Füzuli RİH başçısının Üçüncü Zobucuq qəsəbə İƏD üzrə nümayəndəliyi

  • Home
  • Azerbaijan
  • Füzuli
  • Füzuli RİH başçısının Üçüncü Zobucuq qəsəbə İƏD üzrə nümayəndəliyi

Füzuli RİH başçısının Üçüncü Zobucuq qəsəbə İƏD üzrə nümayəndəliyi NÜMAYƏNDƏLİYİN STRUKTURU

1. İcra hakimiyyəti başçısının
nümayəndəsi - Əmirli İlkin Fəxrəddin oğlu

2.

Baş məsləhətçi -ev təsərrüfatlarının uçotu işinin aparıcısı - Muxtarov Seymur Malik oğlu

03/08/2026

“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Ulu Öndər Heydər Əliyev

01/08/2026

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

31/07/2026

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.

🩸 SAKİNLƏRİN NƏZƏRİNƏ! QANVERMƏ AKSİYASINA DƏVƏT
20/07/2026

🩸 SAKİNLƏRİN NƏZƏRİNƏ! QANVERMƏ AKSİYASINA DƏVƏT

⚠️ XƏBƏRDARLIQHörmətli Üçüncü Zobucuq qəsəbə sakinləri!Taxıl biçini mövsümü ilə əlaqədar bir daha diqqətinizə çatdırırıq...
16/07/2026

⚠️ XƏBƏRDARLIQ

Hörmətli Üçüncü Zobucuq qəsəbə sakinləri!

Taxıl biçini mövsümü ilə əlaqədar bir daha diqqətinizə çatdırırıq ki, biçin işləri başa çatdıqdan sonra əkin sahələrində qalan küləş və digər bitki qalıqlarının yandırılması qanunvericiliklə qadağandır.

Küləşin yandırılması ətraf mühitə və torpağın münbitliyinə ciddi ziyan vurmaqla yanaşı, yaşayış məntəqələri, əkin sahələri və digər ərazilərdə yanğınların baş verməsinə səbəb olur, insanların həyat və sağlamlığı üçün təhlükə yaradır.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, əkin sahələrinin və bitki qalıqlarının yandırılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülür və cərimələr tətbiq edilir.

Bununla əlaqədar bütün torpaq mülkiyyətçilərini və istifadəçilərini qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, biçindən sonra sahələri yandırmamağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırırıq.

Fövqəladə Hallar Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

14/07/2026

📢 Hörmətli Üçüncü Zobucuq qəsəbə sakinləri!

Sizə göstərilən xidmətlərin daha operativ və şəffaf həyata keçirilməsi məqsədilə “ASAN Müraciət” İnformasiya Sistemi fəaliyyət göstərir.

Bu sistem vasitəsilə qarşılaşdığınız kommunal və infrastruktur problemlərini elektron qaydada aidiyyəti dövlət qurumlarına çatdıra və müraciətinizin icra vəziyyətini onlayn izləyə bilərsiniz.

📌 Hansı məsələlərlə bağlı müraciət edə bilərsiniz?
✅ Yol və küçələrin vəziyyəti
✅ Küçə işıqlandırılması
✅ Məişət tullantıları və təmizlik
✅ Su və kanalizasiya ilə bağlı problemlər
✅ Abadlıq və yaşıllaşdırma
✅ Digər ictimai əhəmiyyətli kommunal məsələlər

📲 Tətbiqi necə yükləmək olar?

Android istifadəçiləri üçün:

1. Google Play Store-u açın.
2. Axtarış bölməsində “ASAN Müraciət” yazın.
3. Tətbiqi yükləyib quraşdırın.

İos istifadəçiləri üçün:

1. App Store-u açın.
2. Axtarış bölməsində “ASAN Müraciət” yazın.
3. Tətbiqi yükləyib quraşdırın.

🔐 Sistemə giriş
Tətbiqə myGov (ASAN Login) vasitəsilə daxil olun və şəxsiyyətinizi təsdiqlədikdən sonra müraciətinizi asanlıqla göndərin.

📸 Müraciət edərkən:
• Problemi dəqiq təsvir edin;
• Ünvanı düzgün qeyd edin;
• Mümkünsə fotoşəkil əlavə edin.

📍 Elektron müraciətiniz aidiyyəti dövlət qurumuna yönləndiriləcək və görülən tədbirləri tətbiq üzərindən izləyə biləcəksiniz.

Birlikdə daha təmiz, təhlükəsiz və abad yaşayış mühiti yaradaq!

14/07/2026
14/07/2026

Address

Füzuli Rayon Üçüncü Zobucuq Qəsəbəsi
Füzuli
AZ1900

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Füzuli RİH başçısının Üçüncü Zobucuq qəsəbə İƏD üzrə nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share