Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi

Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi DİM-in Göyçay regional bölməsinin rəsmi hesabıdır.

03/09/2026

Dövlət İmtahan Mərkəzi ingilis dili fənnindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanına hazırlaşanlar üçün yeni imtahan modelinə uyğunlaşdırılmış test toplusu nəşr edib.

Test toplusunu “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-c...
01/09/2026

Dövlət İmtahan Mərkəzi 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirəcək.
Bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
İmtahanda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər.
https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov
Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssis...
01/09/2026

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək aparılacaq.
İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub.
Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.
Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

31/08/2026

BOŞ QALAN YERLƏR ÜZRƏ SEÇİM: DOĞRU QƏRARI NECƏ VERMƏLİ?
Daha ətraflı linkdəki (https://shorturl.at/F0KBM) məqalədə tanış ola bilərsiniz.

2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanında IV ixtisas qrupu üzrə 450 və daha yüksək bal...
28/08/2026

2026-cı ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanında IV ixtisas qrupu üzrə 450 və daha yüksək bal toplamış kişi cinsli abituriyentlərə I ixtisas qrupu üzrə öz arzularına uyğun olaraq Türkiyə Respublikasının Milli Müdafiə Universitetində və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almaq imkanı təqdim edilir.

Qeyd olunan təhsil imkanlarından yararlanmaq arzusunda olan kişi cinsli abituriyentlərdən 29 avqust 2026-cı il saat 23:59-dək müraciət formasını (https://forms.gle/AjbWzRn6izZyiQmT6) doldurmaları xahiş olunur.

Çağrı mərkəzi – 0811

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssis...
28/08/2026

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.
Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Ətraflı: https://shorturl.at/nOtV6

27/08/2026
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.Jurnalı DİM-in əsas inzibati binasından (Bakı ş...
27/08/2026

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

Jurnal barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə etmək mümkündür.

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib.Bu nömrədə 2026/2027-ci tədris ili üçün Azərb...
26/08/2026

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib.

Bu nömrədə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda) dərc edilib.

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından əldə etmək olar.

Jurnallar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə etmək mümkündür.

25/08/2026

Bakı Biznes Universiteti magistratura üzrə boş qalan plan yerlərinə qəbul elan edir.

İxtisaslaşmalarımız:

56-cı proqram üzrə:
▶Biznesin təşkili və idarə edilməsi (MBA)
• Marketinq (Azərbaycan və Rus bölməsi) - 6 yer
• Ümumi idarəetmə (Azərbaycan bölməsi) - 2 yer
• Ümumi idarəetmə (Rus bölməsi) - 1 yer
• Ümumi idarəetmə (tədris İngilis dilində) - 6 yer
• Rəqəmsal marketinq (Azərbaycan və Rus bölməsi) - 6 yer

26-cı proqram üzrə:
▶Dövlət və bələdiyyə idarəetməsi
• Dövlət idarəetməsi - 3 yer
▶İqtisadiyyat
• Beynəlxalq iqtisadiyyat - 1 yer
• İqtisadiyyatın tənzimlənməsi - 4 yer
• Turizmin iqtisadiyyatı - 4 yer
▶Maliyyə
• Maliyyə menecmenti - 5 yer
• Vergi və vergitutma - 6 yer
• Maliyyə nəzarəti və audit - 11 yer
▶Marketinq
• Strateji marketinq - 3 yer
▶Menecment
• Strateji menecment - 4 yer
• İnsan resursları menecmenti - 3 yer
▶Mühasibat
• Maliyyə mühasibatlığı - 3 yer
• Audit - 8 yer

14-cü proqram üzrə:
▶İnformasiya texnologiyaları
• İdarəetmədə informasiya sistemləri - 1 yer
• İqtisadiyyatda intellektual texnologiyalar - 1 yer

42-ci proqram üzrə:
▶Sosial iş
• Əhalinin müxtəlif qrupları ilə sosial iş - 1 yer
• Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 4 yer

Qeyd: Bütün ixtisaslar üzrə təhsil haqqı 2000 manatdır.

Ünvan: Bakı şəhəri, H. Zərdabi prospekti 88a
☎Əlaqə: 012 431 91 18 (daxili 226)
www.bbu.edu.az

Bakı Biznes Universiteti – uğurlu gələcəyiniz üçün doğru seçim!

Address

Rauf İsayev 43
Göyçay
AZ2300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Dövlət İmtahan Mərkəzinin Göyçay Regional Bölməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share