Balakən rayon MKS-nin Qullar kənd kitabxanası

Balakən rayon MKS-nin Qullar kənd kitabxanası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balakən rayon MKS-nin Qullar kənd kitabxanası, Library, Balakən r. Qullar k, Belokan.

08/09/2026

Hazırda Azərbaycanda 4300 tarixi-mədəni abidə Mədəniyyət Nazirliyinin nəzarətindədir və bu abidələrin hər biri milli-mədəni sərvət kimi qiymətləndirilir.

05/09/2026

Qəbul müddəti 10 gün uzadıldı!

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.

Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.

Sözügedən tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin (memim.az) "Nəşrlərimiz" bölməsindən tanış ola bilərsiniz.

05/09/2026

🎻 Sizə gözəl bir xəbərimiz var!

Kamança tarixində ilk: Azərbaycanda yeni dövlət standartı qəbul edildi.

Ölkəmizdə ilk dəfə olaraq kamança və kamança ailəsinə aid milli simli musiqi alətləri üçün vahid dövlət standartı müəyyənləşdirilib.

AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” standartı alətlərin konstruksiyası, əsas ölçüləri, istifadə olunan materiallar, texniki göstəriciləri, markalanması, qablaşdırılması və saxlanmasına dair tələbləri müəyyən edir.

Yeni standart kamançanın hazırlanması və keyfiyyətinin qiymətləndirilməsində vahid yanaşmanın tətbiqinə, milli musiqi alətimizin ənənəvi xüsusiyyətlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

Standart Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən, Mədəniyyət Nazirliyinin bazasında yaradılmış “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub.

Milli musiqi irsimizin qorunması və inkişafı istiqamətində daha bir mühüm addım. 🇦🇿

Ətraflı: https://competition.gov.az/az/post/1341/olkede-ilk-defe-kamancaya-dair-yeni-dovlet-standarti-qebul-edilib

03/09/2026
03/09/2026

Mədəniyyət naziri Adil Kərimli
Naxçıvanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il sentyabrın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

27/08/2026

Yeni yaradıcı istiqamətlər üzrə tədris proqramları hazırlanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəblərində tədrisi nəzərdə tutulan 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb.

Tədris proqramları bədii keramika, geyim üzrə dizayn, rəqəmsal musiqi, 3D personaj animasiyası və fotoqrafiya ixtisaslarını əhatə edir. Proqramların əsas məqsədi müasir yaradıcı sənaye sahələrinə maraq göstərən və bu istiqamətlərdə potensiala malik yeniyetmələrin istedad və bacarıqlarının inkişafına şərait yaratmaq, onların yeni ixtisaslar üzrə təhsil imkanlarını genişləndirmək, gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.

Xatırladaq ki, MEMİM tərəfindən daha öncə məktəblərdə tədris olunan ixtisas və fənlər – fortepiano, violin, tar, kamança, qanun, qarmon, balaban, saksofon, xor, vokal, xor dirijorluğu sinifləri, eləcə də elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları hazırlanıb.

Sözügedən tədris proqramları ilə MEMİM-in rəsmi internet səhifəsinin (memim.az) “Nəşrlərimiz” bölməsindən tanış ola bilərsiniz.

26/08/2026

Şəkidə Muğam Günü münasibətilə tədbir keçirilib

Avqustun 25-də Beynəlxalq Muğam Günü münasibətilə milli musiqi irsimizin, xüsusilə muğam sənətinin təbliği və gənc nəslə çatdırılması məqsədilə Şəkidə “Muğam – milli musiqi irsimizin incisi” adlı tədbir keçirilib.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzi, Bəxtiyar Vahabzadənin Ev-muzeyi və Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda muğam sənətinin tarixi inkişaf mərhələləri, Azərbaycan musiqi mədəniyyətindəki rolu və bəşəri əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, əsrlər boyu formalaşaraq zənginləşən muğam sənəti Azərbaycan xalqının milli-mədəni kimliyinin mühüm və ayrılmaz tərkib hissəsinə çevrilib.

Bildirilib ki, Azərbaycan muğamı 2008-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, milli musiqi sənətimizin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimləri və gənc muğam ifaçıları tərəfindən “Rast”, “Şur”, “Segah”, “Bayatı-Şiraz” və digər muğam nümunələri səsləndirilib.
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

26/08/2026

Address

Balakən R. Qullar K
Belokan
AZ0800

Website

Alerts

Be the first to know and let us send you an email when Balakən rayon MKS-nin Qullar kənd kitabxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category