Bakı Şəhər Gənclər və İdman İdarəsi

Bakı Şəhər Gənclər və İdman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Şəhər Gənclər və İdman İdarəsi, Government Organization, Şəfayət Mehdiyev küçəsi, 83, Baku.

08 sentyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə gənclər və idman sektorunu...
08/09/2026

08 sentyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində “Sağlam qidalanma” mövzusunda təlim keçirilib.

Təlimdə Nərimanov rayonu üzrə gənclər və idman sektorunun müdiri Bahəddin Hüseynov, sağlam qidalanma üzrə təlimçi Məhsəti Hüseynova və rayonun fəal gəncləri iştirak ediblər.

Təlim zamanı gənclərə sağlam qidalanmanın əsas prinsipləri, düzgün qidalanma vərdişlərinin formalaşdırılması və sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda təlimdə fəal iştirak edən gənclər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

  Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   keçiriləcək. Bütün h...
07/09/2026

Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək. Bütün hədəflər artıq dəqiqləşdirilib, idmançılar mövsümün ən böyük çempionluq mübarizəsinə hazırdır! 🎯🏆

​🗓️ Yarışın proqramı:
​18 sentyabr: Məşq və sınaq atışları
​19 sentyabr: Təsnifat və əsas seçmə mərhələləri
​20 sentyabr: Final qarşılaşmaları və təntənəli mükafatlandırma mərasimi

​🏹 Olimpiya sistemi əsasında gərgin mübarizə şəraitində keçiriləcək yarışda U15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.

​Hövsan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq yarışda sərrast oxatanların qarşıdurmasını canlı izləmək və bu həyəcanı bizimlə bölüşmək istəyən hər kəsi gözləyirik!

————

The will be jointly organized by the Archery Federation and the Baku City Youth and Sports Department. All targets are set, and the athletes are ready to compete for the biggest championship title of the season! 🎯🏆

​🗓️ Event Schedule:
September 18: Practice and trial shots
September 19: Qualification and main elimination rounds
September 20: Final matches and solemn award ceremony

​🏹 In the tournament held under the Olympic system amid tense competition, U15 category athletes will aim at targets from a distance of 40 meters, while seniors will compete at 70 meters.

​We invite everyone who wants to watch the showdown of sharp-shooting archers live at the Hovsan Olympic Sport Complex stadium and share this excitement with us!

6 sentyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun təş...
07/09/2026

6 sentyabr 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə turnir keçirilib.

Turnirdə 13 komandanın tərkibində 160-dan çox idmançı iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən aşağıdakı komandalar daha yüksək nəticə göstəriblər:

I yer – “Sebra” İdman Klubu;
II yer – Şəhid İman-Bəhram qardaşları İdman Klubu;
III yer – “Komando” İdman Klubu.

Turnirin sonunda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kuboklarla təltif olunublar.

07/09/2026
06 sentyabr 2026-cı il tarixində Nizami rayonunda fəaliyyət göstərən “Astoria Fitness SPA Mərkəzi”nin üzgüçülük hovuzund...
07/09/2026

06 sentyabr 2026-cı il tarixində Nizami rayonunda fəaliyyət göstərən “Astoria Fitness SPA Mərkəzi”nin üzgüçülük hovuzunda Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektoru və mərkəzin birgə təşkilatçılığı ilə “Bakı 2026 – Dünyanın İdman Paytaxtı” elan olunması münasibətilə üzgüçülük üzrə rayon turniri keçirilmişdir.

Əvvəlcə turnirin açılış mərasimi keçirilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və idmançıların təntənəli keçidi baş tutmuşdur.

Açılış mərasimində mərkəzin məsul əməkdaşı Vüsalə Həsənova, Nizami rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Valeh Əmrahov, turnirin baş hakimi Mahmud Şahbazov və baş katibi Mehdi Qafarov çıxış edərək iştirakçılara uğurlar arzulamış, onlara öz xoş sözlərini çatdırmışlar.

Daha sonra turnirə start verilmişdir. Turnirdə 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qız idmançılar iştirak etmişlər.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda hər yaş qrupu üzrə qalib və mükafatçı idmançılar müəyyən olunmuşdur.

Sonda Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən qalib və mükafatçı iştirakçılara kubok, medal və diplomlar, mərkəzin rəhbərliyinə, həmçinin turnirin baş hakimi və baş katibinə təşəkkürnamələr təqdim olunmuşdur.

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “BiznesMən” layihəsi çərçivəsind...
07/09/2026

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə “BiznesMən” layihəsi çərçivəsində Ehtiram Fərzəlibəyovla görüş keçiriləcək.

Təcrübədən öyrənmək, yeni perspektivlər qazanmaq və uğura aparan fərqli yolları kəşf etmək istəyən gəncləri bu görüşə dəvət edirik. Görüş zamanı iştirakçılar qonağın təcrübəsi ilə yaxından tanış olmaq, biznes sahəsi ilə bağlı fikirlərini dinləmək və suallarını ünvanlamaq imkanı əldə edəcəklər.

📅 Tarix: 22 sentyabr 2026-cı il
🕚 Saat: 11:00
📍 Məkan: Bakı Gənclər Mərkəzi

Tədbirdə iştirak etmək üçün qeydiyyat aşağıdakı link vasitəsilə həyata keçiriləcək.

Qeydiyyat linki: ⬇️

https://forms.gle/Tfo5J6kcKXnqFVFNA

06/09/2026

“Bakı 2026 – Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq keçirilən güllə atıcılığı üzrə Bakı şəhər açıq turniri başa çatıb.

01-05 sentyabr 2026-cı il tarixlərində keçirilən turnirdə 9 təşkilatı təmsil edən 101 idmançı müxtəlif yarış növləri üzrə mübarizə aparıb. Turnirdə Özbəkistandan 6, Birləşmiş Ərəb Əmirliklərindən isə 2 idmançı iştirak edib.

Turnirin nəticələrinə əsasən, 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların yarışında Zeynəb Sultanova birinci, Nigar Nəsirova ikinci, Nigina Saidkulova isə üçüncü yerə layiq görülüb.

3 mövqedən atəş üzrə açıq yarışda Mukhtasar Tokhirova birinci, Javokhir Sokhibov ikinci, Ramiz Xəlilov üçüncü olub.

Pnevmatik tapança və pnevmatik tüfəng üzrə keçirilən yarışlarda, eləcə də qarışıq komanda yarışlarında da qaliblər müəyyənləşib.

Azərbaycan idmançıları turnirdə uğurlu çıxış edərək müxtəlif yarış növləri üzrə medal və mükafatlar qazanıblar.

Turnirin sonunda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

Address

Şəfayət Mehdiyev Küçəsi, 83
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhər Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share