ADAU Library-Information Center

ADAU Library-Information Center ADAU Kitabxana və İnformasiya Mərkəzinin rəsmi facebook səhifəsi

Cambridge University Press jurnallarında məqalə dərc etmək imkanı yaradır.Elm və ali təhsil müəssisələrdə çalışan, eləcə...
07/07/2026

Cambridge University Press jurnallarında məqalə dərc etmək imkanı yaradır.

Elm və ali təhsil müəssisələrdə çalışan, eləcə də dərəcəsindən asılı olmayaraq təhsil alan hər kəs bu imkandan yararlana bilər.

Təqdim edilən bütün jurnallar Open Access (ictimaiyyət üçün açıq) prinsipi əsasında tam ödənişsiz olaraq istifadəyə verilir.

JURNALLARIN SİYAHISI

Qeyd edilən jurnallarda məqalələrin dərc edilməsi tam ödənişsizdir. Məqalə təqdim etmək üçün elmi dərəcə tələb olunmur. Məqalələr birbaşa olaraq Cambridge Core platforması üzərindən təqdim olunur. Müəllif platformaya daxil olub mövzusuna uyğun jurnalı seçərək, məqaləsini təqdim edə bilər. Hər jurnalın özünəməxsus qəbul qaydaları və rəy prosesi mövcuddur. Məqalə yalnız həmin jurnalın qaydalarına uyğun olaraq qiymətləndiriləcək. Məqalənin jurnalda dərc olunması müddəti jurnalın öz qaydalarına görə dəyişir. Məqalələr müəllif tərəfindən seçilən Creative Commons lisenziyalarından (CC-BY, CC-BY-NC-SA və CC-BY-NC-ND) biri ilə dərc olunur. Creative Commons lisenziyası Open Access prinsipi əsasında ictimaiyyət tərəfindən sərbəst istifadəyə icazə verən qlobal lisenziyadır.

Məqalələr dərc edildikdən sonra hər kəs tərəfindən istifadə edilə bilər. Cambridge Core platformasında ekranın sağ yuxarı küncündə “Authenticated by Ministry of Science and Education of Azerbaijan” qeydi aktivdirsə, istifadə hüququnuz təmin olunub. Əgər qeyd aktiv deyilsə, müəssisənizin adını, əlaqələndirici şəxsin məlumatlarını və “Public IP”lərinizi [email protected] ünvanına göndərərək həm jurnallardan istifadə, həm də məqalə təqdim etmək imkanınızı təmin edə bilərsiniz.

Siyahıda mövzusuna uyğun jurnal tapa bilməyən müəlliflər məqalənin başlığını, xülasəsini və açar sözlərini [email protected] ünvanına göndərə bilərlər.

Cambridge University Press ilə əldə edilmiş razılaşma 2028-ci ilin sonuna qədər qüvvədədir. Hər hansı sual yarandıqda və ya dəstəyə ehtiyac olduqda [email protected] ünvanına müraciət edə bilərsiniz.

📚İmtahanlara hazırlıq prosesi davam edir…
29/06/2026

📚İmtahanlara hazırlıq prosesi davam edir…

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
26/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

ADAU-da “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyasının təqdimatı keçirilib.Təqdimatda Cəlal Allahverdiyevin “İrəva...
25/06/2026

ADAU-da “İrəvanda Azərbaycan təhsil tarixi” monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimatda Cəlal Allahverdiyevin “İrəvanda Azərbaycan təhsil tarixi” adlı monoqrafiyasının elmi və tarixi əhəmiyyəti müzakirə olunub.

ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub. Bütün məzunları təbrik edirik!
24/06/2026

ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub. Bütün məzunları təbrik edirik!

AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov müəllifi olduğu "Parazitologiya və invazion xəstəliklər" adlı 50 ədəd d...
16/06/2026

AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov müəllifi olduğu "Parazitologiya və invazion xəstəliklər" adlı 50 ədəd dərs vəsaitini kitabxanamıza hədiyyə etmişdir. Bu nəcib təşəbbüsə görə müəllifə təşəkkür edirik.

15.06.2026-cı il tarixində ADAU-da “Maqadan: sonuncu dayanacaq” kitabının təqdimatı olub.
15/06/2026

15.06.2026-cı il tarixində ADAU-da “Maqadan: sonuncu dayanacaq” kitabının təqdimatı olub.

15 iyun - Milli Qurtuluş Günü
15/06/2026

15 iyun - Milli Qurtuluş Günü

15 iyun - Milli Qurtuluş Günü

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kitabxana və İnformasiya Mərkəzi ilə İctimai fənlər kafedrasının birgə tə...
12/06/2026

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kitabxana və İnformasiya Mərkəzi ilə İctimai fənlər kafedrasının birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunan elmi-nəzəri konfrans keçirilib.

Konfransda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Əhməd Məlikov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mürəkkəb və taleyüklü bir dövründə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq ölkədə sabitliyinin və dövlətçiliyinin bərpasına nail olduğunu bildirib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov, dosentlər Sevda Abdullayeva və Zümrüd Qəhrəmanova, baş müəllim Şəfa Musayeva çıxış edərək 1993-cü ilin iyun hadisələrinin ölkənin taleyində oynadığı mühüm roldan danışıblar.

Tədbirdə İqtisadiyyat fakültəsinin I kurs tələbələri Hüseyn Cavadov və Leyla Tağıyeva çıxış edərək gənclərdə vətənpərvərlik ideyalarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs ediblər.

Sonda Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Address

Ozan Küçəsi 204A
G***a
AZ2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when ADAU Library-Information Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ADAU Library-Information Center:

Shortcuts

Share

Category