Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sistemi

Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sistemi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sistemi, Library, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. M. Gəncəvi 2, Baku.

Bakı şəhəri Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında fəal oxucuların iştirakı...
04/09/2026

Bakı şəhəri Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında fəal oxucuların iştirakı ilə “Sehrli nağıllara səyahət” adlı sərgi və nağıl saatı keçirilib.

Azərbaycan xalq nağılları ilə yaxından tanış olub, sevdikləri nağılları oxuyaraq öz təəssüratlarını bölüşüblər. Nağıl qəhrəmanlarının timsalında xeyirxahlıq, dostluq, mərhəmət və dürüstlük kimi mənəvi dəyərlər haqqında söhbətlər aparılıb.

📖 Nağıllar uşaqların dünyagörüşünün formalaşmasında, təxəyyülünün inkişafında və mütaliəyə marağının artırılmasında mühüm rol oynayır.


Bakı şəhər Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən kitabxana fonduna daxil olan yeni ədəbiyyatlarda...
04/09/2026

Bakı şəhər Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən kitabxana fonduna daxil olan yeni ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil edilib.

Sərgidə müxtəlif mövzuları əhatə edən nəşrlər – musiqi, incəsənət, ədəbiyyat, tarix, mədəniyyət, publisistika və digər sahələrə dair kitablar oxucuların diqqətinə təqdim olunub. Kitabxanalarda yeni daxil olan ədəbiyyatlardan sərgilərin hazırlanması oxucuların kitab fonduna marağının artırılması istiqamətində həyata keçirilən ənənəvi fəaliyyətlərdəndir.

📚 Albert Liberman - "Qanbatte !"Albert Liberman “Qanbatte! Yaponların daim irəli getmək sənəti” kitabında sizi yaponları...
03/09/2026

📚 Albert Liberman - "Qanbatte !"

Albert Liberman “Qanbatte! Yaponların daim irəli getmək sənəti” kitabında sizi yaponları istənilən vaxt və istənilən şəraitdə – imtahan zamanı, idman yarışlarında, yemək hazırlayarkən, adi iş günlərində – var qüvvələrini işə yönəltməyə sövq edən düşüncə tərzi ilə tanış edir.

Kitabın qısa, sadə və anlaşıqlı dildə yazılmış 50 fəsli daha xoşbəxt və daha mənalı bir həyat yaşamaq, özünü daha pozitiv surətdə və daha məmnunedici yollarla reallaşdırmaq üçün bu yanaşmanı qəbul etməyin asan üsullarını təklif edir.

📌 Burada aşağıdakı mövzularla tanış olacaqsınız:

– “Mürəkkəb olan”ı “qeyri-mümkün”dən seçmək;
– Özündə səbr fəzilətini tərbiyə etmək;
– Dərrakə və ictimai şüur hissi ilə işləmək;
– Və daxilinizdə qanbatte ruhunu tərbiyə etməyin bir çox digər üsulları.

Bakı şəhər Sabunçu rayon MKS-nin 1 nömrəli kitabxana filialı açıq havada kitab sərgisi təşkil edib.Sərgidə uşaqların müt...
02/09/2026

Bakı şəhər Sabunçu rayon MKS-nin 1 nömrəli kitabxana filialı açıq havada kitab sərgisi təşkil edib.

Sərgidə uşaqların mütaliəyə marağının artırılması məqsədilə dünya ədəbiyyatının seçilən nümunələri, dünya klassikləri, eləcə də zəngin və rəngarəng məlumatları ilə diqqəti cəlb edən heyvanlar ensiklopediyaları nümayiş etdirilib.

Bakı şəhər Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasında məşhur Amerika yazıçısı Teodor Drayzerin yaradıcılığına həsr olu...
02/09/2026

Bakı şəhər Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasında məşhur Amerika yazıçısı Teodor Drayzerin yaradıcılığına həsr olunmuş “Daryzerin – yaradıcılığına səyahət” adlı kitab sərgisi təşkil edilib.

Sərginin məqsədi oxucuları Teodor Drayzerin zəngin yaradıcılığı ilə yaxından tanış etmək, onun əsərlərinə marağı artırmaq və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin irsini təbliğ etməkdir.

📚 Maqsud İbrahimbəyov - "Seçilmiş əsərləri" 4 cilddə İki dildə tərtib olunan bu dördcildlik nəşr görkəmli Azərbaycan ədi...
02/09/2026

📚 Maqsud İbrahimbəyov - "Seçilmiş əsərləri" 4 cilddə

İki dildə tərtib olunan bu dördcildlik nəşr görkəmli Azərbaycan ədibi, Xalq yazıçısı, nasir, dramaturq, kinossenarist, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun "Seçilmiş əsərləri" yazıçının 90 illik yubileyi münasibətilə hazırlanıb. Dördcildlikdə Maqsud İbrahimbəyovun ötən əsrin 60-cı illərindən başlayaraq qələmə aldığı, Azərbaycan insanının, cəmiyyətin, dünyanın müxtəlif köklü problemlərindən, fərqli insan talelərindən danışan, yazıldığı və nəşr olunduğu ilk günlərdən bu yana dərin oxucu rəğbəti və sevgisi qazanan, bu gün də böyük maraqla oxunan qiymətli roman və povestləri toplanıb. "Seçilmiş əsərləri"n I və II cildinə yazıçının əsərlərinin doğma dilimizə tərcüməsi, III və IV cildinə isə həmin əsərlərin orijinalı daxil edilib.

01/09/2026

🎙 Layihənin bu dəfəki qonağı Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 N-li kitabxana filialının Kitabxana-bibliqorafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Salatın İbrahimovadır.

📌Mövzu: Bilgi mədəniyyəti

💬 Qeyd edək ki layihənin əsas məqsədi əməkdaşlarımızın mədəniyyət sahəsində çalışan fərqli mövzular üzrə bilik və təcrübələrini bölüşməsi, eyni zamanda bu biliklərin digər əməkdaşlarımız üçün də faydalı bir təcrübə və inkişaf mənbəyinə çevrilməsidir.


̇darəsi

Bakı şəhər Sabunçu rayon MKS-nin 1 nömrəli kitabxana filialında  “Nağıl saatı” keçirilib.Oxuculara müxtəlif mövzularda m...
28/08/2026

Bakı şəhər Sabunçu rayon MKS-nin 1 nömrəli kitabxana filialında “Nağıl saatı” keçirilib.

Oxuculara müxtəlif mövzularda maraqlı nağıllar oxunub, onların məzmunu ətrafında fikir mübadiləsi aparılıb. Uşaqlarla kitabın və mütaliənin əhəmiyyəti, mütaliənin dünyagörüşünün formalaşmasında rolu barədə maraqlı və maarifləndirici söhbətlər keçirilib.

27/08/2026

🎙️ Layihənin bu dəfəki qonağı Xəzər MKS 4saylı fililalın baş kitabxanaçısı Müzəffərova Zəminə.

📌 Mövzu: Ana dilimiz

💬 Qeyd edək ki layihənin əsas məqsədi əməkdaşlarımızın mədəniyyət sahəsində çalışan fərqli mövzular üzrə bilik və təcrübələrini bölüşməsi, eyni zamanda bu biliklərin digər əməkdaşlarımız üçün də faydalı bir təcrübə və inkişaf mənbəyinə çevrilməsidir.

📚 Firuzə İlqarlı - "Valideynlərlə əməkdaşlıq: məktəbəqədər təhsildə praktik bələdçi"Məktəbəqədər təhsil müəssisələrinin ...
27/08/2026

📚 Firuzə İlqarlı - "Valideynlərlə əməkdaşlıq: məktəbəqədər təhsildə praktik bələdçi"

Məktəbəqədər təhsil müəssisələrinin ailələrlə birgə səmərəli fəaliyyətinə həsr edilmişdir. Müəllim-valideyn əməkdaşlığına aid keçmiş təcrübələr nəzərdən keçirilmiş və hüquqi-normativ sənədlərdə əksini tapan müasir yanaşmalardan bəhs olunmuşdur. Kitabda məktəbəqədər təhsil müəssisəsi ilə ailələr arasında qarşılıqlı əlaqələrin qurulması yönündə yeni və effektiv metodlar təklif edilmişdir. Müəllif səmərəli əməkdaşlığın uşağın inkişafına müsbət təsir etdiyini diqqətə çatdırmışdır.

Address

Sabunçu Rayonu, Bakıxanov Qəsəbəsi. M. Gəncəvi 2
Baku
AZ1100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994124250622

Website

Alerts

Be the first to know and let us send you an email when Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sabunçu rayon Mərləzləşdirilmiş Kitabxana Sistemi:

Shortcuts

Share

Category