03/03/2022
Belə bir məlumat var.
1992-ci il 26 fevral günü Xocalıda baş verən soyqırımdan sonra ilkin şəhid sayı 100 nəfər göstərilir, hadisədən iki gün sonra 1324 nəfərin meyitinin tapıldığı təsdiq edilir. Lakin 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişəndən sonra şəhid sayı 450 nəfərə endirilir, lakin sonra bu rəqəm 618 nəfərdə saxlanılır. Kimlərsə qəsdən şəhid sayını azaldır ki, erməniləri beynəlxalq məhkəməyə vermək problemli olsun. Təkcə Xocalı soyqırımı baş verən gün orda rəsmən 5 mindən çox sakin olan əhali sayından 3 min qeydiyyatı ora olan şəxs, 80 nəfər Qərbi Azərbaycandan orda məskunlaşdırılan, lakin qeydiyyata salınmayan qaçqın ailəsi, 62 ailə Mesheti türkü, orda tikitində çalışan 500 nəfər işçi, polis və könüllülərdən ibarət adam olub. Ağdamda məscidə gətirilən və sonradan dəfn edilən 1324 nəfər şəhidin sayını azaldan qüvvələr tarix qarşısında zamanı gələndə cavab verəcəklər!!!!
İndi isə Ağdama gətirilib, morqda qeydiyyata alınan uşaqların ilkin adlarını yazıram. Bu uşaqların hamısı fiziki zorakılığa və vəhşicəsinə qətlə məruz qalıb. Ağdama gətirən bu uşaqların çoxunun əlləri məftil ilə bağlanmış, bəzilərinin başından güllə vurulub qətl edilmişlər. Əslində şəhid olan və əsir düşən uşaqlar sayca çox idi sadəcə bu adları sadalanan uşaqlar rəsmən digərləri tərəfindən tanınan şəhid balalardır
- Ağayarov Rəhman, 6 yaş
- Ağayarova Sevinç, 7 yaş
- Abışev Çingiz, 7 yaş
- Samir Cəfərov, 5 yaş
- Çobanov Nəzaket, 8 yaş
- Əliyev Elgiz, 8 yaş
- Əliyev Səlim, 7 yaş
- Ələkbərov Sexavet, 8 yaş
- Əzimov Natiq, 6 yaş
- Əmirova Yeganə, 6 yaş
- Həsənov Elgün, 4 yaş
- Həsənova Aygün, 1 yaş
- Hüseynov Rəcəb, 8 yaş
- Hüseynov Məhzər, 1 yaş
- Hüseynov Şəbnəm, 6 yaş
- Hüseynova Maral, 7 yaş
- Xəlilova Leyla, 4 yaş
- Quliyev Şakir, 7 yaş
- Qənbərova Esmira, 7 yaş
- Qənbərov Elmin, 6 yaş
- Samir Quliyev, 2 yaş
- Quliyeva Sevinç, 7 yaş
- Mehdiyeva Gülmirə, 3 yaş
- Mehdiyeva Aysel, 5 yaş
- Muradova Ayşən, 1 yaş
- Orucova Xəyalə, 6 yaş
- Orucova Natəvan, 3 yaş
- Səfiyev Sarvan, 1 yaş
- Vəliyev Ağasif, 4 yaş
- Zeynalova Aynur, 6 yaş
- Yusifova Natəvan, 4 yaş
Dr Zaur Aliyev