20/08/2026
🤖💬 İKTA-da gələcəyin rəqəmsal köməkçisi təqdim olundu!
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) keçirilən infosessiyada vətəndaşlara daha sürətli və rahat xidmət göstərilməsi məqsədilə hazırlanmış süni intellekt əsaslı çatbot təqdim edilib.
🤖 Yeni çatbot:
🌐 Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək;
📡 telekommunikasiya və poçt rabitəsi sahələri üzrə sualları cavablandıracaq;
📶 spektr idarəçiliyi ilə bağlı məlumat təqdim edəcək;
📻 radioelektron vasitələrə icazələrin verilməsi prosesləri barədə istifadəçiləri məlumatlandıracaq.
💡 Süni intellekt texnologiyalarının tətbiqi vətəndaşların məlumatlara daha operativ çıxışını təmin etməklə yanaşı, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına da töhfə verəcək.
⚡ Məqsəd istifadəçilərə daha sürətli, daha rahat və daha əlçatan xidmət təcrübəsi təqdim etməkdir.