Riad Gasimov

Riad Gasimov Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

01/06/2026


28/05/2026

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri – ’nü qeyd edirik.

1918-ci il 28 May tarixi xalqımızın azadlıq və müstəqillik arzularının gerçəkləşdiyi, Xalq Cümhuriyyətinin yaradılması ilə milli dövlətçilik ənənələrinin yeni mərhələyə qədəm qoyduğu bir gündür.

Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim sülh, rifah və uğurlu gələcək arzulayırıq.

27/05/2026

İnsanları xeyirxahlıq, mərhəmət və paylaşmaq kimi ali dəyərlər ətrafında birləşdirən müqəddəs münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edirik.

23/05/2026

Azərbaycan COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 kimi daha bir mühüm qlobal tədbirə ev sahibliyi etmək şərəfinə nail oldu.

Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusilə də UN-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.

Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13 tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlər Seqmenti qlobal şəhərsalma gündəliyinə daha böyük siyasi impuls vermiş oldu.

WUF13 çərçivəsində aparılan zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədin — Sədrin Xülasəsi və “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul olunması ilə nəticələndi. Urbisid, kultursid və ekosidin qurbanı olmuş ölkə kimi Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı bərpa səylərinin yüksək qiymətləndirilməsindən qürur duyuruq; bu səylər dünyanın digər post-münaqişə bölgələri üçün dəyərli nümunə kimi vurğulanır.

Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar — təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərin ehtiyaclarınadək — qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.

Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə çoxtərəfliliyə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir.

WUF13 Azerbaijan

21/05/2026
21/05/2026



18/05/2026

🇦🇿Vətənimizlə, tariximizlə, mədəniyyətimizlə, memarlığımızla fəxr edirik!🇦🇿

ARXKOMandamız! 👏👏

18/05/2026

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.

Prezident İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.

https://president.az/az/articles/view/72401


WUF13 Azerbaijan

12/05/2026

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Riad Gasimov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Riad Gasimov:

Share