25/08/2026
Yayın son günləri, Abşeronun şimal sahilləri və Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq çimərlik polo turniri!
Sentyabrın 11–13-də St. Moritz, Elite Polo Club, Red Star Polo Team və Moscow Polo Club komandaları Sea Breeze-də, Xəzərin sahilində unikal polo şousu təqdim edəcəklər.
Elçin Camallı, Adrian Laplaset, Aleks Vatson, Aqustin Kronhaus, Maykl Henderson, Matias Amaya, Santyaqo Sernadas, Mixail Rodzyanko və digər ulduz poloçuların iştirakı ilə turnir möhtəşəm idman mübarizəsinə çevriləcək.
St. Moritz, Elite Polo Club, Red Star Polo Team və Moscow Polo Club komandaları qum üzərində güc, sürət və zərifliyi bir araya gətirəcək.
11, 12 və 13 sentyabr tarixlərində saat 16:00-dan etibarən bu unikal qarşılaşmaların şahidi olun və komandalara dəstək verin.
VIP və standart biletləri iticket.az saytından əldə edə bilərsiniz.