Ruslan Abishov

Ruslan Abishov Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis

Qədim şəhərimiz Gəncə çox gözəldir.
03/05/2026

Qədim şəhərimiz Gəncə çox gözəldir.

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü.İş yerində təhlükəsizlik seçim deyil, öhdəlikdir. Hər bir qəza — vaxtında gö...
28/04/2026

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü.

İş yerində təhlükəsizlik seçim deyil, öhdəlikdir. Hər bir qəza — vaxtında görülməyən tədbirin nəticəsidir.

Unutmayaq:
🔸 Riskləri əvvəlcədən qiymətləndirmək həyat xilas edir.
🔸 Təlimatlara əməl etmək hər kəsin borcudur.
🔸 Təhlükəsizlik mədəniyyəti güclü olan müəssisə daha uğurludur.

Bizim məqsədimiz sadədir:
👉 Qəzaları sıfıra endirmək.
👉 İşçilərin sağlamlığını qorumaq.
👉 Təhlükəsiz iş mühiti yaratmaq.

Təhlükəsizlik bu gün deyil, hər gün prioritet olmalıdır.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə lazımi məlumatlar:"Near miss" nədir və araşdırılması n...
09/04/2026

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə lazımi məlumatlar:

"Near miss" nədir və araşdırılması niyə vacibdir?

"Near miss" - xəsarət və ya xəstəliklə nəticələnməyən, lakin fərqli şəraitdə nəticələnə biləcək bir hadisədir.
Bu cür hadisələr bizə təhlükələri vaxtında müəyyənləşdirmək və gələcəkdə baş verə biləcək qəzaların qarşısını almaq imkanı verir.

✅ Hadisə baş vermədi? Şanslıyıq!

Amma səbəbini analiz etməsək, növbəti dəfə bu şansımız olmayacaq.
Təhlükəsizlik mədəniyyəti "Near miss" hadisələrinin açıq şəkildə bildirilməsi və dəyərləndirilməsi ilə inkişaf edir.

Gördünüzmü? Bildirin.

Əgər çalışdığınız müəssisədə hansı risklərin olduğunu bilmirsinizsə, bu sizin üçün ən böyük riskdir.

31/12/2025

Əziz dostlarım!
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirəm.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis kimi arzum budur ki, yeni ildə hər bir evdə sağlamlıq, hər bir iş yerində təhlükəsizlik, ətrafımızda isə daha təmiz və qorunan mühit olsun. Təhlükəsiz əmək şəraiti, sağlam həyat tərzi və ekoloji məsuliyyət güclü cəmiyyətin əsas sütunlarıdır.

Qoy həmrəyliyimiz bizi daha təhlükəsiz, daha sağlam və daha yaşıl gələcəyə aparsın. Yeni il hər birinizə uğur, rifah və təhlükəsiz günlər gətirsin.

Yeni iliniz mübarək! 🇦🇿

Address

Ganja

Website

Alerts

Be the first to know and let us send you an email when Ruslan Abishov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ruslan Abishov:

Shortcuts

Share