Azerbaycan Sahinleri

Azerbaycan Sahinleri Veten sevgisi yere zibil tökmemekle başlayır, uğurunda şehid olmaqla bitir! Döyüşəndə həmişə Mübariz ol..
Ölümə gedir sonu işıqlı yol..

Haqsızlığa dözmə budur əsil yol.. Təki sən Vətən uğrunda Şəhid ol..!!

21/07/2015
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir.Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın ...
08/05/2013

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir.

Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə və layiqli müqavimət göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi.

Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını xarabazara döndərdilər.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

23/03/2013

Sehifemizin acilmasi genclerin herbi-vetenperverlik ruhunda boyumesine koklenir.Sehifemizin uzvlerinden xahiw edirem ki,profilinizde bu sehifeyede onem verib paylawasiniz.

Komando.

Sizcə Ermənistanda hakimiyyətin dəyişiməsinin Qarabağ münaqişəsinin müsbət həlli üçün müsbət nə təsiri ola bilər???by_Ve...
24/02/2013

Sizcə Ermənistanda hakimiyyətin dəyişiməsinin Qarabağ münaqişəsinin müsbət həlli üçün müsbət nə təsiri ola bilər???

by_VetenDas.

Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə keçən Nadir şahın (Nadir hakimiyyətə gələndə xan id...
24/02/2013

Qarabağ xanlığı Səfəvilər imperiyasının süqutundan sonra hakimiyyətə keçən Nadir şahın (Nadir hakimiyyətə gələndə xan idi, yalnız hakimiyyətə keçəndən sonra özünü şah elan etmişdir.) öldürülməsi nəticəsində XVIII ortalarında yaranmış xanlıqlardan biridir. Qarabağ xanlığının əsasının Pənahəli bəy (1748-1763) 1748-ci ildə qoymuş və özünü xan elan etmişdir. Xanlıq Araz və Kür çayları arasındakı ərazidə yerləşirdi. Qarabağ xanlığı İrəvan xanlığı, Şəki xanlığı, Gəncə xanlığı, Naxçıvan xanlığı, Qaradağ xanlığı, Cavad xanlığı və Şamaxı xanlığı ilə həmsərhəd idi.
XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycan xanlıqlarını işğalından sonra Rusiya Azərbaycan xanlıqlarının "qorumaq" üçün İrana müharibə elan etdi. Rus ordusu Qarabağ xanlığını 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsi ilə öz əsarəti altına keçirtdi. Beləliklə 1748-ci ildə yaranmış Qarabağ xanlığı 1805-ci ildə süqut etdi. Rusiya ilə İran arasında müharibənin I mərhələsi 1813-cü il oktyabrın 12-də Gülüstan sülhü ilə başa çatdı. Müqaviləyə görə İrəvan və Naxçıvan xanlıqları müstəsna olmaqla Şimali xanlıqları Rusiyanın əsarətinə verldi.

by_VetenDas.

Xocali qetliami xarici metbuatin dilinden......Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya...
24/02/2013

Xocali qetliami xarici metbuatin dilinden......
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar minlələr ölənlər barədə xəbər verirlər.
Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çöxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.

by_VetenDas.

13/12/2012

Universitetlerarasi yarisin Kvalivikasiya mərhələsinin
son 4 dueli:
Bu gün - Cume axsami / 13
dekabr 21:00
Heyder Eliyev adina
Azerbaycan Ali Herbi Mektebi - Azerbaycan Dovlet Aqrar
Universiteti
bu gun yaris olacaq AAHM destek olaq butun melumatlar Azerbaycan Universitetleri sehifesinde yerlesdirilecek yeni yarisa ait her bir sey

Gunun statusu Salman Bayramlidan geldi.by_VetenDas.
28/11/2012

Gunun statusu Salman Bayramlidan geldi.

by_VetenDas.

26/11/2012

Herşey Vatan İçin ,Can İçin Canan İçin , Göz Kırpmaz Can Veririz , Bir Karış Toprak İçin ! —

Ad1000_Salman.

22/11/2012

2-ci sinifden beri unutmadığım ve meni heyecanlandıran şeirden bir parça:

Qalxıb şah dağına söz istəyirəm,
Çatsın hay – harayım dinləyənlərə.
Mən nankor deyirəm, nacins deyirəm,
Öz Ana Dilini bilməyənlərə.

Ad1ooo_Salman,

25/07/2012

"Sahinlerimiz"

Duwmen uste wigiyin,
Ezin wahinlerimiz.
Azad torpagimizda,
Gezin "Sahinlerimiz".

Azad semada suzun,
Qelebe sevinci duzun,
Silin duwmenlerimizin,
Izin "Sahinlerimiz".

Eren gucunuze arxayin,
Goren gucunuze arxayin,
Veten gucunuze arxayin,
Sizin "Sahinlerimiz".

Qaytarin o torpaqlari,
Her dawi, her yarpaqlari,
Qarabagda bayraqlari,
Duzun "Sahinlerimiz",
Duzun "Sahinlerimiz".

"Sahinler" duwergesine ithaf edirem. 7 yawi tamam olmasi munasibeti ile.
Var olun.
Salyanli Mehman Kursengi-ye tesekkurler.

by_VetenDas.

Address

Sebail Rayonu Ve_Quba Rayonu
Baku

Telephone

+994558393882

Website

Alerts

Be the first to know and let us send you an email when Azerbaycan Sahinleri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaycan Sahinleri:

Share