Vətəndaş Həmrəyliyi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə təsis edilib. Hal-hazırda VHP Milli Məclisdə 3 deputatla təmsil olunur.

VHP Milli Məclisdə millət vəkili sayına görə 2-ci partiya olduğu üçün ana müxalifət partiyası hesab olunur. VHP-nin respublikanın 12 bələdiyyəsində təmsil olunur. VHP-nin 1 muxtar respublika və 82 bölgə təşkilatı fəaliyyət göstərir.

“İnsanın ən böyük üstünlüklərindən biri odur ki, o, tarixi, keçmişi unutmur, ondan ibrət alıb gələcəyini qurur. Avqustun...
04/09/2026

“İnsanın ən böyük üstünlüklərindən biri odur ki, o, tarixi, keçmişi unutmur, ondan ibrət alıb gələcəyini qurur. Avqustun sonu, sentyabrın əvvəli həm keçmiş SSRİ-nin, həm də Azərbaycanın tarixində unudulmaz günlər olub. 1991-ci il avqustun 19-da SSRİ-də QKÇP deyilən çevriliş cəhdi baş verdi. Amma onun ömrü cəmi üç gün çəkdi”.

Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı təqdim edilib. NOCOMMENT.az xəbər verir ki, Sabir Rüstəmxanlı verilişdə…

Tənzilə Rüstəmxanlı Neftçalada vətəndaşları qəbul edib    Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində...
03/09/2026

Tənzilə Rüstəmxanlı Neftçalada vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Neftçala şəhərində növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Neftçala şəhəri, Xolqarabucaq, Aşağı Qaramanlı və Qoltuq kəndləri, həmçinin Bankə, Həsənabad və Xıllı qəsəbələrindən olan sakinlər iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən müharibə veteranları təşkilatlarının fəaliyyəti və ofislərinin təmiri, mənzil təminatı, pambıq tədarükünə görə ödənişlər, məktəblərdə atıcılıq təlimlərinin təşkili üçün zəruri texniki vasitələrlə təminat, eləcə də məşğulluq və sosial yardım məsələlərini əhatə edib.
Tənzilə Rüstəmxanlı hər bir müraciəti fərdi qaydada dinləyib, qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib. Həlli araşdırma tələb edən məsələlərin aidiyyəti dövlət qurumları qarşısında qaldırılacağı bildirilib.
Deputat müraciətlərin həlli istiqamətində görüləcək işlərin və əldə olunan nəticələrin nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Sumqayıtda Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilibSumqayıt şəhərində Azərbaycanın Xalq şairi, tanınm...
02/09/2026

Sumqayıtda Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilib

Sumqayıt şəhərində Azərbaycanın Xalq şairi, tanınmış ictimai-siyasi xadim Sabir Rüstəmxanlı ilə gənclərin görüşü keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə baş tutan görüş ədəbiyyat, tarix, milli düşüncə və gəncliyin cəmiyyətdəki rolu ətrafında maraqlı müzakirələrlə yadda qalıb.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşarın moderatorluğu ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyat və mədəniyyət adamları, yaradıcı gənclər və fəal oxucular iştirak ediblər.

Görüşdə Sabir Rüstəmxanlının zəngin həyat və yaradıcılıq yolu, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr, eləcə də uzun illər ərzində davam etdirdiyi ictimai fəaliyyəti barədə danışılıb. Xalq şairi gənclərlə söhbətində həyatının müxtəlif mərhələlərindən, ədəbiyyata gəlişindən, yaradıcılıq axtarışlarından və dünyagörüşünün formalaşmasına təsir göstərən hadisələrdən bəhs edib.

Söhbətin əsas mövzularından biri Azərbaycanın milli azadlıq hərəkatı və ölkənin yaxın tarixi olub. Həmin tarixi proseslərin fəal iştirakçılarından biri kimi Sabir Rüstəmxanlı yaşadığı dövrün ictimai-siyasi mənzərəsi, xalqın milli özünüdərk prosesinin güclənməsi, azadlıq və müstəqillik ideyalarının cəmiyyətdə geniş yayılması ilə bağlı xatirələrini gənclərlə bölüşüb. O, Azərbaycanın dövlət müstəqilliyinə gedən yolunda baş verən mühüm hadisələrdən söz açaraq tarixi yaddaşın qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə ədəbiyyatın cəmiyyət həyatındakı yeri də geniş müzakirə olunub. Sabir Rüstəmxanlı Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti, çağdaş ədəbi proses, milli ədəbi irsin qorunması və təbliği barədə fikirlərini iştirakçılarla bölüşüb. Xalq şairi ədəbiyyatın yalnız estetik zövq formalaşdıran bir sahə olmadığını, eyni zamanda xalqın yaddaşının, dilinin, mənəvi dəyərlərinin və milli kimliyinin yaşadılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Söhbət zamanı gənclərin ədəbiyyata münasibəti, müasir dövrdə mütaliə vərdişlərinin dəyişməsi və bədii kitaba marağın artırılması məsələlərinə də toxunulub. Gənc nəslin mütaliəyə daha çox vaxt ayırmasının, Azərbaycan və dünya ədəbiyyatının seçilən nümunələri ilə yaxından tanış olmasının onların dünyagörüşünün formalaşmasına mühüm təsir göstərdiyi qeyd edilib.

Sabir Rüstəmxanlı gənclərin milli ədəbiyyatın təbliğində fəal iştirakının vacibliyini vurğulayıb. Bildirilib ki, müasir informasiya və kommunikasiya imkanları gənclərə ədəbiyyatı daha geniş auditoriyaya çatdırmaq, kitab və mütaliə mədəniyyətini təşviq etmək üçün yeni imkanlar yaradır. Bu baxımdan yaradıcı gənclərin həm milli ədəbi irsi dərindən öyrənməsi, həm də müasir ədəbi prosesdə fəal iştirak etməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirin maraqlı məqamlarından biri də Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan hissə olub. Gənclər Xalq şairinin müxtəlif illərdə qələmə aldığı şeirlərini səsləndirərək onun poeziyasının vətən, xalq, milli kimlik və azadlıq ruhunu əks etdirən nümunələrini iştirakçılara təqdim ediblər.

Şəhərin ictimai və ədəbi-mədəni həyatında fəallıq göstərən şəxslər də çıxış edərək Sabir Rüstəmxanlının Azərbaycan poeziyasındakı yeri, milli düşüncənin formalaşmasına verdiyi töhfələr və ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər. Çıxışlarda onun yaradıcılığında vətənpərvərlik, milli yaddaş, türk dünyasına bağlılıq, azadlıq və mənəvi dəyərlər mövzularının xüsusi yer tutduğu vurğulanıb.

Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə gənclər onları maraqlandıran müxtəlif mövzularda Xalq şairinə suallar ünvanlayıblar. Suallar ədəbiyyat və yaradıcılıqla yanaşı, Azərbaycan tarixinin mühüm mərhələləri, milli-mənəvi dəyərlərin qorunması, müasir gəncliyin qarşısında duran vəzifələr, mütaliə və yaradıcı inkişaf kimi mövzuları əhatə edib.

Sabir Rüstəmxanlı gənclərin suallarını ətraflı cavablandıraraq onlara daim mütaliə etməyi, milli tarixə və ədəbiyyata dərindən bələd olmağı, ana dilinə və milli-mənəvi dəyərlərə həssas yanaşmağı tövsiyə edib.

Görüş gənclərin Azərbaycanın tanınmış ədəbiyyat və fikir adamlarından biri ilə birbaşa ünsiyyət qurması, onun həyat və yaradıcılıq təcrübəsindən faydalanması, ədəbiyyat, tarix və milli düşüncə ətrafında fikir mübadiləsi aparması baxımından əhəmiyyətli olub.

Tədbir iştirakçıların Sabir Rüstəmxanlı ilə xatirə şəkilləri çəkdirməsi ilə başa çatıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli yada salıb ki, Putin əvvəlki görüşdə Samvel Karapetyana və bü...
31/08/2026

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli yada salıb ki, Putin əvvəlki görüşdə Samvel Karapetyana və bütövlükdə Rusiyameyilli qüvvələrə seçkilərdə iştirak şəraiti yaradılmasını xahiş etmişdi. Onun sözlərinə görə, Paşinyanın ona cavabı isə kifayət qədər aydın idi - Ermənistan vətəndaşı olmayan şəxs qanunvericiliyə əsasən seçkilərdə namizəd kimi iştirak edə bilməz.

Köçəryan, Sarukyan və Karapetyanın həbsi tələb edildi

Samir Əsədli hesab edir ki, Putin bu dəfə isə Köçəryanın və Sərkisyanın barəsində istintaq aparılmasını müzakirə edəcək: "Köçəryan 2018-ci ildə həbs olunanda Putinin xahişi ilə azad olundu. Kreml liderinin ikinci dəfə belə bir müraciət etməsi istisna deyil, amma Paşinyan bildirəcək ki, bu iş istintaq orqanlarının səlahiyyətindədir. Yəni baş nazir prezidentə müsbət cavab verməyəcək. Bu da Rusiyanın Ermənistana iqtisadi basqılarının daha da artmasına gətirib çıxara bilər. Hazırda erməni malları Rusiya bazarlarına çıxarılmır və qadağa var. Bu sanksiyaların davamı gələcək. O baxımdan, erməni mediası yazır ki, Paşinyan siyasi bazarlıq da edə bilər. Yəni Köçəryan və oğlu barəsində aparılan istintaq tədbirləri yumşala, əvəzində erməni məhsullarının Rusiyaya ixracı üçün "yaşıl işıq" yana bilər. Hər halda, Bişkek görüşü o qədər asan olmayacaq və liderlərin müzakirə etməli bir çox mübahisəli məsələləri var".

Bu gün - avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Xəbər verildiyi kimi, sammitə Ermənistan Baş naziri Nikol Paşinyan da dəvətlidir. Tədb...

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Xal...
30/08/2026

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Xalq şairi Sabir Rüstəmxanlı ilə bağlı paylaşım edib.

O, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında və milli-ictimai düşüncəsindəki yerindən danışaraq, şairə qiymət verməyin belə çətin olduğunu bildirib:

“Sabir Rüstəmxanlı xalqın danışan dilidir. “Ömür kitabı” ömrümüzün kitabıdır. “Qan yaddaşı” qan yaddaşımızdır. “Ana dili” ana dilimizdir. “Vətən” vətənimizdir.

Sabir bəyə nəinki tənqidi, hətta təqdiri qiymət vermək də bizim səlahiyyətimiz xaricindədir. O, klassik ziyalı obrazının çağdaş təcəssümüdür.

O, tribunalarda şir kimi nərə çəkəndə bəziləri girməyə deşik axtarırdı. Onun bir sözü ilə meydanlar dəniz kimi çalxalanırdı. Onun rəhbərliyi ilə dərc olunan “Azərbaycan” qəzeti 70 illik sovet zülməti içində bir işıq idi!

İşığa daş atmayaq! Tarixi unutmayaq!”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, ədəbi tənqidçi Əsəd Cahangir Xalq şairi Sabir Rüstəmxanlı ilə bağlı paylaşım edib.O, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında v

Mətbuata bağlı 65 illik ömür yolu    Tanınmış jurnalist, media eksperti, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sə...
30/08/2026

Mətbuata bağlı 65 illik ömür yolu

Tanınmış jurnalist, media eksperti, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin 65 yaşı tamam olur.
Yadigar Məmmədlinin 65 illik həyat və fəaliyyət yolu tələbəlik illərindən redaksiya otaqlarına, radio mikrofonundan qəzet səhifələrinə, baş redaktorluq fəaliyyətindən jurnalist təşkilatlarındakı ictimai missiyaya qədər uzanıb. Dəyişən zaman, fərqli iş ünvanları və yeni məsuliyyətlər fonunda sabit qalan isə mətbuata bağlılıq və jurnalistikaya sədaqət olub. Bu mənada onun ömür yolu təkcə bir jurnalistin peşə bioqrafiyası deyil, həm də Azərbaycan mediasının son onilliklərdə keçdiyi yolun müəyyən məqamlarını özündə əks etdirən fəaliyyət tarixçəsidir.
Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə ali təhsilini başa vurub. Tələbəlik illərində seçdiyi jurnalistika sonradan onun həyatının əsas fəaliyyət istiqamətinə çevrilib.
Peşə fəaliyyətinin ilk mühüm mərhələlərindən biri “Kimyasənaye” İstehsalat Birliyinin radio verilişləri redaksiyası ilə bağlı olub. 1985-1990-cı illərdə burada redaktor kimi çalışıb. Radio jurnalistikası ona sözü yığcam və dəqiq ifadə etməyin, fikri auditoriyaya aydın çatdırmağın, hadisələrə operativ və məsuliyyətli yanaşmağın peşə vərdişlərini qazandırıb. Sonrakı illərdə qəzetçilik və redaktorluq fəaliyyəti zamanı bu təcrübə onun jurnalist dəst-xəttində özünü göstərib. 1989-cu ildən onun yaradıcılıq fəaliyyıtində yeni mərhələ başlayıb. 1989-1994-cü illərdə AXC Sumqayıt şöbəsinin “Haray” qəzetinin baş redaktoru olub. Bu dövr Azərbaycanın ictimai-siyasi həyatında mürəkkəb və təlatümlü illərə təsadüf edirdi. Cəmiyyətdə baş verən dəyişikliklər, informasiya ehtiyacının artması və sözün ictimai çəkisinin yüksəlməsi mətbuatın üzərinə böyük məsuliyyət qoyurdu. Belə bir dövrdə qəzetə rəhbərlik etmək yalnız redaktorluq bacarığı deyil, hadisələrin nəbzini tutmağı, ictimai proseslərə həssas münasibəti və peşə məsuliyyətini də tələb edirdi.
1994-2000-ci illərdə “Cümhuriyyət” qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirib. Beləcə, onun uzun illəri qəzet redaksiyalarında, gündəlik informasiya axınının, müzakirələrin, yazıların və redaksiya qərarlarının içində keçib. Qəzetçilik onun fəaliyyətində təkcə peşə sahəsi deyil, həm də cəmiyyətlə ünsiyyət, ictimai düşüncəyə təsir və söz məsuliyyətinin ifadəsi olub.
Zaman keçdikcə Yadigar Məmmədlinin fəaliyyəti jurnalistikanın təşkilati və ictimai istiqamətlərini də əhatə edib. O, 2000-ci ildən Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədridir. Bu müddət ərzində jurnalist cameəsinin problemləri, peşə maraqlarının müdafiəsi, medianın inkişafı və jurnalistikanın ictimai nüfuzunun qorunması ilə bağlı məsələlərdə fəal iştirak edib. Uzun illər jurnalist təşkilatına rəhbərlik etməsi onun fəaliyyətində media ilə bağlı ictimai təşəbbüslərin, peşə müzakirələrinin və jurnalist həmrəyliyinin ayrıca yer tutduğunu göstərir.
Onun Azərbaycan Mətbuat Şurasındakı fəaliyyəti də uzun illəri əhatə edir. Yadigar Məmmədli 2005-2008-ci və 2013-2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub. Azərbaycan jurnalistlərinin 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultayında yenidən Mətbuat Şurasının İdarə Heyətinə seçilib. Bu seçim onun media ictimaiyyətində qazandığı etimadın və uzunmüddətli fəaliyyətinə verilən dəyərin göstəricilərindən biridir.
Yadigar Məmmədlinin peşə yolunun mühüm istiqamətlərindən biri də Azərbaycan multikulturalizminin təbliği ilə bağlıdır. O, 2014-2017-ci illərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi kimi çalışıb, 2017-ci ildən isə Mərkəzin şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirir. Jurnalistikada qazandığı təcrübə, media ilə iş bacarığı və ictimai kommunikasiya sahəsində formalaşmış peşəkarlığı bu istiqamətdəki fəaliyyətinə də mühüm töhfə verib. Beləliklə, onun çoxillik media təcrübəsi sonrakı mərhələdə multikultural dəyərlərin ictimaiyyətə çatdırılması və bu sahədə kommunikasiya işinin qurulması ilə davam edib.
Yadigar Məmmədlinin 65 illik ömür yolu həm də Azərbaycan jurnalistikasının müxtəlif mərhələlərinə şahidlik edən bir jurnalistin həyat səhifəsidir. O, çap mətbuatının cəmiyyət üçün əsas informasiya mənbələrindən olduğu illəri də yaşayıb, medianın yeni texnologiyalar və yeni informasiya platformaları ilə dəyişdiyi dövrü də. Bir vaxtlar xəbərin ünvanı radio mikrofonu və qəzet səhifəsi idisə, bu gün informasiya saniyələr içində rəqəmsal platformalarda yayılır. Lakin zaman və texnologiya dəyişsə də, peşəkar jurnalistikanın təməl prinsipləri dəyişmir. Jurnalistikanın vasitələri dəyişsə də, onun əsas meyarı dəyişməz qalıb: sözün arxasında məsuliyyət dayanmalıdır.
65 yaş həyat yolunda mühüm bir mərhələdir. Bu yaş illərlə toplanmış təcrübənin, görülən işlərin, qazanılmış dostluqların və formalaşmış peşə nüfuzunun bir araya gəldiyi bir ömür məqamıdır. Yadigar Məmmədlinin keçdiyi yol da göstərir ki, illər yalnız yaşanmır, həm də əməyə, xatirəyə və mənəvi irsə çevrilir. Onun 65 illik ömür yolu jurnalistikaya həsr olunmuş onilliklər, rəhbərlik etdiyi redaksiyalar, iştirak etdiyi media təşəbbüsləri və yetişən yeni jurnalist nəslinə ötürülən peşə təcrübəsi xüsusi yer tutur.
Bu yubiley həm də geridə qalan illərə nəzər salmaq, görülən işləri dəyərləndirmək və yeni yaşın gətirəcəyi fəaliyyət səhifələrinə ümidlə baxmaq üçün gözəl bir fürsətdir.
Yadigar bəyi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayırıq.

VHP sədrinin müavini Samir Əsədli mövzu ilə bağlı danışarkən bildirib ki, burada məsələ təkcə Ermənistanın daxili qanunv...
27/08/2026

VHP sədrinin müavini Samir Əsədli mövzu ilə bağlı danışarkən bildirib ki, burada məsələ təkcə Ermənistanın daxili qanunvericiliyi ilə bağlı deyil, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinad Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını hüquqi-siyasi müstəvidə yaşadır. Bəyannamədə vaxtilə Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan qərara açıq istinad mövcuddur: “Başqa sözlə, Ermənistanın qüvvədə olan əsas qanununda Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən müddəa qalmaqdadır. Buna görə Azərbaycanın mövqeyi dəyişməz və tamamilə əsaslıdır: Ermənistan sülh istəyirsə, ərazi iddialarını yalnız bəyanatlarda deyil, özünün ali hüquqi sənədində də aradan qaldırmalıdır. Bakı İrəvandan əlavə güzəşt deyil, imzalanacaq sülh sənədinin Ermənistan konstitusiyası ilə ziddiyyət təşkil etməməsini tələb edir. Paşinyan indi baş verən hadisələrə real vəziyyəti dərk edərək yanaşır. Azərbaycanın gücü ilə hesablaşır. Azərbaycanın müharibədə qalib gəldiyini qəbul edir, mövqeyinin haqlı olduğunu nəzərə alır və bunu başa düşür. Yəni realist siyasətçidir. Ona görə tarixə də baxır və hesab edir ki, bu yalanlardan qurtarmaq lazımdır”.

S.Əsədli vurğulayıb ki, Ermənistanın real dövlət kimi mövcudluğunun, iqtisadi təcriddən çıxmasının və regional layihələrə qoşulmasının əsas yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir:

Neftçalada Milli Qəhraman Zakir Məcidovun 70 illik yubileyi keçirilibBu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qaraba...
26/08/2026

Neftçalada Milli Qəhraman Zakir Məcidovun 70 illik yubileyi keçirilib

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi, igid hərbi pilot Zakir Nüsrət oğlu Məcidovun 70 illik yubileyi münasibətilə Neftçala Olimpiya İdman Kompleksində tədbir təşkil olunub. Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatının rəhbərliyi də iştirak edib.

Tədbirdən əvvəl Zakir Məcidovun doğulduğu Həsənabad qəsəbəsində, Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə yaradılmış Şəhidlər xiyabanında qəhrəmanımızın abidəsi ziyarət olunub. Ziyarət zamanı şəhidimizin həyat yoldaşı Lətafət Məcidova, bacıları Rəqibə Bədəlova və Rəna Qarayeva, bacısı qızı Hicran xanım və digər doğmaları ilə birlikdə onun əziz xatirəsi yad edilib.

Zakir Məcidov 26 iyun 1956-cı ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Orta təhsilini Bakıda başa vurduqdan sonra həyatını aviasiyaya bağlayıb. 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərində aviasiya məktəbinə daxil olub, 1977-ci ildə təhsilini başa vuraraq pilot kimi fəaliyyətə başlayıb.

Yevlax, Bakı və Zabrat aviadəstələrində çalışan Zakir Məcidov AN-2 təyyarəsində ikinci pilotluqdan komandirliyədək yüksəlib. Daha sonra Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə ixtisasını artıraraq peşəkar pilot kimi fəaliyyətini davam etdirib.

Birinci Qarabağ müharibəsi başlayanda Zakir Məcidov Vətənin müdafiəsinə qoşulan peşəkar pilotlardan biri olub. 1992-ci ilin fevralında Milli Ordunun Qala qəsəbəsində yaradılmış 843 saylı hərbi hava hissəsində Mİ-24 döyüş vertolyotunun komandiri təyin edilib.

Qarabağ səmasında çoxsaylı döyüş tapşırıqlarını uğurla yerinə yetirən Zakir Məcidov Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Onun rəhbərlik etdiyi ekipaj düşmənin qərargah və hərbi texnikasının məhv edilməsində mühüm rol oynayıb.

6 avqust 1992-ci ildə Zakir Məcidov ekipajı ilə birlikdə Qasapet yüksəkliyi istiqamətində ardıcıl döyüş uçuşları həyata keçirib. Həmin gün üç uğurlu uçuşdan sonra dördüncü dəfə döyüş tapşırığına yollanıb. Tapşırığı uğurla yerinə yetirdikdən sonra onun idarə etdiyi Mİ-24 vertolyotu düşmən raketlərinin zərbəsinə məruz qalıb. Ağır zədələnmiş vertolyotu öz mövqelərimizə çatdırmağa çalışan Zakir Məcidov buna nail ola bilməyib.

Zakir Məcidov ekipaj üzvləri Ruslan Polovinko və Cavanşir Rəhimovla birlikdə Vətən uğrunda qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Zakir Nüsrət oğlu Məcidova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Zakir Məcidovun şərəfli həyat və döyüş yolu Vətənə sədaqətin, yüksək peşəkarlığın, igidlik və qəhrəmanlığın parlaq nümunəsidir. Qarabağ səmasında Vətənin müdafiəsi uğrunda qəhrəmancasına döyüşən igid pilotumuzun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Allah Zakir Məcidova və bütün şəhidlərimizə rəhmət eləsin!

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin üzvləri Telman Sadıqovun və Vasif Həsənlinin doğum günüdür.   ...
23/08/2026

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin üzvləri Telman Sadıqovun və Vasif Həsənlinin doğum günüdür.
Onların hər ikisinin VHP-də keçdiyi yol gənclik enerjisinin siyasi təcrübəyə, əqidəyə bağlılığın isə məsuliyyətli fəaliyyətə çevrilməsinin gözəl nümunəsidir. Gənc yaşlarından partiya sıralarına qoşulan Telman bəy və Vasif bəy VHP Gənclər Təşkilatında başlayan fəaliyyətləri ilə təkcə özlərini yetişdirməyib, həm də ətraflarında fəal və milli düşüncəli gənclərin formalaşmasına töhfə veriblər. Müxtəlif dövrlərdə təşkilatın rəhbərliyində təmsil olunaraq VHP gəncliyinin ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutması üçün böyük zəhmət sərf ediblər.
Bu gün isə həmin yol yeni və daha məsuliyyətli mərhələdə davam edir.
Telman Sadıqov iqtisadçı və müəllim kimi biliklərini gənc nəslə ötürür, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində iqtisadi nəzəriyyəni tədris edərək savadlı və peşəkar gənclərin yetişməsinə xidmət göstərir. Eyni zamanda VHP Pirallahı rayon təşkilatının sədri kimi partiyanın yerli fəaliyyətinin gücləndirilməsində yaxından iştirak edir.
Vasif Həsənli isə mühəndis kimi öz sahəsində qazandığı bilik və təcrübə ilə seçilən peşəkar mütəxəssislərimizdəndir. VHP Salyan rayon təşkilatının sədri kimi o da partiyanın bölgədəki fəaliyyətinin genişlənməsinə, yeni insanların siyasi proseslərə cəlb olunmasına və təşkilati işin gücləndirilməsinə töhfə verir.
Əqidə yoldaşlarımızın timsalında bir daha görürük ki, siyasi təşkilatın gücü yalnız keçdiyi yol və qazandığı təcrübə ilə deyil, həm də yetişdirdiyi yeni nəslin potensialı ilə ölçülür. Bu gün əqidəsinə sədaqəti, peşəkarlığı və məsuliyyəti ilə seçilən gənclər sabah partiyanın daha böyük vəzifələrini üzərinə götürəcək, onun gələcək inkişafında və yeni uğurlarında mühüm rol oynayacaqlar.
VHP üçün onların uğuru iki gəncin şəxsi uğurundan daha böyük məna daşıyır. Bu, partiyanın gələcəyinə qoyulan sərmayənin, nəsillərarası siyasi varisliyin və Vətəndaş Həmrəyliyi ideyasının yeni nəsildə yaşamasının göstəricisidir. Belə gənclərin partiya daxilində yetişməsi və məsuliyyətli fəaliyyətə cəlb olunması VHP-nin gələcəyə inamını daha da möhkəmləndirir.
Əziz əqidə dostlarımız Telman Sadıqovu və Vasif Həsənlini doğum günləri münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, peşə və ictimai-siyasi fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Yeni yaşları uğurlu, yolları daim açıq olsun!

34 ildən sonra doğma torpağa qovuşan şəhidlərimiz dəfn olunduBu gün Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşk...
21/08/2026

34 ildən sonra doğma torpağa qovuşan şəhidlərimiz dəfn olundu

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Neftçala rayon təşkilatının rəhbərliyi olaraq, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və 34 ildən sonra şəxsiyyətləri müəyyən edilmiş iki neftçalalı şəhidimizin dəfn mərasimində iştirak etdik. Şəhid İsmayılov Sərdar Cəfər oğlu Astanlı kənd qəbiristanlığında, şəhid Məhərrəmov Vaqif Mənsim oğlu isə Neftçala şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

34 illik həsrətdən sonra şəhidlərimiz doğma torpaqda əbədi məkanlarına qovuşdular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhlarını şad, məkanlarını cənnət etsin.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Address

Murtuza Muxtarov 185
Baku

Telephone

+994502423583

Website

Alerts

Be the first to know and let us send you an email when Vətəndaş Həmrəyliyi Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vətəndaş Həmrəyliyi Partiyası:

Shortcuts

Share