Şabran Rayon İcra Hakimiyyəti

Şabran Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi

Şabran rayon İcra Hakimiyyətinin fəaliyyəti, Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən tənzimlənir.

26 avqust – Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan xalqının ...
25/08/2026

26 avqust – Laçın Şəhəri Günü tarixi Zəfərin, milli iradənin, doğma torpaqlara qayıdışın rəmzi kimi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu tarixi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilmiş və Sərəncama əsasən, hər il avqustun 26-sı ölkəmizdə Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.

Laçın Şəhəri Gününün təsis edilməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi hadisələrin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün yalnız hərbi-siyasi qələbənin qeyd edilməsi deyil, həm də Laçının keçmişdən bu günə və gələcəyə uzanan tarixinin, zəngin mədəni irsinin, təbii gözəlliklərinin və yenidən dirçələn həyatının nümayişidir.

1992-ci ildə Laçının işğalı Azərbaycan üçün ağır nəticələr doğurmuş, rayonun əhalisi doğma yurdlarından didərgin salınmışdır. İşğal illərində Laçının yaşayış məntəqələri və infrastrukturu ciddi dağıntılara məruz qalmış, tarixi-mədəni irsə böyük ziyan vurulmuşdur. İşğal dövründə rayon ərazisində çoxsaylı mədəniyyət, təhsil, səhiyyə və digər obyektlərin dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmışdır.

Laçın faciəsi uzun illər ərzində yüz minlərlə azərbaycanlının yaşadığı məcburi köçkünlük taleyinin bir hissəsinə çevrilmişdi. Laçınlıların doğma şəhər və kəndlərinə qayıtmaq arzusu Azərbaycan xalqının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə bağlı milli istəyinin ayrılmaz hissəsi idi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə Qarabağ münaqişəsinin hərbi-siyasi reallıqlarını köklü şəkildə dəyişdi. Üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Lakin həmin mərhələdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan nəzarətində deyildi. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu, şəhər, həmçinin Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçının tam azadlığı təmin edildi və uzun illər davam edən torpaq həsrətinə son qoyuldu. Məhz bu tarixi hadisə 26 avqustun Laçın Şəhəri Günü kimi müəyyənləşdirilməsinin əsasını təşkil edir.

Prezident İlham Əliyev 26 avqust 2023-cü ildə Laçın Şəhəri Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bu günün məhz Laçın şəhərinin tam azad edildiyi tarix olduğunu vurğulamışdır. Laçın Şəhəri Gününün əsas mahiyyəti Azərbaycan xalqının öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin yaratdığı tarixi qürurun ifadəsidir.

2023-cü ildə ilk dəfə Laçında Şəhər Günü böyük təntənə ilə qeyd edilmişdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin tədbirlərdə iştirak etmişlər, Həkəri çayının sahilində, şəhərin müxtəlif məkanlarında mədəniyyət və incəsənət proqramları, sərgilər, xalq sənətləri təqdimatları, Laçın mətbəxindən nümunələr və digər tədbirlər təşkil olunmuşdur. Bu tədbirlər Laçının yalnız fiziki baxımdan deyil, mənəvi və mədəni baxımdan da dirçəldiyini nümayiş etdirir. Xalq yaradıcılığının, milli sənət nümunələrinin, musiqinin, poeziyanın və yerli mətbəxin təqdim olunması Laçının zəngin mədəni kimliyinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Laçının azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun yenidən qurulması, müasir infrastruktura malik yaşayış məkanına çevrilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi olmuşdur. 2023-cü il mayın 27-dən etibarən keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışı başlanmışdır. Bu hadisə Laçının tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Laçında yaşayış binaları, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, mühəndis-kommunikasiya sistemləri və digər infrastruktur layihələri həyata keçirilir. Həmçinin, şəhərdə məktəblər, səhiyyə obyektləri, elektrik enerjisi infrastrukturu və müxtəlif inzibati və ictimai obyektlər istifadəyə verilmişdir.

Laçının dirçəldilməsi yalnız yaşayış məntəqələrinin inşası ilə məhdudlaşmır. Rayonun iqtisadi potensialının bərpası və yeni iş yerlərinin yaradılması da Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindəndir. Laçında sənaye, kənd təsərrüfatı, enerji, turizm və digər sahələrin inkişafı üçün imkanlar genişdir. 2023-cü il avqustun 26-da Laçın Aqro-Sənaye Parkının açılışının keçirilməsi də bu baxımdan əhəmiyyətli hadisə olmuşdur. Bu gün parkda müəyyən müəssisələr fəaliyyət göstərir və istehsal imkanları genişləndirilir. Bununla yanaşı, rayonun zəngin su ehtiyatlarından istifadə etməklə kiçik su elektrik stansiyalarının yaradılması enerji potensialının artırılmasına xidmət edir. Belə layihələr Laçının iqtisadi dirçəlişini sürətləndirməklə yanaşı, regionun dayanıqlı inkişafına da töhfə verir.

Bu gün 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd edilməsi ilk növbədə tarixi yaddaşın qorunmasına xidmət edir. Bu tarix həm Vətən müharibəsində əldə olunmuş Zəfərin nəticələrini, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdış sevincini özündə birləşdirir. Laçınlılar üçün bu gün doğma torpağa qayıdışın, ata-baba yurduna yenidən sahib çıxmağın və şəhərin həyatının bərpa olunmasının rəmzidir. Azərbaycan cəmiyyəti üçün isə Laçın Şəhəri Günü dövlətin ərazi bütövlüyünün bərpası, milli həmrəyliyin və dövlət-xalq birliyinin təntənəsini ifadə edən əlamətdar tarixdir.

Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirən m...
25/08/2026

Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan–Özbəkistan əlaqələrinin strateji məzmununu daha da zənginləşdirdi. Səfərin siyasi nəticələri Azərbaycanın xarici siyasətinin ardıcıl, çevik və milli maraqlara söykənən xarakterini də bir daha göstərdi.

Azərbaycanı və Özbəkistanı birləşdirən münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsində bitmir. Ortaq tarixi yaddaş, dil və mədəni yaxınlıq, qarşılıqlı hörmət və etimad bu əlaqələrin möhkəm təməlini təşkil edir. Son illərdə siyasi münasibətlərin sürətli inkişafı həmin təməl üzərində yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına imkan yaradıb.

Daşkənddə Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması və keçirilən görüşlər dövlətimizin başçısının beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun daha bir ifadəsi oldu. Müasir dünya siyasətində liderin çəkisi yalnız tutduğu vəzifə ilə ölçülmür. Ölkəsinin milli maraqlarını qlobal proseslərin dinamikası ilə uzlaşdırmaq, müxtəlif dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətləri qurmaq və qəbul edilən qərarları real nəticələrə çevirmək liderliyin əsas göstəricilərindəndir. Azərbaycan Prezidentinin xarici siyasət fəaliyyəti bu baxımdan xüsusi diqqət çəkir.

Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi ölkənin iqtisadi potensialı, enerji imkanları, nəqliyyat-logistika layihələri və fəal diplomatiyası ilə birbaşa bağlıdır. Bakı son illərdə müxtəlif siyasi və iqtisadi platformaların mühüm tərəfdaşına çevrilib. Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafı, enerji təhlükəsizliyi, yeni kommunikasiya marşrutlarının yaradılması və regional əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Özbəkistanla münasibətlər də bu geniş mənzərənin mühüm hissəsidir. Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla əlaqələrin dərinləşməsi Azərbaycanın regionla münasibətlərinə yeni dinamika gətirir. Eyni zamanda, iki ölkənin nəqliyyat, energetika, investisiya, sənaye, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığının genişlənməsi qarşılıqlı iqtisadi imkanları artırır.
Səfərin ən mühüm siyasi nəticələrindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd iki ölkə arasında münasibətlərin xarakterini və gələcək inkişaf istiqamətlərini ifadə edən mühüm siyasi-hüquqi sənəd kimi qiymətləndirilə bilər. “Əbədi dostluq” anlayışının dövlətlərarası sənəddə təsbit olunması Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin uzunmüddətli perspektivini göstərir.
Digər mühüm sənəd “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”dır. Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasında siyasi dialoqun institusional əsaslarını möhkəmləndirir. Bu format dövlət başçıları səviyyəsində qəbul edilən qərarların ardıcıl icrasına, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin genişləndirilməsinə imkan yaradır.
Daşkənd görüşlərinin diqqətçəkən məqamlarından biri də Azərbaycan diplomatiyasının yalnız siyasi bəyanatlarla kifayətlənməyən konkret nəticələrə istiqamətlənən xarakteridir. Son illərdə Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərində əldə etdiyi razılaşmalar, yaradılan yeni əməkdaşlıq platformaları və həyata keçirilən layihələr xarici siyasətin praktik nəticələrini ortaya qoyur.
Prezident İlham Əliyevin diplomatik xəttində əsas məqamlardan biri Azərbaycanın milli maraqlarının qorunması ilə yanaşı, ölkənin beynəlxalq əməkdaşlıq imkanlarının maksimum genişləndirilməsidir. Azərbaycan Prezidentinin müxtəlif dövlətlərin liderləri ilə qurduğu münasibətlər, beynəlxalq və regional platformalarda fəal iştirakı ölkəmizin diplomatik imkanlarını genişləndirir.
Daşkənd səfəri həm də Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini artırır. Xəzər dənizi üzərindən keçən nəqliyyat bağlantıları, Orta Dəhliz, enerji və logistika layihələri Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün Avropa istiqamətində mühüm tərəfdaşa çevirir. Özbəkistanla münasibətlərin dərinləşməsi bu baxımdan yalnız ikitərəfli əməkdaşlıq məsələsi kimi yox, daha geniş regional inteqrasiya prosesinin tərkib hissəsi kimi də əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin Özbəkistana səfəri bir daha göstərdi ki, ölkəmizin beynəlxalq mövqeyi ayrı-ayrı diplomatik görüşlərin nəticəsi ilə ölçülə bilməz. Bu mövqe ardıcıl siyasətin, güclü dövlətçilik xəttinin, genişlənən iqtisadi imkanların və Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyətinin nəticəsində formalaşıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər həmin siyasətin növbəti mühüm səhifəsini təşkil edir.

Bu səfər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yeni imkanlar açmaqla yanaşı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu da təsdiqləyir. Daşkənddə nümayiş etdirilən siyasi etimad, imzalanan tarixi sənədlər və əldə olunan razılaşmalar Azərbaycan diplomatiyasının gücünü, Prezident İlham Əliyevin qəbul olunan liderliyini və ölkəmizin qlobal əhəmiyyətinin getdikcə artdığını aydın şəkildə ortaya qoydu..

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır.İki qardaş ölkə - Azərbaycan və Özbəki...
24/08/2026

Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır.
İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb;
Dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir.
Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi.
2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı;
2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi.
İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir.
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb;
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir;
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və birgə təşəbbüslərin müzakirəsi üçün çox vacib nüfuzlu platformalardan biridir.
Keçən ilin noyabrında Daşkənddə Özbəkistanın sədrliyi ilə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edildi. Bu prosesdə göstərdikləri dəstəyə görə Özbəkistan Respublikasının Prezidentinə, həmçinin Mərkəzi Asiyanın digər dövlət başçılarına bir daha səmimi təşəkkürümü bildirirəm.
Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb.
Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir. Məşvərət görüşləri çərçivəsində aparılan diskussiyalar region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mühüm təşəbbüsləri həyata keçirməyə imkan verir.
Azərbaycanın bu formatda iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir.
Bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir.
Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar...
14/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi diqqət çəkdi. Səfər çərçivəsində həyata keçirilən görüşlər, açılışlar, yeni layihələrin təməlqoyma mərasimləri və Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın inkişafına kompleks yanaşmanın formalaşdığını göstərdi. Bu yanaşmada iqtisadiyyat, sənaye, enerji, nəqliyyat, təhlükəsizlik və sosial rifah bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olmaqla yanaşı, onun coğrafi mövqeyi muxtar respublikanı ölkənin regional və geoiqtisadi siyasətində fərqləndirən əsas amillərdəndir. Uzun müddət mürəkkəb coğrafi şəraitin yaratdığı nəqliyyat və logistika məhdudiyyətləri Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılmasına müəyyən çətinliklər yaradıb. Hazırda isə dövlət siyasətinin əsas məqsədlərindən biri həmin məhdudiyyətləri inkişaf imkanlarına çevirmək və Naxçıvanı daha geniş regional iqtisadi əlaqələr sisteminə inteqrasiya etməkdir. Bu istiqamətdə Naxçıvanın 2023–2027-ci illər üzrə Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Sənəddə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların təşviqi, infrastrukturun yenilənməsi, sosial xidmətlərin keyfiyyətinin artırılması və nəqliyyat imkanlarının genişləndirilməsi kimi prioritetlər müəyyənləşdirilib. Dövlət Proqramının həyata keçirilməsi Naxçıvanın mövcud potensialının daha səmərəli istifadəsinə və iqtisadi inkişafın yeni mənbələrinin formalaşdırılmasına xidmət edir. Son illərdə idarəetmə sahəsində həyata keçirilən dəyişikliklər də bu prosesin mühüm hissəsidir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması mərkəzi dövlət siyasəti ilə yerli idarəetmə arasında koordinasiyanın gücləndirilməsi baxımından mühüm institusional addım olub. 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər isə idarəçilik mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımların hüquqi müstəvidə davamı kimi qiymətləndirilə bilər. Naxçıvanın inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlinin qoyulması diqqətçəkən hadisələrdən biridir. Sənaye parkının yaradılması yalnız yeni istehsal müəssisələrinin yerləşdirilməsi ilə məhdudlaşmır. Layihə yerli xammaldan və istehsal potensialından daha səmərəli istifadə, qeyri-neft sektorunun genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və məşğulluğun artırılması üçün yeni imkanlar yaradır. Parkın miqyasının böyük olması isə Naxçıvanın gələcəkdə Azərbaycanın mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi perspektivini gücləndirir. İqtisadi inkişafın davamlı olması üçün enerji təminatının etibarlılığı da mühüm şərtdir. Naxçıvanda enerji infrastrukturunun yenilənməsi, elektrik şəbəkəsinin modernləşdirilməsi və enerji istehsalı imkanlarının artırılması bu baxımdan strateji əhəmiyyət daşıyır. Muxtar respublikanın qazlaşdırılmasının yüksək səviyyəyə çatdırılması da əhalinin və iqtisadiyyatın enerji təminatının dayanıqlılığı baxımından mühüm nəticədir. Qarşıdakı mərhələdə enerji infrastrukturunun daha da inkişaf etdirilməsi Naxçıvanın yalnız enerji istehlakçısı deyil, müəyyən istiqamətlərdə enerji istehsal və ixrac imkanlarına malik iqtisadi məkan kimi formalaşmasına zəmin yarada bilər.

Prezident İlham Əliyevin avqustun 11-də verdiyi müsahibədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirlər layihəyə daha geniş prizmadan yanaşmanı ortaya qoyur. Burada söhbət yalnız avtomobil və dəmir yolu əlaqəsindən getmir. Layihənin multimodal kommunikasiya sistemi kimi inkişaf etdirilməsi, müxtəlif nəqliyyat marşrutlarının bir-birinə bağlanması və gələcəkdə enerji-kommunikasiya imkanlarının da bu sistemə inteqrasiyası Naxçıvan üçün yeni iqtisadi perspektivlər yaradır. Zəngəzur istiqamətində bağlantının formalaşması Naxçıvanın həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları ilə daha sıx əlaqələnməsinə imkan verə bilər. Naxçıvanın İran vasitəsilə cənub istiqamətinə, Türkiyə və Avropa istiqamətinə isə qərbə çıxış imkanları onun regional logistika sistemində mövqeyini gücləndirmək potensialına malikdir. Bu baxımdan Naxçıvanın gələcəkdə yalnız nəqliyyat marşrutunun bir hissəsi deyil, müxtəlif istiqamətlərin kəsişdiyi regional logistika qovşağına çevrilməsi real perspektiv kimi nəzərdən keçirilə bilər. Alternativ nəqliyyat bağlantılarının da gündəmdə saxlanılması bu strategiyanın çoxşaxəli xarakterini göstərir. Naxçıvanla Şərqi Zəngəzur arasında İran ərazisindən keçməklə kommunikasiya əlaqələrinin yaradılması imkanları muxtar respublikanın logistika sisteminin yalnız bir marşrutdan asılı olmamasına şərait yarada bilər. Beləliklə, Azərbaycan ərazisi, İran və Türkiyə istiqamətlərində formalaşacaq əlaqələr Naxçıvanın regional ticarət və tranzit imkanlarını genişləndirə bilər. Bu prosesin iqtisadi nəticələri yalnız yükdaşımaların artması ilə məhdudlaşmayacaq. Nəqliyyat bağlantılarının yaxşılaşdırılması logistika xərclərinin azalmasına, yerli istehsalın daha geniş bazarlara çıxışına, xarici investisiyaların cəlb edilməsinə və yeni sahibkarlıq imkanlarının yaranmasına şərait yarada bilər. Xüsusilə Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının Azərbaycanın digər bölgələrinə və xarici bazarlara çıxarılması üçün daha əlverişli logistika imkanlarının yaradılması iqtisadi fəallığın artmasına əhəmiyyətli təsir göstərə bilər. Bu baxımdan Naxçıvan Sənaye Parkı ilə nəqliyyat layihələri arasında qarşılıqlı əlaqə xüsusi əhəmiyyət kəsb edir. İstehsal müəssisələrinin yaradılması və məhsul çeşidlərinin artırılması nəqliyyat imkanlarının genişləndirilməsi ilə paralel aparıldıqda daha böyük iqtisadi səmərə verə bilər. Digər tərəfdən, inkişaf etmiş logistika infrastrukturu investorlar üçün Naxçıvanın cəlbediciliyini yüksəldərək yeni sənaye və xidmət sahələrinin yaranmasını stimullaşdıra bilər.

Beləliklə, Naxçıvanın gələcək inkişaf modeli bir istiqamətlə məhdudlaşmır. Təhlükəsizlik, sənaye, enerji, nəqliyyat, logistika və sosial siyasət bir-biri ilə əlaqəli şəkildə həyata keçirildikdə daha dayanıqlı nəticələr əldə etmək mümkündür. Bu modelin mərkəzində isə insan amili dayanır. Yeni iş yerlərinin yaradılması, gənclərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəhər və kəndlərdə infrastrukturun yenilənməsi iqtisadi layihələrin sosial nəticələrini müəyyən edən əsas göstəricilərdir.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər bütövlükdə muxtar respublikanın yeni inkişaf mərhələsinin konturlarını ortaya qoyur. Bu mərhələnin əsas məqsədi Naxçıvanın mövcud potensialını tam reallaşdırmaq, onun iqtisadiyyatını şaxələndirmək, enerji və nəqliyyat imkanlarını genişləndirmək, təhlükəsizliyini daha da möhkəmləndirmək və əhalinin sosial rifahını yüksəltməkdir.

Nəticə etibarilə, Naxçıvanın gələcəyi yalnız muxtar respublikanın daxili inkişafı ilə deyil, Azərbaycanın bütövlükdə formalaşdırdığı regional nəqliyyat, enerji və iqtisadi strategiya ilə sıx bağlıdır. Dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, yeni infrastruktur layihələrinin tamamlanması və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində Naxçıvanın Azərbaycanın regional iqtisadi sistemində daha mühüm mövqe tutması üçün geniş imkanlar yaranır. Bu baxımdan 11 avqust səfəri Naxçıvanın inkişafında növbəti mərhələnin başlanğıcını ifadə edən mühüm siyasi və strateji mesaj kimi qiymətləndirilə bilər.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Xəlilli kəndində növbəti səyyar qəbulunu keçirib.Şabran Rayon İcr...
11/08/2026

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Xəlilli kəndində növbəti səyyar qəbulunu keçirib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının təsdiq edilmiş aylıq qəbul qrafikinə əsasən, yerlərdə vətəndaşlarla mütəmadi və sistemli şəkildə keçirilən səyyar qəbullar davam edir.
Daimi xarakter daşıyan bu qrafikə uyğun olaraq, növbəti görüş rayonun Xəlilli kəndində təşkil olunub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Xəlilli kənd sakinlərinin təklifləri, istəkləri və müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Sakinlər tərəfindən qaldırılan və araşdırılması zaman tələb etməyən bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin operativ şəkildə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həlli üçün aidiyyəti məsul şəxslərin və xidmət rəhbərlərinin iştirakı ilə müvafiq tədbirlər müəyyənləşdirilib, konkret tapşırıqlar verilib. İcrası zaman tələb edən müraciətlər isə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xüsusi nəzarətə götürülüb.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Sincanboyad kəndində növbəti səyyar qəbulunu keçirib.Şabran Rayon...
07/08/2026

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Sincanboyad kəndində növbəti səyyar qəbulunu keçirib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının təsdiq edilmiş aylıq qəbul qrafikinə əsasən, yerlərdə vətəndaşlarla mütəmadi və sistemli şəkildə keçirilən səyyar qəbullar davam edir.
Daimi xarakter daşıyan bu qrafikə uyğun olaraq, növbəti görüş rayonun Sincanboyad kəndində təşkil olunub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Sincanboyad kənd sakinlərinin təklifləri, istəkləri və müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Sakinlər tərəfindən qaldırılan və araşdırılması zaman tələb etməyən bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin operativ şəkildə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həlli üçün aidiyyəti məsul şəxslərin və xidmət rəhbərlərinin iştirakı ilə müvafiq tədbirlər müəyyənləşdirilib, konkret tapşırıqlar verilib. İcrası zaman tələb edən müraciətlər isə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xüsusi nəzarətə götürülüb.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Dağ Bilici kəndində növbəti səyyar qəbulunu keçirib.Şabran Rayon ...
05/08/2026

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Dağ Bilici kəndində növbəti səyyar qəbulunu keçirib.
Şabran Rayon İcra Hakimiyyəti başçısının təsdiq edilmiş aylıq qəbul qrafikinə əsasən, yerlərdə vətəndaşlarla mütəmadi və sistemli şəkildə keçirilən səyyar qəbullar davam edir.
Daimi xarakter daşıyan bu qrafikə uyğun olaraq, növbəti görüş rayonun Dağ Bilici kəndində təşkil olunub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı Dağ Bilici kənd sakinlərinin təklifləri, istəkləri və müraciətləri fərdi qaydada diqqətlə dinlənilib. Sakinlər tərəfindən qaldırılan və araşdırılması zaman tələb etməyən bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin operativ şəkildə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həlli üçün aidiyyəti məsul şəxslərin və xidmət rəhbərlərinin iştirakı ilə müvafiq tədbirlər müəyyənləşdirilib, konkret tapşırıqlar verilib. İcrası zaman tələb edən müraciətlər isə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xüsusi nəzarətə götürülüb.

Şabran rayonunda aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayon ərazisində, xüsusilə açıq, meşə ...
04/08/2026

Şabran rayonunda aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayon ərazisində, xüsusilə açıq, meşə və meşəətrafı sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məsələlərinə həsr edilmiş müşavirə keçirilib.

Tədbirdə çıxış edən Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov respublika ərazisində vətəndaşların həyat və sağlamlığının, eləcə də milli sərvətlərin yanğından qorunması işinə xüsusi diqqət yetirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O vurğulayıb ki, mühüm qabaqlayıcı tədbir kimi ilk növbədə meşə ərazilərində yanğınlara səbəb olan amillərin aradan qaldırılması, qurumuş ağac və kolların təmizlənməsi üçün sanitar təmizləmə işləri aparılmalı , həmçinin meşə sahələrinin və həmsərhəd torpaqların 2-3 metr enində şumlanaraq yanğın əleyhinə minerallaşdırılmış zolaqların yaradılması təmin edilməlidir.

Hüseyn İlyasovun çıxışından sonra tədbir iştirakçılarının qarşılıqlı müzakirələri başlanıb və qarşıda duran vəzifələrin icra mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı yanğınsöndürmə texnikalarının əraziyə maksimum yaxınlaşması məqsədilə meşələrdə sıx kol-kos olan ərazilərdə yeni yolların salınması və mövcud yolların bərpası məsələsi xüsusi diqqət mərkəzində olub. Həmçinin, yanğınsöndürən avtomobillərin və helikopterlərin fasiləsiz su təminatı üçün rayon ərazisindəki çayların, göllərin və süni su mənbələrinin üzərində bərk örtüklü meydançası olan pirslərin quraşdırılması , uca təpəliklərdə təbii su tutumlarının, çay məcralarına yaxın yerlərdə isə diametri 40 metr, dərinliyi 5 metr olan xüsusi gölməçələrin yaradılması zərurəti ətrafında təkliflər səsləndirilib.
Daha sonra infrastruktur təhlükəsizliyi ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Aidiyyəti qurumların nümayəndələri ilə birgə meşə ərazilərindən keçən yüksəkgərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonalarının yanar materiallardan təmizlənməsi və hündür ağacların budanması barədə müzakirələr aparılıb. Xüsusilə rayonun Ağalıq, Təzəkənd, Söhbətli, Xırdaoymaq, Xəlfələr, Bilici, Zöhramı, Mumlu, Pirəbədil və Qalaaltı kəndlərindən keçən açıq hava elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsinin gələcək yanğın risklərini əhəmiyyətli dərəcədə azaldacağı qeyd olunub.
Tədbirin davamında kənd təsərrüfatı və turizm fəaliyyətlərində ehtiyat tədbirlərinin gücləndirilməsi yolları müzakirə edilib. İştirakçılar taxıl biçinindən sonra küləşin və kövşənin yandırılmasının, meşələrdə açıq oddan istifadə edilməsinin birmənalı şəkildə qadağan olunması , habelə meşə sahələrində ağac kömürü istehsalı fəaliyyətinin qarşısının alınması istiqamətində birgə addımların atılmasını qərara alıblar. Meşə zolaqlarında yerləşən turizm və ictimai-iaşə obyektlərində monitorinqlərin artırılması , yanğın riski çox olan dövrlərdə əhalinin və nəqliyyat vasitələrinin meşələrə girişinin məhdudlaşdırılması barədə irəli sürülən təkliflər dəyərləndirilib.
Görüşün yekununda qaldırılan bütün məsələlər üzrə yekdil qərar qəbul edilərək, aidiyyəti müəssisələrin nəzdində könüllü yanğın dəstələrinin yaradılması , əraziyə bələd olan şəxslərin və ağır kənd təsərrüfatı texnikalarının (traktor, ekskavator, su daşıyan maşınlar) siyahısının dəqiqləşdirilərək İdarəyə təqdim edilməsi tapşırılıb. Bütün idarə və təşkilat rəhbərlərinə yanğın təhlükəsizliyi qaydalarının icrasına ciddi nəzarət etmələri və meşəətrafı yaşayış məntəqələrinin əhalisi arasında maarifləndirmə işlərini fasiləsiz davam etdirmələri barədə qəti tapşırıqlar verilib.

Address

Heydər Əliyev Prospekti 60
Dävächi
1700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233532245

Alerts

Be the first to know and let us send you an email when Şabran Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şabran Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share