09/04/2024
“Sərhəd” hərbi- idman oyununun zona birinciliyinə yekun vurulub
- - -
Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman, həmçinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə muxtar respublikanın sərhədyanı ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Sərhəd” hərbi- idman oyununun zona birinciliyinə yekun vurulub.
Birinciliyinin yekun nəticəsinə əsasən Ordubad şəhər tam orta İnternat Məktəbinin komandası I, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin komandası II, Culfa rayon Yaycı kənd 1nömrəli tam orta məktəbin komandası isə III yerlərin qalibi olub.
Qeyd edək ki, Ordubad şəhər tam orta İnternat Məktəbinin komandası ölkə birinciliyində muxtar respublikanı təmsil edəcək.
Komandamıza uğurlar arzulayırıq!