Müsavat Partiyası

Müsavat Partiyası Müsavat Partiyası 11 oktyabr 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə və dostları tərəfindən yaradılıb.

Müsavat:

- Azərbaycanı birlik və bütünlük içində müstəqilliyini, vətəndaşlarının haqlarını qorumağa qadir azad dövlətə çevirməyə çalışanların,

- demokratiyanın alternativi olmadığı düşüncəsini daşıyanların,

- ölkəni tərəqqi yoluna yönəltməyə qadir olanların,

- insan haqları və azadlıqlarının toxunulmazlığına inananların,

- cəmiyyətdəki sosial qruplar və zümrələr arasında milli təsanüdün la

büdlüyünə iman gətirənlərin,

- siyasəti xalqa xidmət sənəti hesab edənlərin,

- taleyinin sahibi olmaq istəyənlərin, kənardan əmr almadan öz azadlığından istifadə edənlərin, öz üzərinə məsuliyyət götürənlərin,

- yalansız və zorakılıqsız yaşamaq istəyənlərin Partiyasıdır.

23/08/2026

Elçibəyin məzarı önündə Müsavat başqan müavini, dosetn Nüşabə Sadıxlının çıxışı

22.08.2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı partiya fəalı, Oğuz  rayon təşkilatının üzvü Zabit Dadaşovu...
22/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı partiya fəalı, Oğuz rayon təşkilatının üzvü Zabit Dadaşovun vəfatından kədərləndiklərini bildirir, ailəsinə, yaxınlarına və əqidədaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

22/08/2026

Elçibəyin məzarı önündə Müsavat başqanı İsa Qəmbərin çıxışı

22.08.2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı Füzuli rayon təşkilatının üzvü Rəşad İsmayılova atası Bəyiş...
20/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı Füzuli rayon təşkilatının üzvü Rəşad İsmayılova atası Bəyiş müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı Məclis üzvü Zakir İsmayıla qardaşı İsrail müəllimin vəfatın...
18/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı Məclis üzvü Zakir İsmayıla qardaşı İsrail müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı partiya fəalı, Şuşa rayon təşkilatının keçmiş sədri Rövşən ...
17/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı partiya fəalı, Şuşa rayon təşkilatının keçmiş sədri Rövşən Atakişioğlunun vəfatından kədərləndiklərini bildirir, ailəsinə, yaxınlarına və əqidədaşlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.

15/08/2026

Arif Hacılı: "Azərbaycan xalqının bəlkə də 90 faizindən çoxu quru sərhədlərin bağlı saxlanmasından narazıdır"

Müsahibənin tam versiyasını buradan izləyin 👇
https://youtu.be/8uPV5GQ0lOo?si=9PCuxVTBJpc7OmsV

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya veteranı Seydi Cəfərovu 70 illik yubileyi münasibətilə təbrik edib.Təbri...
04/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya veteranı Seydi Cəfərovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Seydi bəy!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı həyat yolunuzda yeni uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərəkatının ilk günlərindən milli azadlıq ideallarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fəal iştirak etmiş insanlardansınız. Azad və demokratik Azərbaycan naminə göstərdiyiniz fədakar fəaliyyət uzun illərin sınağından çıxmış siyasi mövqenin ifadəsidir.

AXC-nin Kürdəmir şöbəsinin fəallarından biri kimi fəaliyyətiniz həmin dövrün mürəkkəb şəraitində nümayiş etdirdiyiniz vətəndaş cəsarətinin və milli məsuliyyət hissinin parlaq nümunəsi kimi yadda qalıb.

Milli hakimiyyət dövründə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışarkən insanlara yaxınlığınız, məsuliyyətli idarəçilik üslubunuz və vicdanlı xidmətiniz rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Sonrakı illərdə Müsavat Partiyasının Kürdəmir rayon təşkilatının bərpa bürosunun üzvü, daha sonra isə uzun müddət sədr müavini və şura üzvü kimi fəaliyyət göstərərək təşkilatın möhkəmlənməsinə, demokratik ideyaların təbliğinə və partiyanın yerli strukturlarının inkişafına dəyərli töhfələr vermisiniz. Bu gün də siyasi fəaliyyətinizi eyni fəallıq və məsuliyyət hissi ilə davam etdirməyiniz xüsusi hörmət doğurur.

Siz partiyanın iştirak etdiyi seçkilərdə seçki saxtakarlıqlarına qarşı prinsipial mövqe nümayiş etdirmiş, müxtəlif təzyiq və məhrumiyyətlərlə üzləşməyinizə baxmayaraq əqidənizdən dönməmisiniz. Demokratik dəyərlərə sadiqliyiniz Sizə həm partiya üzvləri, həm də rayon ictimaiyyəti arasında böyük hörmət qazandırıb.

Sizin həyatınızın mühüm bir hissəsi də təhsil sahəsi ilə bağlıdır. Müəllim və məktəb direktoru kimi fəaliyyət göstərərək yüzlərlə gəncin formalaşmasına təsir etmiş, onların savadlı, milli düşüncəli və vətənpərvər vətəndaş kimi yetişməsinə töhfə vermisiniz. Pedoqoji fəaliyyətiniz cəmiyyət qarşısında daşıdığınız məsuliyyətin ən gözəl təzahürlərindəndir.

Sizi yaxından tanıyanlar Sizin işgüzarlığınızı, prinsipiallığınızı, təvazökarlığınızı və insanlara səmimi münasibətinizi yüksək qiymətləndirirlər. Müsavat dəyərlərinə bağlılığınız və uzun illər davam edən ardıcıl fəaliyyətiniz gənc nəslə nümunədir.

Hörmətli Seydi bəy!

Yubileyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizlə birlikdə xoş günlər və ictimai-siyasi fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Divan üzvü Fəridə Ələsgərlini yubiley münasibətilə təbrik edib.Təbrikdə deyilir:...
03/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər Divan üzvü Fəridə Ələsgərlini yubiley münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Fəridə xanım!

​Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və bütün fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

​Siz Azərbaycan Xalq Hərəkatının ilk mərhələlərindən etibarən milli azadlıq mübarizəsinin ön sıralarında yer almış, ölkəmizin müstəqilliyi uğrunda fəal mübarizə aparmısınız.

Sonrakı dövrdə fəaliyyətinizi Müsavat Partiyasının sıralarında davam etdirərək, xüsusilə Yasamal rayon təşkilatında prinsipial mövqeyiniz və fəallığınızla seçilmisiniz. Təşkilatın güclənməsi, partiyanın mövqelərinin möhkəmlənməsi və müsavatçılıq ideyalarının yayılması istiqamətindəki xidmətləriniz hər zaman yüksək qiymətləndirilir.

​Uzun illər ərzində əqidənizə sadiq qalaraq partiyamızın ictimai nüfuzunun artmasına böyük töhfələr vermisiniz. Demokratik dəyərlərin müdafiəsi uğrunda keçirilən mitinqlərdə və ictimai-siyasi aksiyalarda fəallığınız, qarşılaşdığınız çətinliklər və təzyiqlər qarşısındakı əyilməz iradəniz partiya yoldaşlarınız üçün hər zaman örnək olub.
Seçki proseslərində saxtakarlıqlara qarşı apardığınız ardıcıl mübarizə və repressiv mühitə baxmayaraq nümayiş etdirdiyiniz möhkəm iradə xüsusi hörmətə layiqdir.

​Müsavat Partiyasının Divan üzvü və Məclis katibi kimi partiyanın təşkilati inkişafında, mühüm qərarların qəbulu və icrasında yaxından iştirak etmisiniz. Eyni zamanda, Qadınlar Birliyinin fəal üzvü kimi qadınların ictimai-siyasi həyatda rolunun artırılmasına və bu strukturun güclənməsinə dəyərli töhfələr vermisiniz.

​Əqidəyə sədaqətiniz, prinsipiallığınız və fəal mövqeyiniz Sizə həm partiyada, həm də cəmiyyətdə böyük hörmət və nüfuz qazandırıb.

​Hörmətli Fəridə xanım!

​Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və bu şərəfli yolda yeni uğurlar arzulayıram.

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya veteranı, tanınmış müsavatçı Həbibulla Manaflını 75 illik yubileyi münas...
02/08/2026

Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya veteranı, tanınmış müsavatçı Həbibulla Manaflını 75 illik yubileyi münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Həbibulla bəy!

75 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərəkatının ilk günlərindən etibarən ölkəmizin müstəqilliyi, milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulmuş, azad və demokratik cəmiyyət idealları naminə yorulmadan çalışan öncül şəxsiyyətlərdən biri olmusunuz. AXC-nin Şəki şöbəsinin fəallarından biri kimi göstərdiyiniz fəaliyyət cəsarətin, vətənpərvərliyin və ziyalılığın parlaq nümunəsi kimi dəyərləndirilir.

Milli hakimiyyət dövründə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışaraq xalqa vicdanla xidmətin, məsuliyyətli idarəçiliyin və vətəndaşa yaxın münasibətin nümunəsini yaratmısınız.

Sonrakı illərdə Müsavat Partiyasının Şəki rayon təşkilatının bərpa bürosunun üzvü, daha sonra isə uzun illər təşkilatın sədri kimi fəaliyyət göstərərək partiyanın Şəkidə təşkilatlanmasında, ideoloji xəttinin təbliğində, demokratik dəyərlərin müdafiəsində və sıralarının genişlənməsində mühüm xidmətlər göstərmisiniz. Bu gün də Şəki təşkilatında siyasi fəaliyyətinizi fəallıqla davam etdirməyiniz xüsusi təqdirə layiqdir.

2000-ci il parlament seçkilərinin saxtalaşdırılmış nəticələrinə etiraz etdiyiniz üçün həbs olunmağınız, sonrakı illərdə isə müxtəlif təzyiq və məhrumiyyətlərlə üzləşməyinizə baxmayaraq, siyasi mübarizədə əqidənizə, prinsipial mövqeyinizə və demokratik dəyərlərə sadiq qalmağınız Sizə cəmiyyət arasında böyük nüfuz və dərin hörmət qazandırmışdır.

Siz eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında uzun illər baş müəllim kimi səmərəli pedaqoji fəaliyyət göstərərək gənc nəslin maariflənməsinə, savadlı, milli düşüncəli və vətənpərvər vətəndaşların yetişməsinə sanballı töhfələr vermisiniz. Müəllimlik kimi şərəfli peşəni yüksək ləyaqətlə icra etməyiniz Sizin zəngin mənəvi dünyanızın, yüksək ziyalılıq keyfiyyətlərinizin və ictimai məsuliyyət hissinizin bariz ifadəsidir.

Araşdırmaçı alim və publisist kimi fəaliyyətiniz də xüsusi qeyd olunmalıdır. “Şəki üsyanı”, “Tarixə qayıdış”, “Öyünc və güvənc qaynağı” və digər əsərləriniz milli tariximizin araşdırılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından dəyərli töhfələrdir. Elmi və publisistik yaradıcılığınız Şəkinin və ümumən Azərbaycanın ictimai-siyasi tarixinin öyrənilməsində mühüm mənbələrdən biri kimi qiymətləndirilir.

Sizin fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, təvazökarlığınız və insanlara səmimi münasibətiniz həm partiyadaşlarınız, həm də Sizi tanıyan hər kəs tərəfindən yüksək qiymətləndirilir və böyük ehtiramla qarşılanır. Müsavat dəyərlərinə sadiqliyiniz, milli-demokratik ideallara bağlılığınız və uzun illər davam edən fədakar fəaliyyətiniz gənc nəsil üçün örnəkdir.

Hörmətli Həbibulla bəy!

Bir daha yubileyinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizlə birlikdə xoşbəxt günlər, ictimai, elmi və siyasi fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Address

Binəqədi Rayonu, Dərnəgül Qəsəbəsi 3097-ci Məhəllə
Baku

Alerts

Be the first to know and let us send you an email when Müsavat Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share