərlərə bağlılıq, insanlara sevgi və ehtiyacı olanlara qayğı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas prinsiplərindəndir. Həssas əhali qruplarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı onun həyata keçirdiyi sosial-humanitar layihələrdə daim xüsusi yer tutur.
Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının müasir, savadlı, qabaqcıl və fəal obrazının formalaşmasına, eyni zamanda, milli-mənəvi dəyərlərimizə, tariximizə və zəngin mədəni irsimizə bağlılığın dünyada təbliğinə mühüm töhfələr verir.
Suraxanı rayon ictimaiyyəti adından hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və Azərbaycan naminə şərəfli fəaliyyətində uğurlar arzulayırıq.

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərin, quruculuğun və milli qürurun təntənəsiAzərbaycan xalqı hər il 26 avqust tarixini...
25/08/2026

26 Avqust – Laçın Şəhəri Günü: Zəfərin, quruculuğun və milli qürurun təntənəsi

Azərbaycan xalqı hər il 26 avqust tarixini böyük qürur, iftixar və coşqu ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyənləşdirilmişdir. Bu tarixi gün 2022-ci ilin avqustun 26-da Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi şərəfinə təsis olunub. Laçın daim zəngin tarixi, strateji mövqeyi və təbii resursları ilə seçilən bir diyar olmuşdur. Hələ 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılaraq ona şəhər statusu verilmiş, 1930-cu il avqustun 8-də isə inzibati ərazi vahidi kimi Laçın rayonu təşkil edilmişdir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan bu rayon 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə massivinə malikdir.
Təəssüflər olsun ki, böyük strateji əhəmiyyətə malik olan bu ərazi 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Laçının itirilməsi böyük bir sınaq və fəlakət idi, çünki bu işğal nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradıldı. İşğal illərində Ermənistan dövləti Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Laçında qeyri-qanuni əməllər həyata keçirmişdir. Coğrafi adların dəyişdirilməsi, təbii resursların talan edilməsi, xüsusən də Suriyadan olan erməni əsilli qaçqınların bu ərazidə məqsədyönlü şəkildə məskunlaşdırılması ilə demoqrafik tərkibin dəyişdirilməsi rəsmi İrəvanın əsas cinayətlərindən idi. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi dağıdılıb, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Lakin Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə nəticəsində, 2020-ci il dekabrın 1-də imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandanın sərəncamları ilə Laçının azad edilməsi uğrunda göstərdikləri şücaətə görə Silahlı Qüvvələrin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bu gün Laçın şəhəri özünün tamamilə yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Planda tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi sayəsində sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkəti, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olması təmin ediləcək. Şəhərdə Memorial Park, xəstəxana, təhsil müəssisələri və peşə məktəbləri kimi mühüm obyektlər tikiləcək. 2023-cü il mayın 28-dən etibarən Böyük Qayıdış çərçivəsində laçınlıların öz doğma yurdlarına köçürülməsi prosesinə başlanılıb. Bütövlükdə rayonda 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. 2026-cı ilin iyul ayına olan məlumatlara görə, Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər) və Bəylik kəndinə 89 ailə (363 nəfər) köçürülərək daimi məskunlaşdırılmışdır. Hər bir kənd ən müasir infrastrukturla, o cümlədən məktəblər, bağçalar və tibb məntəqələri ilə təchiz olunub, yaşayış sahələrinin işıqlandırılmasında isə yaşıl enerjidən istifadə edilir.
Bərpa prosesində Laçın rayonu həm də irimiqyaslı layihələrin və yaşıl enerji zonalarının mərkəzinə çevrilib. Hazırda Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır və artıq qalan enerji ölkə enerjisisteminə ötürülür. Rayonda ümumi gücü 65,5 MVt olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2025-ci ildə Aşağı Malıbəyli və Mirik, 2026-cı ilin iyulun 11-də isə Ağbulaq-1, Ağbulaq-2 və Şeylanlı su elektrik stansiyalarının açılışı olmuşdur. Bölgənin beynəlxalq statusunu yüksəldən ən mühüm layihələrdən biri 2025-ci il mayın 28-də istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanıdır. Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur və saatda ən azı 200 sərnişinə xidmət edə bilər. Bu nəhəng infrastruktur regionun turizm potensialının artırılmasına böyük təkan verəcək. Eyni zamanda, 17 tunel və 23 körpünün inşa edildiyi, uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam etdirilir. İqtisadi inkişafın təmin edilməsi məqsədilə fəaliyyətə başlayan Laçın Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə, o cümlədən mebel fabriki, prefabrik modul evlərin istehsalı müəssisəsi, PIRSHAGHI ayaqqabı fabrikinin filialı və LATIFA tikiş fabriki yer alır. Bununla yanaşı, kənd təsərrüfatı, arıçılıq və balıqçılıq sahələri də sürətlə inkişaf etdirilir; 2023-cü ildə Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri Balıq Təsərrüfatı” açılmışdır. 2026-cı il iyulun 11-də təməli qoyulan “Həkəriçay” su anbarı isə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri içməli su ilə təmin edəcək tarixi və strateji əhəmiyyətli infrastruktur layihəsidir.
Aparılan kompleks işlər nəticəsində Laçın şəhəri həm də mühüm mədəniyyət və turizm mərkəzinə çevrilməkdədir. 2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan olunması da bunun ən böyük və qürurverici sübutudur. Ərazidə “Laçın” İstirahət Kompleksinin, “Hoçazfilm” yaradıcılıq studiyasının fəaliyyəti, eləcə də Həkəri çayında yaradılan bulvar və təməli qoyulan kanat yolu bölgəni turistlər üçün daha cəlbedici məkana çevirib. Bütün bu nailiyyətlər, misilsiz quruculuq işləri və insanların öz doğma yurdlarına böyük coşqu ilə qayıdışı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və tarixi Zəfərin ən bariz göstəricisidir. 26 Avqust – Laçın Şəhəri Günü təkcə keçmişin kədərli xatirələrinin silinməsinin deyil, həm də gələcəyə böyük inamın, sürətli dirçəlişin və əbədi milli qürurun unudulmaz təntənəsidir.

Suraxanıda səyyar görüşlər davam edirAvqustun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlar...
25/08/2026

Suraxanıda səyyar görüşlər davam edir

Avqustun 25-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşləri Zığ qəsəbəsində yerləşən 317 nömrəli, Qaraçuxur qəsəbəsində yerləşən 282 nömrəli və Əmircan qəsəbəsində yerləşən 114 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
Səyyar görüşlərdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.
Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rahatlığının və sosial vəziyyətinin yaxşılaşdırılmasının dayandığını qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərin qaldırdıqları problemlərin, onları narahat edən sosial məsələlərin həlli daim nəzarətdə saxlanılır.
RİH başçısı görüşlər zamanı sakinləri narahat edən problemləri dinləyərək məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.
Səyyar görüşlərdə sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq onların həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri- Strateji əməkdaşlığın coğrafiyası genişlənirAzərbaycan Respublikası ...
24/08/2026

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri- Strateji əməkdaşlığın coğrafiyası genişlənir
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında tarixi, mənəvi və maddi təməllər üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşan dövlət səfəri iki qardaş ölkə arasında çoxtərəfli əməkdaşlıq coğrafiyasının daha da genişləndiyini və strateji müttəfiqliyin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bir daha nümayiş etdirdi. Daşkənd şəhərində keçirilən yüksək səviyyəli rəsmi görüşlər, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası və imzalanan mühüm ikitərəfli sənədlər dövlətlərarası münasibətlərin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyən etmişdir. Dövlət səfəri çərçivəsində tərəflər həm ikitərəfli formatda, həm də regional müstəvidə qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə etmiş, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair yekdil mövqe ortaya qoymuşdurlar.
Səfər zamanı keçirilən rəsmi tədbirlərdə və mətbuat konfransında Prezident İlham Əliyev Daşkənddə və bütövlükdə Özbəkistanda müşahidə olunan sürətli sosial-iqtisadi yüksəlişi xüsusi qeyd etmişdir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatını şaxələndirməyə, sənayeni, kənd təsərrüfatını, energetikanı və nəqliyyat infrastrukturunu operativ və səmərəli şəkildə inkişaf etdirməyə imkan vermişdir. Bu islahatlar nəticəsində formalaşan əlverişli investisiya mühiti Özbəkistanın beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, xarici investisiyaların və qlobal aktorların ölkə iqtisadiyyatına cəlb olunmasına möhkəm zəmin yaratmışdır. İki ölkə liderinin bəyanatlarında vurğulandığı kimi, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin 1 milyard dollar həddinə çatdırılması artıq uzaq bir xəyal deyil, yaxın illərdə əldə olunacaq real nəticədir. Hər iki ölkə iqtisadiyyatının tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi tərəflərin paralel və səmərəli inkişaf kursunun məntiqi təzahürü kimi dəyərləndirilir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına fəal şəkildə inteqrasiya olunması regional geosiyasətdə yeni bir mərhələnin əsasını qoymuşdur. Mərkəzi Asiya və Cənubi Qafqazın qovşağında yerləşən Azərbaycan zəngin resurslara və inkişaf etmiş nəqliyyat-tranzit infrastruktura malik olan vahid geosiyasi və geoiqtisadi məkanın vacib halqası kimi çıxış edir. Bu kontekstdə Azərbaycan və Özbəkistan arasında sıx qarşılıqlı əlaqələr bütövlükdə regionun səmərəli inteqrasiyasına və dayanıqlı inkişafına birbaşa töhfə verir. İki ölkə arasında iqtisadi tərəfdaşlıq enerji, nəqliyyat, dağ-mədən sənayesi, avtomobil istehsalı, turizm, kənd təsərrüfatı və emal sənayesi kimi demək olar ki, bütün əsas sektorları əhatə edir. Maliyyə və bankçılıq sektorunda Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Özbəkistanın pərakəndə satış bazarlarında fəaliyyətə başlaması mühüm strateji addımlardandır. Neft və qaz kəşfiyyatı sahəsində birgə layihələr üzrə işlər son mərhələdədir və növbəti ildən etibarən istismar quyularının qazılmasına başlanılması planlaşdırılır. Üçdə biri artıq layihələrlə təmin olunmuş Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyəti, regionlararası əməkdaşlıq forumlarının təşkili və yeni istehsal müəssisələrinin təməlinin qoyulması ölkələrimiz arasında milyardlarla dollarlıq iqtisadi sinerji formalaşdırmışdır.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpasında və yeniden qurulmasında göstərdiyi xüsusi dəstək iki qardaş xalqın sarsılmaz həmrəyliyinin bariz nümunəsidir. Füzuli şəhərində Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəbin tikintisi və Xankəndidə tikiş fabrikinin istifadəyə verilməsi regiona yatırılan ilk böyük sənaye və sosial investisiyalardandır. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında mövcud olan sarsılmaz dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regionda sülh, sabitlik və tərəqqinin təmin olunmasına müstəsna töhfə vermişdir.

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilibSuraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaş...
24/08/2026

Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü avqustun 24-də Hövsan qəsəbəsində yerləşən 196 saylı tam orta ümumtəhsil məktəbində keçirilib.
Səyyar görüşdə RİHB-nin müavinləri, şöbə və sektor müdirləri, bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.
RİH başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda, A.Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından söhbət açaraq bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq arenada öz mövqeyini daha da gücləndirib, ölkənin sosial-iqtisadi inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. O qeyd edib ki, ölkə daxilində də genişmiqyaslı sosial-iqtisadi islahatlar, infrastruktur layihələri, abadlıq-quruculuq işləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən dövlət proqramları uğurla icra olunur.

Avqustun 24 -də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu...
24/08/2026

Avqustun 24 -də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirib.
RİHBA-nın inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinlərin, şöbə və sektor müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşları qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib.
Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, eləcə də digər mövzularla bağlı aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara tövsiyə edilib.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Address

Suraxanı Rayonu, Əmircan Qəsəbəsi, Park Küçəsi 30
Baku
AZ-1042

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994124524958

Alerts

Be the first to know and let us send you an email when Suraxanı Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Suraxanı Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share