Göygöl şəhər 6 nömrəli tam orta məktəb

Göygöl şəhər 6 nömrəli tam orta məktəb Göygöl şəhər 6nömrəli tam orta məktəb

21/07/2026

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov avqustun 5-də Astarada vətəndaşları qəbul edəcək.

📍 Qəbula kimlər yazıla bilər?
Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri
📌 Qəbula necə yazılmaq olar?
✅ Çağrı mərkəzi: 146-2 ilə əlaqə saxlayaraq
✅ Elektron formada www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ⁠
✅ Whatsapp vasitəsilə +994 51 206 78 48
⏰ Qeydiyyat üçün son tarix: 29 iyul 2026-cı il (saat 18:00-dək)
❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir.

21/07/2026

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird qeydiyyat prosesi davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir.

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər N.Aydın 18 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi
Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi
Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi

Qeydiyyat üçün link
https://forms.gle/4BQ5D2tX5N4tBZMU6

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✅ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✅ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✅ Səriştəli müəllim kollektivi;
✅ Aylıq sınaq imtahanlarının təşkili;
✅ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.
🛜 Təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

17/07/2026

24 iyul 2026-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşkilatçılığı ilə ”Kitabla qurulan gələcək” layihəsinin ilk mərhələsi keçiriləcək.

Layihə uşaqlar arasında mütaliə vərdişinin formalaşdırılmasına, kitab sevgisinin aşılanmasına və paylaşma mədəniyyətinin təşviqinə xidmət edir. Bu təşəbbüs çərçivəsində toplanacaq kitablar növbəti mərhələdə uşaqlara təqdim olunaraq onların bilik və dünyagörüşünün inkişafına dəstək olacaq.

❗ Qeyd: Layihə çərçivəsində yalnız uşaqlar üçün nəzərdə tutulmuş, yaş xüsusiyyətlərinə uyğun, maarifləndirici və istifadəyə yararlı vəziyyətdə olan kitablar qəbul ediləcək.

📍 Məkan: Nizami parkı
🗓 Tarix: 24 iyul
🕓 Saat: 16:00

Qeydiyyat linki: https://forms.gle/92gDrsWBJf39qsXW8

Bir kitab paylaş, bir gələcəyə ümid ol! 💙

17/07/2026

📢 İşə qəbul üzrə vakansiyalara müraciət müddəti uzadıldı!

İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsi üzrə tərbiyəçi-müəllim vakansiyalarına müraciət etmək istəyən namizədlər üçün müraciət müddəti 20.07.2026-cı il, saat 10:00-dək uzadılıb.

Müraciət etmək üçün:
https://vakansiya.ilk5il.az
Təlimat videosu:
https://youtu.be/aq5DUIYCXXs
⏳ Son fürsəti qaçırmayın! Gələcəyin təhsilinə birlikdə töhfə verək.


16/07/2026
15/07/2026
06/07/2026
01/07/2026

Address

N. Rəfibəyli Küç
Göygöl
AZE02500

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994222054072

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl şəhər 6 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Göygöl şəhər 6 nömrəli tam orta məktəb:

Shortcuts

Share