03/09/2026
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları “Yaxın qoruma” kursunda iştirak edib
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları Dövlət Mühafizə Xidmətinin Xüsusi təlim mərkəzində mühüm şəxslərin mühafizəsi üzrə “Yaxın qoruma” kursunda iştirak ediblər.
Kurs müddətində şəxsi heyətin xüsusi atəş, xüsusi taktiki, xüsusi fiziki hazırlıq və psixoloji dayanıqlıq, müxtəlif vəziyyətlərdə silahdan sürətli və dəqiq istifadə, dəyişkən mühitdə vəziyyəti qiymətləndirmə, çevik qərarvermə və komanda şəklində qarşılıqlı fəaliyyət, ani yaranan təhlükələrə operativ reaksiya verilməsi və qorunan şəxsin təhlükəsizliyinin təmin edilməsi üzrə praktiki vərdişləri artırılmışdır.
Kursun sonunda çalışmaların icrasını uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.