Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi Gənclər və İdman siyasətini həyata keçirən regional idarə

🔹 Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb!
30/08/2026

🔹 Gəncə stadionu UEFA-nın 4-cü kateqoriyasına layiq görülüb!

⚽️ “Kəpəz”dən möhtəşəm qələbə!Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada komandamızın nümayiş etdirdiyi əz...
30/08/2026

⚽️ “Kəpəz”dən möhtəşəm qələbə!

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada komandamızın nümayiş etdirdiyi əzmkarlıq, mübarizə ruhu və qələbə əzmi xüsusi qeyd olunmalıdır.

🏆 Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi olaraq “Kəpəz” futbol klubunu, futbolçuları, məşqçi heyətini və klubun bütün azarkeşlərini bu əlamətdar qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Komandamıza çempionatın növbəti oyunlarında uğurlar, yeni qələbələr və yüksək nəticələr arzulayırıq! 💪⚽️

Qələbələrimiz davamlı olsun! “Kəpəz”, irəli! 💛💙

Goranboylu gənclərin iştirakı ilə Xankəndi və Şuşa şəhərlərinə ekskursiya təşkil olunub✅ Gəncə-Daşkəsən Regional Gənclər...
28/08/2026

Goranboylu gənclərin iştirakı ilə Xankəndi və Şuşa şəhərlərinə ekskursiya təşkil olunub

✅ Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru tərəfindən rayonun bir sıra fəal gənclərinin iştirakı ilə Xankəndi və Şuşa şəhərlərinə ekskursiya təşkil olunub.

➡️ Ekskursiyanın məqsədi gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaları, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat əldə etmələri, həmçinin vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin gücləndirilməsidir.

➡️ Səfər çərçivəsində gənclər Xankəndi şəhərində Qarabağ Universiteti, Xankəndi şəhər stadionu, Zəfər Tağı və şəhərin digər görməli yerlərini, Şuşa şəhərində isə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, Gəncə qapısı, Cıdır düzü və şəhərin digər görməli yerlərini ziyarət ediblər.

📝 Ekskursiya zamanı iştirakçılara ziyarət olunan məkanların tarixi və mədəni əhəmiyyəti, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

📌 Səfər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və vətənpərvərlik ruhunda maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.






“Kəpəz” Gəncədə ilk ev oyununu keçirəcək.“Kəpəz” Peşəkar Futbol Klubu Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəs...
28/08/2026

“Kəpəz” Gəncədə ilk ev oyununu keçirəcək.
“Kəpəz” Peşəkar Futbol Klubu Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində doğma meydanda ilk oyununu keçirəcək.
Avqustun 30-da saat 18:00-da Gəncə Şəhər Stadionunda “Kəpəz” və “Turan Tovuz” komandaları arasında qarşılaşma baş tutacaq.
Görüşü canlı izləmək istəyən azarkeşlər biletləri https://iticket.az/ platformasından onlayn şəkildə, həmçinin Gəncə Şəhər Stadionunun kassalarından əldə edə bilərlər.

✔️ Naftalan şəhərində "Rekordu sən de!” adlı kütləvi əyləncəli idman tədbiri keçirilib. 27 avqust 2026-cı il tarixində N...
27/08/2026

✔️ Naftalan şəhərində "Rekordu sən de!” adlı kütləvi əyləncəli idman tədbiri keçirilib.

27 avqust 2026-cı il tarixində Naftalan şəhəri, Habil Əliyev küçəsində yerləşən "Sağlam Məhəllə"də uşaqlar arasında "Rekordu sən de!" adlı kütləvi əyləncəli idman tədbiri təşkil olunub.

​Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, onların asudə vaxtlarını səmərəli təşkil etmək və idmana olan marağını artırmaqdır.

“Naftalan - doğma şəhərim!” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıbGəncə-Daşkəsən Regional Gənc...
27/08/2026

“Naftalan - doğma şəhərim!” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Naftalan şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Naftalan doğma şəhərim!” mövzusunda keçirilən fotomüsabiqənin qalibləri diplomlarla təltif olunub.

Belə ki, Naftalan şəhəri üzrə gənclər və idman sektoru tərəfindən əvvəlcədən təyin olunmuş ekspertlər qrupunun verdiyi rəyə əsasən

🥇 İsgəndərova Şəfiqə Qabil qızı 1-ci,
🥈 Kazımov Kamran Yasin oğlu 2-ci,
🥉 Salmanov Telman Müşfiq oğlu 3-cü
yerin qalibi olub.

Qalibləri təbrik edir, uğurlar arzu edirik.

🔹"Açıq Hava Oyunları – Hərəkət Vaxtıdır"  əyləncəli idman tədbiri keçirilib.26 avqust 2026-cı il tarixdə Samux rayon Aşa...
26/08/2026

🔹"Açıq Hava Oyunları – Hərəkət Vaxtıdır" əyləncəli idman tədbiri keçirilib.

26 avqust 2026-cı il tarixdə Samux rayon Aşağı Ağasıbəyli kənd stadionunda uşaqların asudə vaxtının səmərəli təşkili və onların idmana marağının artırılması məqsədilə "Açıq Hava Oyunları - Hərəkət Vaxtıdır!” adlı əyləncəli idman tədbiri keçirilib.

Tədbir zamanı uşaqlar müxtəlif əyləncəli və hərəkətli idman oyunlarında iştirak edib, komanda şəklində mübarizə apararaq həm fiziki fəallıqlarını artırıb, həm də asudə vaxtlarını maraqlı və yaddaqalan şəkildə keçiriblər.

Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, dostluq və komanda ruhunun gücləndirilməsi olub.






Gənclərin nəzərinə!Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 7-dən 14-dək "Kür" Olimpiya Tədris-İdman ...
26/08/2026

Gənclərin nəzərinə!

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 7-dən 14-dək "Kür" Olimpiya Tədris-İdman Mərkəzində “Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi" keçiriləcək.

Düşərgənin keçirilməsində məqsəd iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin genişlənməsinə imkan yaratmaq, tələbə-gənclərin təcrübə mübadiləsi imkanlarını artırmaq, qeyri-formal təhsil metod və alətləri vasitəsilə gənclərin inkişafına töhfə vermək, gənclərin beynəlxalq əməkdaşlığını dəstəkləməkdir.

Anket suallarına verilən cavablar və düşərgənin öncədən müəyyən olmuş iştirakçı meyarları əsasında seçilən gənclər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibə mərhələsini uğurla tamamlayan gənclərə düşərgənin proqramı və ətraflı məlumatlar göndəriləcək.

Qeyd: Düşərgədə iştirak üçün ingilis dili mütləqdir.

📍"Kür" Olimpiya Tədris-İdman Mərkəzi

🗓️ 7-14 sentyabr 2026-cı il

Qeydiyyat üçün link: https://gencler.az/events/beynelxalq-duserge

Son qeydiyyat tarixi: 1 sentyabr 2026-cı il, saat 15:00.

̇mi̇bi̇rli̇kdə

26/08/2026

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.

Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir.

“Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!

🔹“İdman edək, əylənək!” – uşaqlar üçün əyləncəli idman tədbiri keçirilib25 avqust 2026-cı il tarixində Daşkəsən rayon Mə...
25/08/2026

🔹“İdman edək, əylənək!” – uşaqlar üçün əyləncəli idman tədbiri keçirilib

25 avqust 2026-cı il tarixində Daşkəsən rayon Mədəniyyət Mərkəzinin qarşısında uşaqların asudə vaxtının səmərəli təşkili və onların idmana marağının artırılması məqsədilə “İdman edək, əylənək!” adlı əyləncəli idman tədbiri keçirilib.

Tədbir zamanı uşaqlar müxtəlif əyləncəli və hərəkətli idman oyunlarında iştirak edib, komanda şəklində mübarizə apararaq həm fiziki fəallıqlarını artırıb, həm də asudə vaxtlarını maraqlı və yaddaqalan şəkildə keçiriblər.

Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, dostluq və komanda ruhunun gücləndirilməsi olub.





Address

Gəncə
Gəncə

Telephone

+994509966006

Website

Alerts

Be the first to know and let us send you an email when Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi:

Shortcuts

Share