Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, Baku.

Devizi “Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” olan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 29 sentyabr 2-18-ci il tarixində təsis olunub. 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

“Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi                                                                   ...
06/08/2026

“Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyi Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sıralarına qoşulub. Təşkilatın sədri Sevinc Fədaiyə Forumun üzvlük vəsiqəsi təqdim edilib.

"Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi gələcək fəaliyyətində də uşaqların hüquqi maarifləndirilməsi, vətə...
31/07/2026

"Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi gələcək fəaliyyətində də uşaqların hüquqi maarifləndirilməsi, vətəndaşlıq şüurunun formalaşdırılması və onların hərtərəfli inkişafına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.

"Uşaqlar üçün Konstitusiya" layihəsi uğurla başa çatdı Cəmiyyət 31 İyul 2026, 16:18 406 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın və Uşaqların Təhsilinə Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Uşaqlar ü....

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiy...
31/07/2026

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində hazırladığımız altıncı videoçarxda Azərbaycan Respublikasının Konstitusiyasının "Prezident" maddəsi sadə, anlaşıqlı və uşaqların yaş xüsusiyyətlərinə uyğun dildə izah olunur.

Məqsədimiz uşaqlarda erkən yaşlardan hüquq, vəzifə və vətəndaşlıq şüurunun formalaşmasına töhfə vermək, onları Konstitusiyanın əsas prinsipləri ilə maraqlı və əlçatan şəkildə tanış etməkdir.

🎥 Videonu izləyin, paylaşın və uşaqların hüquqi biliklərinin inkişafına birlikdə dəstək olaq!

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə y...

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiy...
30/07/2026

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində hazırladığımız beşinci videoçarxda Azərbaycan Respublikasının Konstitusiyasının "Uşaq hüququ" maddəsi sadə, anlaşıqlı və uşaqların yaş xüsusiyyətlərinə uyğun dildə izah olunur.

Məqsədimiz uşaqlarda erkən yaşlardan hüquq, vəzifə və vətəndaşlıq şüurunun formalaşmasına töhfə vermək, onları Konstitusiyanın əsas prinsipləri ilə maraqlı və əlçatan şəkildə tanış etməkdir.

🎥 Videonu izləyin, paylaşın və uşaqların hüquqi biliklərinin inkişafına birlikdə dəstək olaq!

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə y...

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiy...
29/07/2026

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində hazırladığımız dördüncü videoçarxda Azərbaycan Respublikasının Konstitusiyasının "Hakimiyyətin bölünməsi" maddəsi sadə, anlaşıqlı və uşaqların yaş xüsusiyyətlərinə uyğun dildə izah olunur.

Məqsədimiz uşaqlarda erkən yaşlardan hüquq, vəzifə və vətəndaşlıq şüurunun formalaşmasına töhfə vermək, onları Konstitusiyanın əsas prinsipləri ilə maraqlı və əlçatan şəkildə tanış etməkdir.

🎥 Videonu izləyin, paylaşın və uşaqların hüquqi biliklərinin inkişafına birlikdə dəstək olaq!

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə y...

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiy...
28/07/2026

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində hazırladığımız üçüncü videoçarxda Azərbaycan Respublikasının Konstitusiyasının "Azərbaycan dövləti" bölməsi sadə, anlaşıqlı və uşaqların yaş xüsusiyyətlərinə uyğun dildə izah olunur.

Məqsədimiz uşaqlarda erkən yaşlardan hüquq, vəzifə və vətəndaşlıq şüurunun formalaşmasına töhfə vermək, onları Konstitusiyanın əsas prinsipləri ilə maraqlı və əlçatan şəkildə tanış etməkdir.

🎥 Videonu izləyin, paylaşın və uşaqların hüquqi biliklərinin inkişafına birlikdə dəstək olaq!

📍Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə y...

Ölkəmizin ən vacib qanunlar kitabı - "Uşaqlar üçün Konstitusiya"Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Q...
28/07/2026

Ölkəmizin ən vacib qanunlar kitabı - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən sonuncu - onuncu məqaləni təqdim edirik: "Azərbaycan Respublikasının Konstitusiyası".

Azərbaycan Xalq Cümhuriyyəti qısaömürlü olduğu üçün konstitusiya hazırlamağa imkan tapılmamışdı. İlk Sovet Azərbaycanı Konstitusiyası isə 1921-ci ildə qəbul edilmişdi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası isə Prezident Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmışdır. Bu konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. Konstitusiyamız 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

2002, 2009, 2016-cı illərdə ümumxalq səsverməsi ilə konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur.

Konstitusiyanın giriş hissəsində:
• Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
• Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
• vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
• xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
• ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
• ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətləri bəyan edilmişdir.
Konstitusiyanın Xalq hakimiyyəti, Xalqın suverenliyi, Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı, Dövlət dili maddələri və Əsas İnsan və vətəndaş hüquqları və azadlıqlarından adlanan III fəsli dəyişdirilə və ya ləğv oluna bilməz.

Müəllif: Tural Cəfərov

Hər kəsin təhsil almaq hüququ var - "Uşaqlar üçün Konstitusiya" Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Q...
27/07/2026

Hər kəsin təhsil almaq hüququ var - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən doqquzuncu məqaləni təqdim edirik: "Təhsil hüququ".

Qədim dövlərdə və hətta orta əsrlərdə təhsil dövlətin vəzifələrinə daxil deyildi. Misal üçün, Azərbaycanda valideynlər öz aralarında pul toplayıb molla tutur, molla da uşaqlara yazıb-oxumaq, bir az da hesab öyrədir və təhsil bununla yekunlaşırdı.

Ancaq yeni dövrdən başlayaraq şərait, şərtlər dəyişdi. Dövlətlər təhsil sisteminə xüsusi maraq göstərməyə, məktəblər açmağa başladı. Müasir dövrdə də hər bir dövlətin vəzifələrindən biri vətəndaşlarının təhsil hüququnu təmin etməkdir. Bunun üçün dövlətlər öz büdcələrindən milyardlarla dollar vəsait xərcləyir.

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi də "Təhsil hüququ" adlanır. Maddənin ilk bəndində deyilir: "Hər bir vətəndaşın təhsil almaq hüququ vardır".

Bəs bu hüquq kim tərəfindən təmin olunmalıdır? Maddənin II bəndi bu məsələyə aydınlıq gətirir: "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir". Bu maddədən də göründüyü kimi, dövlətimiz hər bir vətəndaşın təhsil hüququnu öz üzərinə götürür.

"Ümumi orta təhsil" dedikdə nə başa düşülür? Söhbət orta məktəbin I-IX siniflərini əhatə edən təhsildən gedir. Hər bir şagird, təhsilalan üçün 9 il məktəb oxumaq icbari, yəni məcburi xarakter daşıyır. Dövlət hər bir vətəndaşın bu hüququnu pulsuz şəkildə təmin edir. Əlbəttə ki, tam orta təhsil (11 illik), eləcə də universitet təhsili də dövlət tərəfindən təmin olunur. Ancaq 9 illik təhsil məcburidir. Öz övladlarını icbari təhsildən yayındıran şəxslər isə qanunla cəzalandırılır.

"Təhsil hüququ" maddəsinin IV bəndində isə maddi vəziyyətdən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət tərəfindən zəmanət verildiyi qeyd olunur.

Müəllif: Tural Cəfərov

Dövlət bu məsələdə də uşaqların yanında dayanır - "Uşaqlar üçün Konstitusiya"Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai...
24/07/2026

Dövlət bu məsələdə də uşaqların yanında dayanır - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən səkkizinci məqaləni təqdim edirik: "Uşaq hüququ"

Konstitusiyamızda bir çox məsələlər haqqında yazılıbdır. O cümlədən uşaqlar və onların hüquqları da Əsas Qanunda əks olunubdur. Məgər uşaqları yaddan çıxartmaq olar?!

Konstitusiyamızın 17-ci maddəsi "Ailə, uşaqlar və dövlət" adlanır. Bu maddənin II bəndində isə belə deyilir: "Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir".

Əlbəttə ki, uşaqların qayğısına qalmağın və onları tərbiyə etməyin valideynlərin borcu olduğunu hamı bilir. Bəs bəndin ikinci cümləsi – dövlət nəzarəti nəyi ifadə edir?

Hamımız bilirik ki, valideynlərin çoxu yaxşı olsa da, heç də hamısı yaxşı deyil. Sayları çox az olsa da, bəzi valideynlər öz övladların qayğısına qalmır, onları dilənçilik kimi p*s əməllərə sövq edir. Məhz buna görə də, Konstitusiyamız uşaqları qorumaq naminə valideynlərin uşaqlarla bağlı vəzifələrinin icrasına nəzarəti dövlət öz üzərinə götürmüşdür. Başqa sözlə desək, dövlət belə deyir: "Bu uşaq sənindir, ancaq sən uşaq qarşısında borcunu yerinə yetirməsən mən lazımi tədbirlər görəcəyəm". Dövlət bu cür hallarda hətta valideyni valideynlik hüququndan məhrum da edə bilər.

Təəssüf ki, bəzi uşaqlar valideynlərinin qayğısından məhrumdur. Bəs onların taleyi necə olacaq? Maddənin III bəndi onlardan bəhs edir:

"Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər". Dövlət bu məsələdə də uşaqların yanında dayanır, onları tək, kimsəsiz qoymur. Valideyn qayğısından məhrum olan uşaqların bütün tələbatlarını şəxsən ödəyir.

17-ci maddənin IV bəndində uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağan olduğu qeyd olunur. Bu cür fəaliyyət isə qanunla cəzalandırılır.
Maddənin son bəndi dövlətin uşaqlara qayğısını ifadə edir: "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir". Bu o deməkdir ki, uşaq hüquqları birbaşa olaraq dövlətin nəzarətindədir.

Müəllif: Tural Cəfərov

📍Kimlər deputat ola bilər? - "Uşaqlar üçün Konstitusiya"Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hök...
20/07/2026

📍Kimlər deputat ola bilər? - "Uşaqlar üçün Konstitusiya"

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən yeddinci məqaləni təqdim edirik: "Milli Məclis".

Azərbaycan Respublikasının Konstitusiyasına görə, qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Bəs Milli Məclis nədir? Ona niyə ehtiyac var? Bunun üçün biz qanunverici hakimiyyətin başladığı orta əsrlərə xəyali də olsa səyahət etməliyik.

Parlament sözü fransız “parle” sözündən götürülüb, mənası isə "danışmaq", "müzakirə etmək" deməkdir. Tarixdə ilk dəfə İngiltərədə parlament təşkil edilib. Bunun da səbəbi o idi ki, kral ağır vergilər qoyur və vergilər insanları çətin vəziyyətə salırdı. Parlamentin təşkil edilməsinin səbəbi də kral hakimiyyətinin məhdudlaşdırılması olmuşdur. Bundan sonra yeni vergiləri parlament təyin edəcəkdi. Ancaq zaman keçdikcə parlamentin qəbul etdiyi qanunların da sayı artdı. Müasir dünyada təhsildən tutmuş yolların çəkilməsinə qədər hər şey parlamentdə qəbul edilmiş qanunlarla tənzimlənir.

Azərbaycanda isə parlament ilk dəfə 1918-ci ilin 7 dekabrında – Azərbaycan Xalq Cümhuriyyətində təsis edilmişdi. Hazırda isə Milli Məclisin 125 üzvü mövcuddur. Parlament üzvləri isə "deputat" adlanır.

Azərbaycan ərazisi 125 seçki dairəsinə bölünmüşdür. Hər bir dairə üzrə seçkilər keçirilir və qalib şəxs deputat olur.

Bəs kimlər seçkidə iştirak edə bilər?

Konstitusiyamızın 85-ci maddəsinə görə, 18 yaşına çatmış hər bir şəxs deputat ola bilər. Ancaq konstitusiya bəzi məhdudiyyətlər də tətbiq edir. Belə ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Milli Məclisin səlahiyyət müddəti beş ildir. Hər beş ildən bir Milli Məclisə seçkilər keçirilir.

Konstitusiyamızın 95-ci maddəsində Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər göstərilmişdir. Bu maddə 20 bənddən ibarətdir. Həmin bəndlərə görə, dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarətdən tutmuş Baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verilməsinə qədər, eləcə də, bütün qanunların qəbulu Milli Məclis tərəfindən həyata keçirilir.

Müəllif: Tural Cəfərov

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi:

Shortcuts

Share