FHN

FHN Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, hidroloji, dəniz-hidroloji, təbiət yanğınları və s.) və texnogen xarakterli (yanğınlar, partlayışlar, bina və qurğuların uçması, kimyəvi, radioaktiv və bioloji təhlükəli maddələrin tullantısı ilə əlaqədar qəzalar, elektroenergetika sistemlərində, həyat təminatlı kommu

nal sistemlərdə, təmizləyici qurğularda, hidrodinamik qurğularda, neft və qaz hasilatı və emalı obyektlərində, magistral boru kəmərlərində qəzalar, nəqliyyat qəzaları və s.) fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayan, bu sahələrdə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

28/07/2025

28 iyul 2025-ci il saat 20:05-dək

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəki şəhəri, Çayqaraqoyunlu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

28/07/2025

28 iyul 2025-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbiri nəticəsində 1 nəfərə (uşaq) müvafiq köməklik göstərilib.

28/07/2025

Gəncə şəhəri. İsaq Cəfərov bina 12 mənzil 41. Orucova Vəfa Hüseyin qızı.Bizə mürəciət etdiyiniz üçün sizə təşəkkür edirik.Şikayətinizə tezliklə baxılacaq.

Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24/06/2014

Gün ərzində baş vermiş hadisələr
24 iyun 2014-cü il saat 15:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1956-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə pəncərədən qalxaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir.Əməliyyat saat 13:59-da başa çatmışdır.
24 iyun 2014-cü il saat 12:20-dək, ilkin məlumata əsasən:
Ağcabədi rayonu, Hüsülü kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin arxa təkərləri və yük yeri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək eyvanına daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:43-də başa çatmışdır.

24 iyun 2014-cü il saat 08:50-dək:
Cəlilabad rayonu, Bəciravan kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Səbail rayonunda sahibi məlum olmayan “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonunda ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin içərsinə yığılmış 24 kv.m sahədə taxta materialları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

24 iyun 2014-cü il saat 08:20-dək:
Masallı rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 3,7 ton ot bağlaması yanmışdır. Taxılıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində Dövlət Neft Şirkətinə məxsus ümumi sahəsi 17 kv.m olan gözətçi otağında 1 ədəd yataq dəsti yanmışdır. Gözətçi otağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Qaradağlı kəndində gücü 40 kVt olan transformatorun daxilində sarğıları və yağı yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230 kv.m olan birmərtəbəli, 4 otaqlıevin 1 otağının tavanı 19 kv.m sahədə yanmışdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

24 iyun 2014-cü il saat 08:15-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 9 mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 4-cü mərtəbəyə endirmiş qapılarını açmış və vətəndaşı liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:28-də başa çatmışdır.

24 iyun 2014-cü il saat 01:15-dək:
Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 3,7 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam royonu, Ergi qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlə mühafizə olunmuşdur. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Buduq kəndində vətəndaşa məxsus “Azsamand Runna” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31/05/2014

Gün ərzində baş vermiş hadisələr
31 may 2014-cü il saat 19:00-dək, ilkin məlumata əsasən:
Hacıqabul rayonu, Qubalı Baloğlan kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 7 otaqlı evin 4 otağının dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 18:30-dək, ilkin məlumata əsasən:
Salyan rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanmış və ona bitişik ümumi sahəsi 12 kv.m tiklinin lambirdən ibarət tavanı yüksək temperaturdan ərimişdir. Hər iki tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Aşağı Ağcayazı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 74 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 12 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev və talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 14:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 13:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və yaxınlıqda 100 kv.m sahədə məişət tullantıları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 12:30-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus bir-birinə bitişik tikilmiş hər birinin sahəsi 4 kv.m olan paltar və ərzaq malları mağazalarının alkopan üzlükləri, tavan hissəsi 8 kv.m sahədə və içərisindəki mallar qismən yanmışdır. Mağazalarda olan malların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 09:00-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşmışdır. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri almışdır. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 08:53-də başa çatmışdır.

31 may 2014-cü il saat 03:40-dək:
Salyan rayonunda, vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

31 may 2014-cü il saat 03:00-dək:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 17-ci kilometrliyində vətəndaşa məxsus “Audi” markalı minik avtomobili yolayrıcı səddə çırpılmışdır. Nəticədə ağır deformasiyaya uğramış avtomobildə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində keçinmişdir. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1985-ci il təvəllüdlü Nəcəfov Emin Şakir oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil verilmişlər. Əməliyyat saat 01:12-də başa çatmışdır.

16/05/2014

Gün ərzində baş vermiş hadisələr
15 may 2014-cü il saat 23:00-dək, ilkin məlumata əsasən:
Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 24 ton ot bağlamasının 12 tonu yanmışdır. Yanğın zamanı tövlədən 9 baş iribuynuzlu heyvan xilas edilmişdir. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran şəhərində "Proqress-1" mmc-yə məxsus ümumi sahəsi 1200 kv.m olan mebel istehsalı sexinin ofis otağında tavan və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

15 may 2014-cü il saat 22:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının kilidinin sınması nəticəsində 1 nəfər qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından eyvanına enərək daxil olmuş və giriş qapısını açmışlar. Bununla da, vətəndaşa xilasedicilər tərəfindən müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 21:52-də başa çatmışdır.

15 may 2014-cü il saat 19:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ kanalının Ağcabədi rayonun, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır. Əlavə məlumat veriləcək.

04/05/2014

Gün ərzində baş vermiş hadisələr
04 may 2014-cü il saat 16:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Bulvarın ərazisində 1 nəfər dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 750 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:00-da başa çatmışdır.

04 may 2014-cü il saat 14:15-dək, ilkin məlumata əsasən:
Qax rayonu, Ağçay kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 60 kiloqram ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

04 may 2014-cü il saat 08:00-dək, ilkin məlumata əsasən:
Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus bağ sahəsində ümumi sahəsi 30 kv.m taxtadan ibarət olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
04 may 2014-cü il saat 06:00-dək, ilkin məlumata əsasən:
Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 102 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış ümumi çəkisi 1.5 ton ot bağlamasının 0.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcəbədi rayonu, Taynaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan tövlənin dam ortüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və tövləyə bitişik yığılmış ümumi çəkisi 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının və tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda sahibi məlum olmayan ümumi sahəsi 20 kv.m olan tikilinin 10 kv.m tavanı yanmışdır. Tikilinin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

04 may 2014-cü il saat 02:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şabran yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində "VAZ" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 23:45-də başa çatmışdır.



close

12/04/2014

Gün ərzində baş vermiş hadisələr
12 aprel 2014-cü il saat 22:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər yaşlı qadın mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-Xilasedicilər beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən ev sahibəsi 1941-cı il təvəllüdlü Liberedova Raida İvanovnanın meyiti aşkar edilmiş və aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:20-də başa çatmışdır.

12 aprel 2014-cü il saat 21:30-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:17-də başa çatmışdır.
12 aprel 2014-cü il saat 17:45-dək, ilkin məlumata əsasən:
Goranboy rayonu, Zeyvə kəndində vətəndaşa məxsus ümumı sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28 kv.m sahədə və damına yığılmış 1.4 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 aprel 2014-cü il saat 14:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxslər mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər dördmərtəbəli yaşayış binasının damından dördüncü mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaşlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:02-də başa çatmışdır.

12 aprel 2014-cü il saat 10:00-dək:
Samux rayonu, Qarayeri qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus gücü 100 kVt olan tranformatorun yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mağazada vətəndaşa məxsus gücü 345 kVt olan işiq generatorun yanar hissələri yanmışdır. Bitişik transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 aprel 2014-cü il saat 09:00-dək:
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 112 kv.m sahədə, 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasının 16 və 17-ci mərtəbələri arasında şaxtada 3 p.m elektrik kabelləri yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 aprel 2014-cü il saat 08:00-dək:
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanmışdır. Kafesin qalan hissəsi və 2 ədəd qaz balonu yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

12 aprel 2014-cü il saat 04:00-dək:
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m. olan 5 otaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 2340 kv.m olan hal-hazırda fəaliyyət göstərməyən cücə sexinin içərisinə səpələnmiş saman 1340 kv.m sahədə və 100 kv.m sahədə tezalışan maddələrdən ibarət tavan yanmışdır. Cücə sexinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gədəbəy rayonu, Zəhmət kəndində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Elman Fərman oğlu Abdullayev avtomobildən kənara çıxaraq, aldığı müxtəlif bədən xəsarətləri nəticəsində həlak olmuşdur. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Abdullayevin cəsədini dərədən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:07-də başa çatmışdır.

12 aprel 2014-cü il saat 01:00-dək:
Bakı şəhəri, Səbail rayonunda şirkətə məxsus ümumi sahəsi 22 kv.m olan vaqon tipli 3 otaqdan ibarət fəhlələrin istifadə etdiyi köməkçi otağın taxta üzlüyü və əşyalar 5 kv.m sahəhə yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağına və dəhlizinə yığılmış məişət tullantıları 30 kv.m sahədə və ev əşyaları 4 kv.m sahədə yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə edilmiş və 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Stansiyasına təhvil verilmişdir. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Gün ərzində baş vermiş hadisələr05 aprel 2014-cü il saat 22:45-dək, ilkin məlumata əsasən:Masallı rayonu, Mollahəsənli k...
05/04/2014

Gün ərzində baş vermiş hadisələr
05 aprel 2014-cü il saat 22:45-dək, ilkin məlumata əsasən:
Masallı rayonu, Mollahəsənli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və çardağına yığılmış 1 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Çardağın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
05 aprel 2014-cü il saat 22:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “LADA” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “LADA” markalı minik avtomobilinin sürücüsü və 5 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Xilasedicilər hadisə yerinə çatana kimi üç sərnişinin meyiti vətəndaşlar tərəfindən, sürücü və digər iki sərnişinin sıxılmış vəziyyətdə qalmış meyiti xilasedicilər tərəfindən deformasiya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil vermişdir. Əməliyyat saat 19:40-da başa çatmışdır.
05 aprel 2014-cü il saat 21:00-dək, ilkin məlumata əsasən:
Sabirabad rayonu, Ulacalı kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və ona bitişik yığılmış 1,5 ton ot bağlamasının 0,5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin dəhlizinin tavanı 3 kv.m sahədə və 1 otağının giriş qapısı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05 aprel 2014-cü il saat 20:15-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda quyuya xırda buynuz heyvanın düşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, xırda buynuz heyvan dərinliyi 33 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə heyvanı quyudan çıxarmışlar. Əməliyyat saat 19:18-də başa çatmışdır.
05 aprel 2014-cü il saat 18:30-dək, ilkin məlumata əsasən:
Xaçmaz rayonu, Rəhimoba kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və çardağına yığılmış 0,8 ton ot bağlamasının 0,4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
05 aprel 2014-cü il saat 15:00-dək, ilkin məlumata əsasən:
Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tikintisi başa çatmamış birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
05 aprel 2014-cü il saat 12:00-dək, ilkin məlumata əsasən:
Şəmkir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və içərisindəki əşyalar qismən yanmışdır. Köməkçi tikillinin qalan hissəsi yanğındn mühafizə olunmuşdur. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
05 aprel 2014-cü il saat 08:15-dək:
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəx əşyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05 aprel 2014-cü il saat 05:30-dək:
Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 103 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 103 kv.m sahədə yanmışdır. Evin qalan hissələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus "Niva" markalı minik avtomabilinin salon hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 2 ədəd yataq dəsti və döşəməsi 2 kv.m sahədə yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05 aprel 2014-cü il saat 02:15-dək:
Cəlilabad şəhərində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin mühərriki və salon hissəsi qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

05 aprel 2014-cü il saat 01:15-dək:
Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan şirniyyat evinin mətbəxində, mətbəx əşyaları 12 kv.m sahədə yanmışdır. Şirniyyat evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

03/04/2014

Gün ərzində baş vermiş hadisələr
04 aprel 2014-cü il saat 02:00-dək, ilkin məlumata əsasən:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə nərdivan vasitəsilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:27-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından beşinci mərtəbədə yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:35-də başa çatmışdır.

Address

M. Müşfiq Küçəsi, 501-ci Məhəllə, AZ1073 Baku
Baku

Alerts

Be the first to know and let us send you an email when FHN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to FHN:

Share