21/07/2026
📢 Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin nəzərinə!
Avropa Şurası 31 avqust – 1 sentyabr 2026-cı il tarixlərdə Şabranda keçiriləcək “Ətraf mühit jurnalistikası” təlim proqramına müraciətlərin qəbulunu elan edir.
Təlim iştirakçılara ətraf mühit və iqlim dəyişikliyi mövzularını peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırmaq üçün zəruri bilik və praktiki bacarıqlar qazandırmağı hədəfləyir.
👥 Kimlər müraciət edə bilər?
Jurnalistika, media və kommunikasiya ixtisasları üzrə təhsil alan III və IV kurs tələbələri.
📅 Müraciət üçün son tarix: 5 avqust 2026-cı il
🔗 Ətraflı məlumat və müraciət: https://www.coe.int/en/web/baku/-/call-for-applications-environmental-journalism-training-programme-for-students
İştirakçıların sayı məhduddur. Seçim müraciətdə təqdim olunan əsaslandırma əsasında aparılacaq.
Seçilmiş iştirakçıların səfər və yerləşmə xərcləri Avropa Şurası tərəfindən qarşılanacaq.
Təlim “Azərbaycanda Media Peşəkarlığı və İnformasiya Azadlığının Təşviqi (PRO-M-FEX)” layihəsi çərçivəsində təşkil olunur.
To the Attention of Journalism Students! The Council of Europe is pleased to announce the call for applications for the "Environmental Journalism" training programme, which will take place in...