İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Government Organization, Asaf Zeynalli 20/85, Baku.

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq İçərişəhəri ziyarət edib.“İçərişəhər” Dövlət T...
03/09/2026

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyətinin müşayiəti ilə keçirilən tur zamanı qonağa qədim şəhərin tarixi, zəngin memarlıq irsi və bu irsin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Xüsusi marşrut üzrə təşkil olunan gəzinti çərçivəsində Yinq Yonq İçərişəhərin əsas tarixi və memarlıq abidələri ilə yaxından tanış olub.

Tarixin qəlbi Xəzərin sahilində döyünür! ✨Şanlıurfanın zəngin mədəniyyəti, qədim ənənələri və özünəməxsus ab-havası İçər...
02/09/2026

Tarixin qəlbi Xəzərin sahilində döyünür! ✨

Şanlıurfanın zəngin mədəniyyəti, qədim ənənələri və özünəməxsus ab-havası İçərişəhərdə canlanacaq.

Sizi 5–6 sentyabr tarixlərində Qoşa Qala meydanında keçiriləcək “Şanlıurfa Mədəniyyət Günləri”nə dəvət edirik!

📅 5–6 sentyabr 2026
🕕 Saat 18:00
📍 İçərişəhər, Qoşa Qala meydanı

Tədbirin ətraflı proqramı yaxın zamanda paylaşılacaq. Yenilikləri izləməyi unutmayın!

01/09/2026
Əncirin ətri, Qalanın ab-havası və festivalın rəngləri bir arada… 💚Artıq ikinci ildir ki, Qalada keçirilən Əncir Festiva...
01/09/2026

Əncirin ətri, Qalanın ab-havası və festivalın rəngləri bir arada… 💚

Artıq ikinci ildir ki, Qalada keçirilən Əncir Festivalı bu il daha rəngarəng və maraqlı proqramla qonaqlarını bir araya gətirib.

Əncir nemətləri, sənətkarlıq nümunələri, ustad dərsləri, musiqi və əyləncə - festivalın hər guşəsində fərqli bir ab-hava yaşandı.

Bir ənənəyə çevrilən builki Əncir Festivalından yadda qalan rəngarəng anları sizinlə bölüşürük. ✨

4 sentyabr tarixində Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) Günü münasibətilə “Mənim İçərişəhərim: yaşayan irs, yaşayan i...
01/09/2026

4 sentyabr tarixində Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) Günü münasibətilə “Mənim İçərişəhərim: yaşayan irs, yaşayan icma” mövzusunda konfrans və panel müzakirəsi keçiriləcək.

Tədbirdə İçərişəhərin yaşayan irsinin qorunması, yerli icmanın rolu və beynəlxalq təcrübə mübadiləsi müzakirə olunacaq.

📅 4 sentyabr 2026
🕥 10:30–13:00
📍 Bakı Fotoqrafiya Evi, Böyük Qala küçəsi 42

Bakının gizli ruhu oyanır… ✨Musiqi, rəqs və işığın valehedici ahəngində Xəzri ilə Gilavarın rəqsi, qədim dastanların seh...
28/08/2026

Bakının gizli ruhu oyanır… ✨
Musiqi, rəqs və işığın valehedici ahəngində Xəzri ilə Gilavarın rəqsi, qədim dastanların sehri yenidən canlanır. Divanxananın sirli divarları bu dəfə sizə tamamilə fərqli bir hekayə pıçıldayacaq. 🌬️🏰

Siz də bu fərqli təcrübəni yaşamağa hazırsınız?

📍 Şirvanşahlar Sarayı Kompleksi, Divanxana
📅 4 sentyabr
🕘 21:00
🎟️ Biletlər: İçərişəhərdəki informasiya mərkəzlərində!
📩 Suallarınız var? DM-ə yazın, ətraflı məlumat verək.

Qalada sakinlərlə açıq dialoq 🤝28 avqustda İdarə Heyətinin sədri Rüfət Mahmud Qala qoruğunda yaşayan sakinlərin müraciət...
28/08/2026

Qalada sakinlərlə açıq dialoq 🤝

28 avqustda İdarə Heyətinin sədri Rüfət Mahmud Qala qoruğunda yaşayan sakinlərin müraciətlərini dinləyib.

Görüşdə onları narahat edən məsələlər müzakirə olunub, suallar cavablandırılıb, həlli vacib məsələlər üzrə aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.

Dəyərli izləyicilər!27, 28 və 29 avqust tarixlərində Şirvanşahlar Sarayı Kompleksi texniki işlərin aparılması ilə əlaqəd...
27/08/2026

Dəyərli izləyicilər!

27, 28 və 29 avqust tarixlərində Şirvanşahlar Sarayı Kompleksi texniki işlərin aparılması ilə əlaqədar hər gün saat 18:00-dan 21:00-dək ziyarət üçün bağlı olacaq.

Ziyarətinizi planlaşdırarkən bunu nəzərə almağınızı xahiş edirik.

Anlayışınız üçün təşəkkür edirik!

Ölkənin qabaqcıl inkişaf platformalarından biri olan “Yüksəliş” müsabiqəsi çərçivəsində mentorluq fəaliyyətini həyata ke...
26/08/2026

Ölkənin qabaqcıl inkişaf platformalarından biri olan “Yüksəliş” müsabiqəsi çərçivəsində mentorluq fəaliyyətini həyata keçirən İdarə Heyətinin sədri Rüfət Mahmud müsabiqənin növbəti qalibi Nəzakət Hüseynova ilə görüşüb. Rüfət Mahmud onu qazandığı uğur münasibətilə bir daha təbrik edib.

Görüş zamanı Nəzakət Hüseynovanın gələcək planları, peşəkar inkişaf istiqamətləri və karyera hədəfləri ətrafında fikir mübadiləsi aparılıb, Rüfət Mahmud öz idarəçilik təcrübəsindən irəli gələn tövsiyələrini bölüşüb.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.Bu münasibətlə Mehrib...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Bu münasibətlə Mehriban xanım Əliyevanı səmimi-qəlbdən təbrik edirik, ona möhkəm cansağlığı, ölkəmizin dayanıqlı inkişafı naminə çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Address

Asaf Zeynalli 20/85
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share