Milli Şura

Milli Şura Milli Şuranın rəsmi səhifəsi Demokratik Qüvvələrin Milli Şurasında (bundan sonra Milli Şura) birləşdiyimizi bəyan edirik.

Bildiririk ki, əsas məqsədimiz Azərbaycan Konstitusiyasının 1-ci maddəsinin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” müddəasına uyğun olaraq, xalqın həqiqətən də hakimiyyətin mənbəyi olmasını təmin etmək, onun zəbt edilmiş hakimiyyətini özünə qaytarmağa nail olmaqdır. Bu məqsədə nail olmaq üçün Milli Şura qarşıdan gələn prezident seçkilərində vahid plat

forma ilə və vahid güc kimi iştirak edəcək. Milli Şura bütün demokratik qüvvələrin, fəal vətəndaşların təşkilatlanaraq, azad və ədalətli seçkilər uğrunda dinc və kütləvi mübarizəyə səfərbər olunmasına çalışacaq. Milli Şura avtoritar rejimin demokratik alternativi olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafını təmin edəcək siyasi, hüquqi, iqtisadi və sosial islahatlar paketlərini razılaşdıraraq xalqımıza təqdim edəcək. Milli Şura namizədi prezident seçkilərində qalib gələcəyi təqdirdə iki illik keçid dövründə:

- Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq və hakimiyyətin qanunverici, icra və məhkəmə qolları arasında gerçək tarazlığını təmin etmək;

- Hökumətin parlament çoxluğu tərəfindən formalaşdırılmasının nizamlanması;

- Milli Məclisə seçkilərin qarışıq (50% majoritar, 50% proporsional olmaqla) seçki sistemi əsasında keçirilməsini təmin etmək;

- Ölkədə idarəetmənin əks-mərkəzləşdirilməsi sahəsində islahatlar aparmaq və digər hüquqi islahatları təmin etmək məqsədilə yeni konstitusiya layihəsi hazırlayıb, onun referendum yolu ilə qəbul edilməsinə çalışacaq.
- Yeni konstitusiya əsasında azad və ədalətli parlament, prezident və bələdiyyə seçkiləri keçirilməsinə nail olacaq. Milli Şuranın başlıca xarici siyasət öncəlikləri Qarabağ konfliktinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, bütün beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq razılaşmalar çərçivəsində bütün dövlət öhdəliklərinin yerinə yetirilməsi, Avropa xalqlarının vahid ailəsinə inteqrasiya olacaq. Keçid dövrü bitəndən, azad və ədalətli prezident və parlament seçkiləri keçiriləndən sonra bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək. Milli Şura bütövlükdə öz proqram məqsədlərinə çatmaq üçün müstəsna olaraq yalnız dinc vasitələrdən istifadə edəcək, ölkə konstitusiyasının, qanunvericiliyinin və beynəlxalq hüququn prinsiplərini rəhbər tutacaq

Tofiq Yaqubluya qarşı təxribat hazırlanıb.
22/03/2020

Tofiq Yaqubluya qarşı təxribat hazırlanıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ciddi təxribatla üzləşdiyini deyir. Bu barədə sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, 8-ci kilometr bazarında park halındakı maşınını qəsdən, nümayişkaranə şəkildə vurublar, sonra da üstümə hücum ediblər. Yaqublu deyir ki, öyrədilmiş adamlardır.

SIyasətçsinin qızı Nigar Həzi məlumat yayıb ki, atası Nizami Rayon Polis İdarəsindədi və haqqında heç bir informasiya ala bilmirlər.

21/12/2019

Hakimiyyət necə seçki keçirmək istədiyini bir daha sübut edir. Bu beyinli adamların normal seçki təşkil etmək qabiliyyətinin olmaması göz qabağındadı.

Bu qədər olmaz artıq. Bu ki xalqı ələ salmaqdır. İçəri Şəhərdə saysız-hesabsız otel, ofis,  restoran, müasir binalar tik...
26/04/2019

Bu qədər olmaz artıq. Bu ki xalqı ələ salmaqdır. İçəri Şəhərdə saysız-hesabsız otel, ofis, restoran, müasir binalar tikənlər, yeni otellərinin tikintisi üçün Qala Divarlarının bir hissəsini sökdürənlər, “Formula -1” yarışlarının marşrutunu Qala Divarlarının yanından keçirməklə divarları təhlükəyə atanlar, indi də Qala Divarlarının lap yaxınlığında dövlət büdcəsi hesabına 5 müasir restoran tikdirənlər özlərini ictimaiyyətə həm də İçəri Şəhərin hamisi kimi təqdim etməyə çalışırlar. İndi internet zamanıdır. Xalqın mütləq əksəriyyəti də oxumaq və yazmaq bilir. İçəri Şəhərə nələr etdiyinizi bu xalqa unutdura bilməzsiniz.
© AXCP sədri Əli Kərimli

Nədir bunun adı? Mədəniyyətsizlikmi? Acgözlükmü? Nəfsin əsiri olmaqmı? Xalqımızın tarixi-mədəni irsilə düşmənçilikmi? Vi...
25/04/2019

Nədir bunun adı? Mədəniyyətsizlikmi? Acgözlükmü? Nəfsin əsiri olmaqmı? Xalqımızın tarixi-mədəni irsilə düşmənçilikmi? Vicdansızlıqmı? Bəlkə hamısı bir yerdə?

© AXCP sədri Əli Kərimli

Sən demə ölkənin nicatı bir neçə ildir tüği-lənət olub Bakı şəhərinin boğazına keçmiş bu Formula 1 oyunlarında imiş. Pre...
25/04/2019

Sən demə ölkənin nicatı bir neçə ildir tüği-lənət olub Bakı şəhərinin boğazına keçmiş bu Formula 1 oyunlarında imiş. Prezidentin köməkçisi Əli Həsənovun izahlarından sonra o da bəlli oldu oldu ki, nəinki ölkənin nicatı, "Formula 1" həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Deməli, vətəndaşına günlük 2,5 dollar donluq verən, ölkənin qürurunu "Azərbaycan çamaşırxanasında" yuyan, 16 illik idarəçilik dövründə ölkəni yarım-azad ölkədən qeyri-azad ölkəyə çevirən, bütün korrupsiya siyahılarına başçılıq edən, "kürü diplomatiyası" ilə beynəlxalq münasibətlərə yeni termin gətirən, az qala hər il "Mətbuat yırtıcısı" beynəlxalq mükafatı alan, yüzə yaxın siyasi məhbusu olan, istintaq örqanlarında işgəncə labatoriyaları saxlayan, televiziya ekranlarından təcili yardım maşınlarını müxalifətçilərin çağırışına getməmək kimi irqçi çağırışlar edən, hakimiyyətin nəzarətində olan KİV-ləri urvatsız duruma salıb dövləti trolların ümidinə qoyan, ölkənin müdafiə xərclərini gizli yollarla London ofşorlarına daşıyan, torpaqları 25 ildən artıq işğal altında qalmasına rəğmən Rusiya ilə silah alverindən "otqat" alan bir hakimiyyətin "nüfuz", "prestij" və "qürur" anlayışları bu YAPalaq maşınların ildə bir dəfə qulaqbatırıcı səslə Bakı küçələrində dövrə vurmasından, müharibə dövrünü xatırladan istehkamlar arasında şütüməsindən asılı imiş.

© Milli Şura sədri Cəmil Həsənli

İndi hamı gördü ki, 14 yaşlı Sənayı döyən cinayətkarı Əliyev rejimi necə müdafiə etdi. Müavinim Fuad Qəhrəmanlının qızın...
18/04/2019

İndi hamı gördü ki, 14 yaşlı Sənayı döyən cinayətkarı Əliyev rejimi necə müdafiə etdi. Müavinim Fuad Qəhrəmanlının qızını küçənin ortasında döyüb, söyən YAP üzvünü məhkəmənin 150 manat cərimə ilə adekvat məsuliyyətdən yayındırması rejimin daha bir kobud səhvi oldu. İlham Əliyev onun həyat yoldaşının adından danışan, “Mehriban Əliyevadan üzr istəyin!” tələbilə məktəbli uşağı döyən YAP-çını müdafiə edib, məsuliyyətdən yayındırmaqla çox pis nümunə yaradır, faktiki olaraq tərəfdarlarını müxalifətçilərə qarşı zor tətbiq etməyə həvəsləndirir. Məsuliyyət hissini itirmək hamı üçün pis cəhətdir. Dövlətə rəhbərlik edən şəxsin məsuliyyət hissini itirməsi isə bütövlükdə toplumu uçuruma aparmaq deməkdir. Çox təəssüf...

© AXCP sədri Əli Kərimli

"Milli Şura dərhal növbəti mitinq qərarını verdi. Həm də ikisini birdən. May ayının 5-i və 11-nə mitinq təyin etdik. Yal...
17/04/2019

"Milli Şura dərhal növbəti mitinq qərarını verdi. Həm də ikisini birdən. May ayının 5-i və 11-nə mitinq təyin etdik. Yalançını mənzilinə qədər qovacağıq. 20 aprel mitinqinə də razılıq vermədilər. Yenə də qorxdular! Yeri gəlmişkən, rejimin məhz xalq izdihamından qorxduğu üçün mitinqlərə razılıq vermədiyini deməyimizdən narahat olanlardan soruşuram, bəs nəyə görə mitinqlərə razılıq vermirlər?
Qorxudan başqa ağlabatan versiyanız varmı?"

© AXCP sədri Əli Kərimli

Sayğılı millətdaşlar! 20 aprel mitinqinə 3 gün qalır. Məqsəd və məramımız dinc kütləvi aksiya keçirib xalqımızın ümdə tə...
17/04/2019

Sayğılı millətdaşlar! 20 aprel mitinqinə 3 gün qalır. Məqsəd və məramımız dinc kütləvi aksiya keçirib xalqımızın ümdə tələblərin bəyan etməkdir. Milli Şura olaraq hədəflərimiz millətimizin haqqı və hüququdur. Hakim rejimin canına qorxu salam 19 yanvar mitinqi bir daha göstərdi ki, xalqın illərlə yığılıb qalmış problemlərinin həlli çoxsaylı vətəndaşların meydanları coşduran sosial və siyasi fəallığından keçir. Hələ də azadlığını gözləyən siyasi məhbusların azadlığı, işğal altında olan vətən torpaqlarının qurtuluşu, ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılıb xalqın rifahına yönəldilməsi, sosial problemlərin həlli, o cümlədən uşaq pullarının bərpa edilməsi, qaz limitlərinin aradan qaldırılması, yanacağın qiymətinin aşağı salınması, əmək haqqı, pensiyalar, tələbə təqaüdlərinin artırılması, sənədsiz mənzillərin sənədləşdirilməsi, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, siçki islahatına başlanması və sair məsələlər 20 aprel mitinqinin əsas hədəfləri olacaq. Bütün bu məsələlərin müsbət həlli Sizlərin siyasi fəallığından, meydanları coşdurmağından, öz konstitusiya hüququnuzdan səmərəli istifadəsindən keçir. Sərbəst toplaşmaq azadlığı millətin funtamental hüquqlarındandır, yalnız bu hüquqdan səmərəli istifadə ilə fundamental dəyişikliklərə nail olmaq olar. Gəlin birlikdə fundamental hüquqlarımızı təmin edək, bu prosesin müşahidəçisi yox iştirakçısı olaq!

© Milli Şura sədri Cəmil Həsənli

Address

Baku

Telephone

+972597696003

Website

Alerts

Be the first to know and let us send you an email when Milli Şura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share