Makedoniyali Isgender

Makedoniyali Isgender Igenderin nece tarixi shexsiyyet oldugunu userlere (istifadeçilere ) catdirmaq

10/04/2016

Filipin II toyu
Filip Pellaya qayıdanda generalı Attalın qohumu Kleopatraya aşiq oldu və onunla evləndi. Evlilik İsgəndərin varis kimi vəziyyətini şübhəli etdi, çünki İsgəndər yalnız ata tərəfən makedoniyalı olduğu halda Kleopatranın oğlu təmiz makedoniyalı qanı daşıyan varis olacaqdı.Toy ziyafəti zamanı sərxoş Attal açıq şəkildə tanrılara yalvardı ki, evlilik qanuni varis versin.

" Filipin aşiq olduğu və evləndiyi, Filipdən çox gənc olan Kleopatranın toyunda onun əmisi Attal sərxoş vəziyyətdə arzu elədi ki, makedoniyalılar onun qohumu vasitəsilə çarlığa qanuni varis verilməsi üçün tanrılara yalvarsın. Bu İsgəndəri əsəbləşdirdi, badələrdən birini onun başına atdı, "Yaramaz", o dedi: "Səncə mən bicəm ?" Sonra Filip Attala tərəf çıxaraq ayağa qalxdı və o, oğlunu öldürə bilərdi; ancaq hər ikisinin qismətindən ya onun həddindən tez əsəbləşməsinə görə, ya da içdiyi şəraba görə ayağı sürüşdü, beləcə yerə yıxıldı. Onda İsgəndər tənəli-tənəli onu təhqir etdi: "Ora baxın", o dedi: "Avropadan Asiyaya keçmək üçün hazırlaşan adam bir oturacaqdan digərinə keçəndə yıxıldı."

Plutarx, Filipin toyundakı davanın təsviri.

25/02/2016

Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü. Makedoniya padşahı II Filipp (e.ə. 359-336) güclü dövlət və nizami ordu təşkil etdi. Makedoniya ordusu falanqa şəklində düzülürdü. Falanqada döyüşçülər 16 sıraya düzülür, cinahda atlı, qabaqda isə yüngül silahlanmış döyüşçülər gedirdi. II Filipp əhalinin bir hissəsini Makedoniyanın qızılı ilə ələ alır, əhali şəhər darvazalarını onların üzünə açırdı. II Filipp deyirdi: «Qızıl yüklənmiş uzunqulaq hər hansı şəhəri ala bilər». Kəndlilərdən piyada, aristokratlardan atlı döyüşçülər təşkil etdi. Qüdrətli Makedoniya monarxiyası yaradıldı.
II Filipp Afinanı özünə tabe etmək istəyirdi. Afinalı məşhur natiq Demosfen xalqı vətəni müdafiə etməyə çağırdı. Yunanıstanın bir sıra şəhər dövlətləri Makedoniyaya qarşı birləşdilər. E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filippin qoşunları Afina üzərində qələbə çaldı. II Filippin 18 yaşlı oğlu İsgəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi. Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. O vaxt deyirdilər: «Xeroneyada həlak olanların cəsədləri ilə birlikdə yunanların azadlığı da dəfn olundu.» Yunanıstanda kəndlilər və sənətkarlar var-yoxdan çıxmış, sinfi mübarizə güclənmiş, şəhər dövlətləri zəiflətmiş, daxili müharibə, quldarların xəyanəti Yunanıstanın istiqlaliyyətini itirməsinə səbəb olmuşdu.

08/03/2014

e.ə. 336 — 10 iyun e.ə. 323
Sələfi: II Filip Arridey
Xələfi: Makedoniyalı II Filip

Təvəllüdü: 21 iyul e.ə. 356, Pella, Qədim Makedoniya
Vəfatı: 10 iyun e.ə. 323
Babil, Makedoniya İmperiyası
Dəfn yeri: İsgəndəriyyə, Misir
Sülalə: Argeadlar sülaləsi
Atası: Makedoniyalı II Filip
Anası: Olimpiada
Həyat yoldaşı: 1) Roksana
2) Statira
3) Parisat
Uşaqları: Herakl (Barsinadan)
İsgəndər (Roksanadan)

21/10/2013

Makedoniyalı İsgəndər

Əgər İskəndər olmasaydım, Diogen olardım.

İskəndər ilə Diogen arasında keçən söhbətdə
Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm.
Necə səmaya iki günəş sığmazsa, yer üzünə də iki öndər sığmaz.
Yaşamağı atama borcluyam. Yaxşı yaşamağı isə müəllimimə.
Yoxlamağı bilənə qeyri-mümkün yoxdur.

16/10/2013

Makedoniyalı İsgəndərin imperiyası

E.ə. IV əsrdə yunan şəhər dövlətlərinin tənəzzülü. IV əsrin birinci yarısında yunan şəhər dövlətləri tənəzzül etməyə başladı. Bununla belə, Perikl bütün Yunanıstanı Afinanın başçılığı altında birləşdirmək istəyirdi. Lakin Afina ilə Sparta arasında ziddiyyətlər başlandı. Sparta Periklin Afinadan sürgün olunmasını və Afina dəniz İttifaqının buraxılmasını tələb etdi. Afina bu tələbi qəbul etmədi. Nəticədə e.ə. 431-ci ildə Afina ilə Sparta arasında Peloponnes müharibəsi başlandı. Spartaya iranlılar kömək edirdi. Sparta Qara dənizdən Afinaya taxıl gətirilən yolları tutdu, sonra isə Afinanı mühasirəyə aldı. Bu müharibə e.ə. 404-cü ildə Afinanın məğlubiyyəti ilə qurtardı.
Afina ilə Sparta arasında uzun sürən müharibə sənətkar və kəndliləri var-yoxdan çıxartdı. Qulların sayı artırdı. Qul əməyi ucuz olduğuna görə azad adamın əməyini sıxışdırırdı. Aristokratlar qullardan və yoxsullaşmış azad adamlardan müdafiə olunmaq üçün güclü dövlətə arxalanmaq istəyirdilər. Yunanıstanın şimal-şərqində belə bir dövlət - Makedoniya dövləti yarandı.

Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü. Makedoniya padşahı II Filipp (e.ə. 359-336) güclü dövlət və nizami ordu təşkil etdi. Makedoniya ordusu falanqa şəklində düzülürdü. Falanqada döyüşçülər 16 sıraya düzülür, cinahda atlı, qabaqda isə yüngül silahlanmış döyüşçülər gedirdi. II Filipp əhalinin bir hissəsini Makedoniyanın qızılı ilə ələ alır, əhali şəhər darvazalarını onların üzünə açırdı. II Filipp deyirdi: «Qızıl yüklənmiş uzunqulaq hər hansı şəhəri ala bilər». Kəndlilərdən piyada, aristokratlardan atlı döyüşçülər təşkil etdi. Qüdrətli Makedoniya monarxiyası yaradıldı.
II Filipp Afinanı özünə tabe etmək istəyirdi. Afinalı məşhur natiq Demosfen xalqı vətəni müdafiə etməyə çağırdı. Yunanıstanın bir sıra şəhər dövlətləri Makedoniyaya qarşı birləşdilər. E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filippin qoşunları Afina üzərində qələbə çaldı. II Filippin 18 yaşlı oğlu İsgəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi. Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. O vaxt deyirdilər: «Xeroneyada həlak olanların cəsədləri ilə birlikdə yunanların azadlığı da dəfn olundu.» Yunanıstanda kəndlilər və sənətkarlar var-yoxdan çıxmış, sinfi mübarizə güclənmiş, şəhər dövlətləri zəiflətmiş, daxili müharibə, quldarların xəyanəti Yunanıstanın istiqlaliyyətini itirməsinə səbəb olmuşdu.

Makedoniyalı İsgəndərin Şərqə yürüşü. II Filipp bütün Yunanıstanı özünə tabe etdikdən sonra İrana yürüşə hazırlaşdı. Lakin e.ə. 336-cı ildə qızının toyunda öldürüldü. Onun yerinə bilikli və bacarıqlı 20 yaşlı oğlu İsgəndər keçdi. Onun müəllimi Aristotel (Ərəstun) olmuşdu. İsgəndər (e.ə. 336-323) Şərqə yürüşə hazırlaşdı. E.ə. 334-cü ildə onun qoşunları Kiçik Asiyaya soxuldu. E.ə. 334-cü ildə İss, 333-cü ildə Qranik döyüşündə İsgəndər qalib gəldi. Çoxlu sərvət ələ keçirdi. III Daranın anası, arvadı, iki qızı və körpə oğlu əsir alındı. Tir şəhəri uzun mühasirədən sonra təslim oldu. Misir vuruşmasız tutuldu. Misir kahinləri onu firon elan edərək Amon allahının oğlu kimi tanıtdılar. E.ə. 332-ci ildə İsgəndəriyyə şəhərinin əsası qoyuldu.
İran şahı III Dara çoxlu qoşun topladı. E.ə. 331-ci il oktyabrın 1-də Qavqamel (Cancal) düzənliyində III Daranın qoşunları İsgəndərin ordusu ilə üz-üzə gəldi. İran qoşunlarının başı qənimət ələ keçirməyə qarışdı və bundan istifadə edən İsgəndər qalib gəldi. III Dara Midiyaya qaçdı. Bu vuruşmada Azərbaycandan kaspilər, albanlar, sakaşinlər və başqa tayfalar da iştirak etmişdi. Albanların adı ilk dəfə bu döyüşdə çəkilmişdi. Bu döyüşdəki məğlubiyyət nəticəsində e.ə. 330-cu ildə İran Əhəmənilər dövlətinin süqutu başa çatdı. Baktriya canişini Bess III Daranı öldürüb özünü Əhəməni imperatoru elan etdi. İsgəndər onu tutub asdırdı, III Daranı dəfn etdirdi. İsgəndər Əhəmənilər dövlətinin paytaxtı Persepolu yandırdı. Suz, Babil, Ekbatan şəhərlərini işğal etdi. E.ə. 327-ci ildə İsgəndər Mərkəzi Asiyada Baktiriya və Soqdu ələ keçirdi. Soqdalı Roksana ilə evləndi.
Həmin il o, Hindistana soxuldu. E.ə. 324-cü ildə çətinliklə Mesopotamiyaya qayıtdı. Qərbdə Balkan yarımadası və Misirdən, Şərqdə Hind çayına qədər ərazini əhatə edən Makedoniyalı İsgəndər imperiyasını yaratdı. Babil şəhəri paytaxt elan edildi. İsgəndər həmişəlik şərqdə qalmaq istəyirdi. O, döyüşçüləri ilə yerli qızların nikah bağlamalarına çalışırdı. Məşhur Suz təntənələrində 10 min yunan-makedoniyalı döyüşçüsü yerli qızlarla nigah bağlamışdı. Atropatın qızı İsgəndərin görkəmli sərkərdəsi Perdikkiyə ərə getdi. Lakin İsgəndər e.ə. 323-cü ildə qızdırma xəstəliyindən öldü və İsgəndəriyyədə dəfn edildi. Onun ölümündən sonra Makedoniyalı İsgəndər imperiyası Misir, Makedoniya və Suriya padşahlığına parçalandı.

14/10/2013

Makedoniyalı İsgəndər
Ἀλέξανδρος ὁ Μέγας
Makedoniya çarı

e.ə. 336 — 10 iyun e.ə. 323
Sələfi: II Filip Arridey
Xələfi: Makedoniyalı II Filip

Təvəllüdü: 21 iyul e.ə. 356, Pella, Qədim Makedoniya
Vəfatı: 10 iyun e.ə. 323
Babil, Makedoniya İmperiyası
Dəfn yeri: İsgəndəriyyə, Misir
Sülalə: Argeadlar sülaləsi
Atası: Makedoniyalı II Filip
Anası: Olimpiada
Həyat yoldaşı: 1) Roksana
2) Statira
3) Parisat
Uşaqları: Herakl (Barsinadan)
İsgəndər (Roksanadan)

Makedoniyalı İsgəndər, III Böyük İsgəndər (qəd.yun. Ἀλέξανδρος Γ'ὁ Μέγας, lat. Alexander Magnus; müsəlman şərqində İsgəndər Zülqərneyn, 21 iyul e.ə.356, Pella – 10 iyun e.ə. 323, Babil) — qədim dünyanın görkəmli sərkərdəsi və dövlət xadimi, e.ə.336-cı ildən Makedoniya hökmdarı, Aristotelin şagirdi.Mündəricat [gizlə]
1 Həyatı
2 Nikah siyasəti
3 Makedoniyalı İsgəndərin Qafqaza yürüşü
4 Mənbə
5 İstinadlar
6 Həmçinin bax
7 Xarici keçidlər

Həyatı[redaktə]

İsgəndər e.ə. 356-cı ildə Qədim Makedoniyanın paytaxtı olan Pella şəhərində dünyaya gəlmişdir. Rəvayətə görə, məhz onun doğulduğu gün Herostrat qədim dünyanın yeddi möcüzəsindən biri hesab olunan Efesdəki Artemida məbədini yandırmışdır.

İsgəndərin dəqiq doğum tarixi məlum olmasa da, Plutarx onun hekatombeon (makedoniyalılarda: loy) ayının altıncı günündə doğulduğunu bildirir. Tam əminlik olmasa da, tarixçilər hesab edirlər ki, hekatombeon ayının 1-ci günü Qriqorian təqvimində 15 iyula təsadüf edir. Bu səbəbdən İsgəndərin doğum tarixi kimi iyulun 20-si qəbul edilir.

Lakin, Aristobulun Flavi Arrian tərəfindən qeydə alınmış iddiasına görə İsgəndər payızda dünyaya gəlib. Bununla yanaşı, İsgəndərin müasiri olan Demosfen qeyd edir ki, makedoniyalılardakı loy ayı əslində yunanların boedromion (sentyabr-oktyabr) ayına təsadüf edir. Bu səbəbdən də çox vaxt doğum tarixi kimi oktyabrın 6-dan 10-a kimi olan dövr göstərilir.

İsgəndərin valideynləri — Makedoniya çarı II Filip və Epir çarının qızı Olimpiadadır. Ənənəvi olaraq Makedoniya çarları, o cümlədən də İsgəndər, öz nəsillərini mifoloji qəhrəman olan Herakldan götürdüklərini iddia edirdilər. İsgəndərin özü tərəfindən ortaya atılan əfsanəvi versiyayay görə isə onun əsl atası Misir fironu II Nektaneb olmuşdur.

Doğulmasından sonra əyanlar Filipin onu öz atasının şərəfinə Aminta adlandıracağını gözləsələr də, Filip öz oğlunu "yunanların dostu" adı ilə tanınan Makedoniya çarı I İsgəndərin şərəfinə adlandırdı.

E.ə.336-cı ildə atası Filip öldürüldükdən sonra hakimiyyətə keçən İsgəndər Yunanıstan, Frakiya və İlliriyada Makedoniya hakimiyyətinə qarşı baş vermiş üsyanları yatırdı, Makedoniyada hakimiyyət üğrunda mübarizəyə son qoydu. O, e.ə.334-cü ildə Kiçik Asiyaya, Əhəmənilərin hakimiyyəti altında olan ərazilərə hücum etdi. Qoşunu sayca az olsa da Qranik çayı yaxınlığında Əhəməni ordusunu ağır məğlubiyyətə uğratdı (e.ə.334, may).

E.ə.333-cü ildə artıq bütün Kiçik Asiya Makedoniyalı İsgəndərə tabe idi. Həmin ilin noyabrında İss yaxınlığındakı növbəti döyüşdə sayca makedoniyalılardan üç dəfə çox olan III Daranın ordusu məğlubiyyətə uğradıldı. Bu qələbədən sonra Aralıq dənizi sahili şəhərləri Makedoniyalı İsgəndərin hakimiyyətini tanıdı.

E.ə.332-ci ildə və e.ə.331-ci ilin qışında Makedoniyalı İsgəndər Misiri döyüşsüz ələ keçirdi, İsgəndəriyyə şəhərinin əsasını qoydu.

E.ə.331-ci ilin yazında İsgəndərin işğalçılıq yürüşünün ikinci mərhələsi başladı. Qavqamel döyüşü III Daranın böyük ordusunun məğlubiyyəti ilə nəticələndi. İsgəndərin ordusu cənuba hərəkət edib Babil, Suz və s. şəhərləri tutdu, Əhəmənilər dövlətinin paytaxtı Persepol müqavimətsiz təslim oldu.

Baktriya çanişini Bess III Daranı öldürüb özünü Əhəməni padşahı elan etdi. Lakin tezliklə İsgəndər Bessi tutaraq onu edam etdi. O, Orta Asiyaya (e.ə.329) və Hindistana (e.ə.327) hərbi yürüşlər təşkil etdi və qələbə qazandı.

E.ə.326-cı ildə İsgəndərin on ilə yaxın davam edən Şərq yürüşü başa çatdı. İsgəndərin yürüşləri nəticəsində sərhədləri qərbdə Balkan yarımadasına, şərqdə Hindistana, cənubda Misir və Afrikanın bir hissəsinə, şimalda Qara dənizə qədər uzanan böyük bir dövlət yarandı. Lakin onun yaratdığı yeni dövlət Əhəmənilər dövlətinə nisbətən mütərəqqi idi. İsgəndərin ölümündən sonra onun yaratdığı dövlətin ərazisində bir sıra ellin dövlətləri yarandı.

İsgəndərin hərbi yürüşləri Qədim Yunanıstan hərb sənətinin yüksək mərhələsi olmuşdur. İsgəndər falanqanın həmlə qüvvəsini artıraraq sıxlığını çoxaltmış, süvari qoşununu ordunun qəti zərbə və manevr qüvvəsinə çevirmiş, yeni tipli süvarilərdən (süvari və piyada döyüşməyi bacaran) istifadə etmiş və s. mühüm yeniliklər həyata keçirmişdi.
Nikah siyasəti[redaktə]

İskəndər Orta Asiyaya, Qərbi İrana və Hindistana qalibiyyətli yürüşlər edir və böyük bir imperiya yaradırdı. Bu imperiyanı idarə etməksə gün-gündən çətinləşirdi. O, yerli əyanları idarəetməyə cəlb edir, zərdüştiliyi öyrənərək, özünü Allah (Zevsin oğlu) elan edir, fars və makedoniyalı şah ailələri, aristokratları arasındakı nikahları hər vəchlə həvəsləndirirdi.

O, öz möhtəşəm imperiyasını uğurla idarə etməyə imkan verəcək yeni bir "ellin-fars" aristokratiyasının yaranmasını arzu edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı təntənələrdə atılmış oldu – burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinə toy çalındı. İskəndər özü eyni zamanda iki fars şahzadəsi – Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə ailə qurdu. Eyni gündə 80 nəfər yunan və makedoniyalını yerli əyanların övladları ilə evləndirdi. Fars qızlarını özlərinə arvad etmiş on minlərlə döyüşçüyə bahalı hədiyyələr bağışladı. Hər belə döyüşçü bir qızıl qədəhlə mükafatlandırıldı. Bu mərasimlərdə Yunanıstandan gəlmiş aktyor, musiqiçi və oyunbazlar iştirak edirdilər.

İsgəndərin Azərbaycanda olması haqqında müxtəlif rəvayətlər var. Azərbaycan nağıllarında Makedoniyalı İsgəndərin adı çəkilir. Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında İsgəndərin həyatından, hərbi səfərlərindən, fəlsəfi görüşlərindən bəhs edilir, poemada onun Bərdə hakimi Nüşabə ilə görüşü də təsvir olunur.
Makedoniyalı İsgəndərin Qafqaza yürüşü[redaktə]

Makedoniyalı İsgəndərin qədim Azərbaycan səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr yunan tarixçisi Flavi Arrianın əsəridir. Onun "İsgəndərin hərbi yürüşləri" adlı əsərində İsgəndərin bu ölkəyə hərbi səfəri, döyüşləri və s. barədə ətraflı məlumat verilir. Tarixçinin yazdığına görə, Atropatena hökmdarı Atropatın komandanlığı altında iskit-sak, alban, girkan, tapur atlıları və kadusilər İsgəndərə qarşı vuruşmuşlar: "İskit tayfasından olub Asiyada yaşayan saklar da Daranın bilavasitə müttəfiqi kimi" İsgəndərə qarşı durmuşdu; Midiyalılara Atropat komandanlıq edirdi; kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idi".

Hələ Strabon yazırdı: "Saklar kimmerilər və trerlər kimi yürüş etmişdilər: yürüşlərin biri daha uzaq, digəri isə yaxın məsafəyə olmuşdu. Onlar bu cür Baktriyanı tutdu və oraya özlərinin Sakasen adını qoydular, onlar kappadokiyalıların ölkəsinə, xüsusən ora qədər ki, o adamlar indi pontların adı ilə adlanan Yevksin dənizinədək yaşayırlar". Sak//sakalar, artıq məlum olduğu kimi, iskit-türk tayfalarından idilər. Hələ m.ö. təxminən IX-VI əsrlərdə yürüş etmiş, Qara dənizədək gedib çıxıbmışlar...

Strabon Makedoniyalı İsgəndərin Asiyanın Girkaniya, yəni Kaspi vilayətində olması, vilayətin çayları, məhsuldar torpaqları və s. barədə maraqlı məlumatlar verir. Tarixçinin məlumatına görə, hələ onun vaxtında Kaspi dənizi barədə İsgəndərin şöhrətpərəstliyi arzusuna uyğun düşünülüb uydurulmuş rəvayətlər də vardır.

Bu məlumatlarla F.Arrianın dedikləri tam uyğun gəlir. Lakin Arrian İsgəndər haqqında daha dəqiq məxəzləri, sarayın arxiv sənədlərini araşdırmış, real dəlillərə daha çox diqqət yetirmişdi. V.V.Struve Arrianın rus dilinə tərcüməsinə ön sözündə deyir: "Arrian kamil tarixçidir və İsgəndər onun üçün əfsanəvi qəhrəman deyil, tarixi şəxsiyyət idi: İsgəndər haqqında nağıl danışan bütün yazıçılardan fərqli olaraq o, öz iş üsuluna və müraciət etdiyi məxəzlərə görə daha etibarlıdır. O, İsgəndərin tarixi üçün tamam əvəzsiz materiallar: Makedoniyadan Hindistanadək onunla yol getmiş, onun bütün göstərişlərini yerinə yetirmiş və planlarının tərtibində iştirak etmiş müasirlərinin qeyd və xatirələrini əldə etmişdi...".

Nizami "İsgəndərnamə"ni yazarkən, ən etibarlı mənbə kimi Flavi Arriana daha çox müraciət etmiş, ondan daha çox bəhrələnmişdir.

F.Arrian yazırdı: "İsgəndər yürüş zamanı geri qalmış qoşun hissəsinin çatmasını gözlədi və Girkaniyaya yola düşdü. Bu ölkə Baktriyaya gedən yoldan solda yerləşirdi. Onu yüksək meşəli dağlar örtür, onun ardınca böyük dənizədək düzənlik başlanır. İsgəndər Girkaniyaya gəlirdi; öyrənmişdi ki, Dara qoşununda qulluq edən yadellilər dağlara, tapurlara tərəf qaçmışlar, onları tapurlarla birgə tabe etmək istəyirdi".

Strabon yazırdı: "İsgəndər Arazdan keçib Persepolisin özünə gedib çıxmış"dı.

F.Arrian yazırdı: "İsgəndər Qafqaz dağlarına gəlib çıxdı, orada şəhər saldı və ona İsgəndəriyyə adı verdi, adətincə, Tanrıya qurban kəsdi...". Yenə Arrianın verdiyi məlumata görə, İsgəndər öz qoşunu qarşısındakı nitqində özü deyir ki: "O, Qafqaz üzərindən keçib Kaspi keçidinin o tayına adlamışdı".

Böyük Qafqazın mənzərəli cənub ətəklərindən birində Alazan-Həftəran vadisində – Şəkinin Orta Zəyzid kəndində geniş bir sahəni əhatə edən (indi burada üç-dörd ailənin evi və həyatyanı torpaq sahələri yerləşir) qala divarlarının qalıqları var; qalanın bürc yerləri və mərkəz gümbəzi aydınca sezilir, tamam dağılıb məhv olmuşsa da, yaddaşlarda adı qalmışdır: "İsgəndər zülqərney qalası". Təəssüf ki, belə bir mühüm tarixi obyekt indiyədək arxeoloqlarımızın diqqətindən yayınmışdır. Görünür, Makedoniya fatehi Gürcüstanda Sarkine qalasındakı məğlubiyyətdən sonra Atropatenaya səfəri indiki Balakən-Şəki, Alazan – vadisi boyunca olubmuş ki, həm mənzərəli, həm də strateji cəhətdən əlverişli olan həmin yerdə əylənib düşərgə salıb, kənd camaatının hələ də yaddaşından silinməyən "Zülqərneyn qalası"nı tikdiribmiş. Bu qala – düşərgənin salındığı vaxt orada əhali yaşayıb-yaşamadığını demək çətindir.

30/04/2013

hayat bir daha Iskenderler yetishdirmez!!!
Iskenderler bir daha hayata gelmez!!!

15/01/2013

Avropaya qara istiotu M.Isgender getirib

03/01/2013

bir nece doyushde iran hokmdari lll Darani meglub edir..

29/12/2012

e.e328deAtropati Midiyanin canisini teyin edir

29/12/2012

habele Azerbaycan tarixinde muhum yer tutur

29/12/2012

hakimiyyete atiin getirdiyi revayet edilir

Address

TARGOVIY
Baku
708412

Telephone

050123456

Website

Alerts

Be the first to know and let us send you an email when Makedoniyali Isgender posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category