18/08/2026
Son vaxtlar ən çox şikayət Penitensiar Xidmətinin qanunsuzluğundan , özbaşınalığından yazılır. Rüşvətxorluğ, korrupsiya ( məhkumlara ayrılan ərzaq , dərman ləvazimati, paltar və s.) və ən ciddi qanunpozuntu işgəncə faktları.
Bütün bu əməllər P.X.-də həmişə olub , amma c. Mirsaleh Seyidov
başçılıg edən gündən bu qurumda işgəncə daha geniş , daha qəddar formada keçirilir.
Artig bu faktdır ! Mətbuatda yayılıb , ictimailəşdirilib!
Ən çox təqiblərə məruz qalan dindarlar və siyasi məhbuslardı – xüsusən jurnalistlər və hüquq müdafiəçiləıridi.. Onsuzda Cəza Çəkmə Müəssisələrdə (CÇM) saxlanma şəraiti qəbul edilmiş standartlara cavab vermir üstəlik CÇM-in rəhbərliyi mənfi münasibəti məhkumların vəziyyətini daha da ağırlaşdırır.
Jurnalistlər, gənc xanımlar tibbi müayinədən məhrumdurlar , kobud , alçaldıcı, təhqiramiz rəftarla üzləşir, dindarlar döyülür , əsassız “karsa” yerləşdirilir.
22 may 2012-ci ildə Prezident
“ Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” A. R. QANUNU imzalayıb .
“ Əsas Prinsiplər Qanunilik və humanizm prinsiplərinə əməl olunur.
Saxlanılan şəxslərin şərəf və ləyaqəti qorunur. İşgəncə və ya qəddar rəftara yol verilmir. Hüquq bərabərliyi təmin edilir.”
Bu qanunlar hörmətli Mirsaleh Seyidov açıq şəkildə inkar edir .
Maddə 49. Dövlət nəzarəti və ictimai nəzarət olunur.
Ölkədə yüzə yaxın qeydə alınmış Hüquq müdafiə təşkilatları var (GHT-lar, başda ombudsmen apparatı) bu qanunsuzluqu görmür ( əslində işgəncə faktı cinayət hökmündədir) və şikayətlərə baxmır.
CÇM rəhbərliyi müəssisəni şəxsi obyekt kimi işlədir - məhkuma ayırılmış ərzaqı, dərmanları və s. oğurlayır- həmin məhkumu döyüb karsa salır – imkanlı dustaqlara
isə ( burjulara) ayri otaq tapılır ( məs. tibbi hissədə) , məhdudiyyətsiz telefon danışığı və s.
Nəticə - dövlət qurumu Prezidentin sərancamına riayət etmir , tənqid edənləri isə cəzalandırırlar !.