01/07/2026
02.07.26.Azərbaycan Polisi Günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polis starşinası Eldar İsfəndiyar oğlu Həsənovun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edən qəhrəman oğullarımızın şücaəti heç zaman unudulmayacaq. Eldar Həsənov öz canını Vətən uğrunda fəda edərək əbədiyaşarlıq zirvəsinə yüksəlib.
Azərbaycan polisinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, xidmətlərində uğurlar arzulayırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini daim uca tuturuq.
Ruhun şad olsun, Milli Qəhrəmanımız! Vətən səninlə qürur duyur, Azərbaycan Polisi sənin qəhrəmanlığınla fəxr edir!