Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

Suların İstifadəsinə  və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabel...
07/09/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC-nin bütün regional bölmələrində müxtəlif zonalar üzrə “Müşahidəçi” vəzifəsi üçün əməkdaşlar axtarılır.

✅ Əsas vəzifələr:

• Təhkim olunmuş ərazi üzrə su və su təsərrüfatı obyektlərində planlı monitorinqlərin keçirilməsi;
• Hidroloji və hidrogeoloji müşahidə məntəqələrinin vəziyyətinə nəzarət edilməsi və ərazinin təmizliyinin təmin olunması;
• Su mənbələrindən (çay, göl, dəniz və.s) su nümunələrinin götürülməsi və su səviyyəsinin ölçülməsi;
• Aşkar olunmuş nöqsanların, qanunsuz fəaliyyətlərin və ya su və su təsərrüfatı obyektlərində baş vermiş qəza hallarının qeydə alınması, koordinat və fotoşəkillərin MEİS proqramına daxil edilməsi;
• Sel və daşqın dövrlərində operativ məlumatların toplanaraq aidiyyəti üzrə ötürülməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

✅ Tələblər:

• Tam orta təhsil, (sahə üzrə ali təhsil arzuolunandır);
• MS Office proqramlarından istifadə bacarığı;
• Sahə şəraitində məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;
• Şəxsi minik avtomobilinin olması arzuolunandır;
• İş təcrübəsi olanlara üstünlük verilir.

⏱️ İş qrafiki: 5 günlük, 09:00-18:00

📩 Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “Müşahidəçi-müraciət edilən zona (kənd qeyd edilməklə)” (nümunə: Müşahidəçi- Zona 1 Quyluq kəndi) qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakant vəzifələr, həmin vəzifələrin tutulması şərtləri və işə qəbula dair digər məsələlər barəsində aşağıdakı linkə daxil olaraq əlavə məlumat əldə edə bilərsiniz:

🔗https://sdnx.gov.az/az/news/111

04/09/2026

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin hansı növləri var?

03/09/2026

🎯 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi nədir?

02/09/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti xəbərdarlıq edir və bildirir ki, çaylardan qum-çınqıl materiallarının nizamsız və qanunsuz şəkildə götürülməsi çayların hidroloji və hidromorfoloji rejiminə, sahil xəttinə, yeraltı sulara, ekosistemə və mövcud infrastruktur obyektlərinə ciddi ziyan vurur.

Unutmayaq ki, bu cür qanunsuz fəaliyyətlər mövcud qanunvericiliyə əsasən nəinki inzibati, hətta cinayət məsuliyyəti yaradır.

26 Avqust - Laçın Şəhəri Günüdür.
26/08/2026

26 Avqust - Laçın Şəhəri Günüdür.

Həftənin su tövsiyəsi💧
25/08/2026

Həftənin su tövsiyəsi💧

21/08/2026

Göllərin doldurulması ekoloji tarazlığın pozulmasına və gələcəkdə həmin ərazilərin subasmasına səbəb olur.

Bu cür hallar yaşanmasın deyə biz qabaqlayıcı tədbirlər həyata keçiririk.

Yeraltı su ehtiyatlarının mövcud vəziyyətinin öyrənilməsi, səviyyə və rejim dəyişikliklərinin izlənilməsi, eləcə də yera...
18/08/2026

Yeraltı su ehtiyatlarının mövcud vəziyyətinin öyrənilməsi, səviyyə və rejim dəyişikliklərinin izlənilməsi, eləcə də yeraltı sular haqqında məlumatların dəqiqləşdirilməsi məqsədilə hidrogeoloji müşahidə quyularının monitorinq şəbəkəsinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Monitorinq şöbəsi tərəfindən mövcud hidrogeoloji quyuların texniki vəziyyəti qiymətləndirilir, monitorinq üçün yararlı quyular müəyyən edilir, istismara yararsız və ya qismən yararlı quyularda əsaslı təmir və bərpa işləri həyata keçirilir.

Görülən işlər hidrogeoloji müşahidə şəbəkəsinin genişləndirilməsinə, yeraltı suların səviyyə və rejim göstəriciləri üzrə daha dolğun və etibarlı məlumatların əldə edilməsinə, məlumat bazasının dəqiqləşdirilməsinə və yeraltı su ehtiyatlarının vəziyyətinin daha effektiv monitorinqinə imkan yaradacaqdır.

14.08.2026-cı il tarixində Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümun...
17/08/2026

14.08.2026-cı il tarixində Böyük Şor gölündə suyun yaşıl rəngə boyanmasının səbələrinin araşdırılması məqsədilə su nümunələri götürülüb və analiz aparılıb.

Analiz nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı, çətin çökən maddə şəklində olması müəyyənləşdirilib. Nümunənin mikroskopik tədqiqatı zamanı həddindən artıq göy-yaşıl yosunlar (Cyanobacteria) müşahidə edilib. Aşkarlanan yosun qrupları su nümunəsinin rəngini adətən yaşıl, bəzən isə qəhvəyi-yaşıl göstərə bilər.

Mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin (ümumi azot və fosforun) miqdarının artması suda baş verən biokimyəvi prosesləri sürətləndirib və bu da toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün optimal şərait yaradıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkd...
14/08/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən 14 avqust 2026-cı il tarixində Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.

İlkin müşahidələrin nəticələrinə əsasən, sözügedən yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif yaşıl çalarlara malik olması sözügedən prosesin yosunlarda geden fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir.

Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.

Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb.

Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır.
Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Address

Moskva Prospekti 67, AZ 1012 Bakı, Azərbaycan
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share