Balakən rayon Aslan Balayev adına İtitala kənd tam orta məktəb

Balakən rayon Aslan Balayev adına İtitala kənd tam orta məktəb Balakən rayon İtitala kənd Aslan Balayev adına tam orta ümumtəhsil məktəbi

16/07/2026

Son günlər yağan güclü yağışlar nəticəsində çayın daşması məktəbimizin ərazisinə ciddi ziyan vurmuşdur. Sel suları məktəbin həyətyanı sahəsini lil və palçıqla örtmüş, ərazidə təmizlik və bərpa işlərinin aparılmasını zəruri etmişdir.

Hazırda məktəbimizin ərazisində genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Məktəbin yeni tədris ilinə təhlükəsiz və səliqəli şəkildə hazır olması üçün lazımi tədbirlər görülür.

Əziyyəti keçən hər kəsə təşəkkür edir, görülən işlərin qısa zamanda uğurla başa çatacağına inanırıq.

Bu gün Vətənimizin igid oğlu, şəhid İmam Əliyevin doğum günüdür.Şəhidlərimiz xalqımızın qüruru, Vətənimizin əbədi qəhrəm...
16/07/2026

Bu gün Vətənimizin igid oğlu, şəhid İmam Əliyevin doğum günüdür.

Şəhidlərimiz xalqımızın qüruru, Vətənimizin əbədi qəhrəmanlarıdır. İmam Əliyev göstərdiyi şücaət və fədakarlıqla hər zaman qəlblərdə yaşayacaq.

Doğum gününü dərin ehtiramla anır, əziz xatirəsi önündə baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

Unudulmazsan!
🇦🇿🕊️

Müəllimlərin sertifikatlaşdırılması imtahanında müəllimlərimiz bu il də uğurlara imza atmışdır. Bu uğur müəllimlərimizin...
26/06/2026

Müəllimlərin sertifikatlaşdırılması imtahanında müəllimlərimiz bu il də uğurlara imza atmışdır. Bu uğur müəllimlərimizin peşəkarlığının, zəhmətinin və öz üzərində daim çalışmasının göstəricisidir. Hər bir müəllimimizə gələcək fəaliyyətlərində yeni nailiyyətlər, möhkəm cansağlığı və bitməz-tükənməz uğurlar arzulayırıq.


A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində UBTR-i Milena Ramazanovanin təskilatçılığı ilə "15-İyun Mill...
12/06/2026

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində UBTR-i Milena Ramazanovanin təskilatçılığı ilə "15-İyun Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.Çıxişında 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi çətinliklər və bu çətinliklərin aradan qaldirilmasındabHeydər Əliyevin rolu və fəaliyyəti barədə məktəblilərə geniş məlumat verildi.

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində məktəb üzrə kitab götürərək fəal oxucular siyahısına daxil o...
11/06/2026

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində məktəb üzrə kitab götürərək fəal oxucular siyahısına daxil olan şagirdləri,məktəbin kitabxanası H.Mustafayeva "təltifnamə" ilə təltif etdi.Məqsəd şagirdlərdə asudə vaxtlarının daha səmərəli keçirilməsinə və mütaliəyə daha çox maraq yaratmaq idi.

A.Balayev  adına İtitala  kənd  tam  orta  ümumtəhsil  məktəbində iş  qrafiki  üzrə  14:30 -dan  16:30-a  dək  olan  vax...
09/06/2026

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində iş qrafiki üzrə 14:30 -dan 16:30-a dək olan vaxt ərzində valideyn müraciətilərinə baxıldı
Valideynlər öz müraciətində övladları 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirmək arzusunda olmadığını bildirdilər.
Valideynlə söhbət zamanı şagirdin təhsildən yayınmasının mümkün səbəbləri araşdırıldı, ümumi orta təhsildən sonrakı təhsil imkanları barədə məlumat verildi. Valideynə izah olundu ki, şagirdin maraq və qabiliyyətlərinə uyğun olaraq tam orta təhsilini davam etdirməsi və ya peşə təhsili müəssisələrinə müraciət etməsi onun gələcək karyera imkanlarını genişləndirə bilər.
Valideynə tövsiyə edildi ki, şagirdlə mütəmadi söhbətlər aparsın, onun maraqlarını öyrənsin və peşəyönümü istiqamətində dəstək göstərsin.

03.06.2026-ci  il tarixində A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "Velosiped yarışı"  keçrilmişdir...
04/06/2026

03.06.2026-ci il tarixində A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "Velosiped yarışı" keçrilmişdir.

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "İnsan Hüquqları Aylığı"çərçivəsində maarifləndirici dəyirmi...
03/06/2026

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "İnsan Hüquqları Aylığı"çərçivəsində maarifləndirici dəyirmi masa keçirildi.UBTR-i Milena Ramazanova və Psixoloq Şəlalə Bayramovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 10,11-ci sinif şagirdləri iştirak etdilər.Dəyirmi masa zamanı şagirdlərə insan hüquqları,onların qorunması,mexanizmləri haqqında geniş məlumat verildi,fikir mübadiləsi aparıldı.

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "1İyun-Uşaqların  Beynəlxalq Müdafiəsi Günü "nə həsr olunmuş...
02/06/2026

A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində "1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü "nə həsr olunmuş tədbir keçirildi.Bayram tədbirində şagirdlərin ifasında şeirlər mahnılar səsləndirildi.Şagirdlər asfalt üzərində müxtəlif rəsmlər çəkdilər.

Balakən rayon A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində 9 -cu sinif buraxılış imtahanlarında uğursuz n...
01/06/2026

Balakən rayon A.Balayev adına İtitala kənd tam orta ümumtəhsil məktəbində 9 -cu sinif buraxılış imtahanlarında uğursuz nəticə göstərən şagirdlərin peşə təhsili müəssisələrinə yönləndirilməsi istiqamətində məktəb rəhbərliyi tərəfindən maariflındirici tədbir keçirilmişdir.Tədbirin əsas məqsədi şagirdlərdə peşələr haqqında məlumatlılıgı artırmaq ,onların maraq və bacarıqlarına uyğun peşə seçiminə kömək etmək olmuşdur.

Address

Belokan
[email protected]

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994242928103

Website

Alerts

Be the first to know and let us send you an email when Balakən rayon Aslan Balayev adına İtitala kənd tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Balakən rayon Aslan Balayev adına İtitala kənd tam orta məktəb:

Shortcuts

Share

Category