Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi

Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Public & Government Service, Goranboy rayonu, S. Civezade küçəsi . 09, Geran'boy.

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!
03/09/2026

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

👪“Ailə Könüllüləri” layihəsinə Siz də qoşulun!

💠“Ailə Könüllüləri” layihəsi ailələri könüllülük fəaliyyəti ətrafında bir araya gətirərək həmrəyliyin və ailə dəyərlərinin gücləndirilməsinə, sosial məsuliyyətin artırılmasına və cəmiyyətimiz üçün daha işıqlı gələcəyin qurulmasına töhfə verir.

ℹ Layihəyə qoşulan ailələr:

· sosial və ictimai əhəmiyyətli təşəbbüslərdə, könüllülük fəaliyyətlərində iştirak edirlər

· ailə dəyərlərinin, sağlam və fəal həyat tərzinin təbliğinə töhfə verirlər;

· həssas vəziyyətdə olan ailələrə sevgi, diqqət, qayğı və dəstək göstərirlər;

· cəmiyyət üçün faydalı sosial layihə və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər.

Siz də ailənizlə birlikdə bu gözəl təşəbbüsün bir parçası olun!

🔗 Qeydiyyat linki:
https://drive.google.com/drive/folders/1z28YAOe0fyiu2q0z8z1D2FM-sFaslN9h?usp=sharing

📞 Telefon: (012) 493 79 62

✅ Ətraflı:
🖇https://family.gov.az/az/news/aile-konulluleri-layihesine-siz-de-qosulun

📌Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib
03/09/2026

📌Hüquq-mühafizə orqanlarının əməkdaşları üçün növbəti regional təlim keçirilib

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb
03/09/2026

🌞Uşaqların yay tətili faydalı və maraqlı tədbirlərlə yadda qalıb

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək
03/09/2026

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək

📌Kəlbəcərdə vətəndaş qəbulu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 sentyabr 2026-cı il tarixində, saat 11:00-da Kǝlbəcǝr rayonu, Bəhmən Cəfǝrov adına 1 nömrǝli tam orta məktəbdə vətəndaşları qəbul edəcək.

🖇https://family.gov.az/az/news/kelbecerde-vetendas-qebulu-kecirilecek

🚌“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər baş tutub
03/09/2026

🚌“Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində Masallı rayonuna növbəti səfər baş tutub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfi...
28/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 27 avqust 2026-cı il tarixində Goranboy rayon Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində valideynlər və nənələrin iştirakı ilə valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı psixoloji və pedaqoji məsləhətləşmə keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin sosial iş üzrə mütəxəssisi Hacıağa Nəbiyev təqdimatla çıxış edərək valideyn bacarıqlarının inkişafının uşaqların sağlam, təhlükəsiz və ailə mühitində böyüməsi, onların sosial və emosional inkişafı üçün vacib olduğunu qeyd edib. Daha sonra çıxış edən Mərkəzin psixoloqu Aytac Əliyeva tərədindən iştirakçılara uşaqlarla düzgün münasibətin qurulması üçün valideynlik bacarıqlarını artırmaq, uşaqların yaş və inkişaf mərhələlərini öyrənmək, uşaq psixologiyası haqqında mütaliə etmək, mütəxəssislər və təcrübəli valideynlərlə məsləhətləşmək tövsiyə olunub. Məktəbin psixoloqu Hökümə Yusifova çıxış edərək məktəbdə uşaqlarla bağlı qarşılaşdıqları problemləri və onların aradan qaldırılması barədə danışıb.
İnteraktiv şəkildə keçən tədbirdə qarşılıqlı müzakirələr aparılıb, valideynlər qarşılaşdıqları çətinlikləri bölüşüb və bu çətinliklərin aradan qaldırılması ilə bağlı valideynlərə mütəxəssislər tərəfindən müvafiq tövsiyələr verilib.





Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təş...
28/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 26 avqust 2026-cı il tarixində Goranboy şəhər 4 sayılı tam orta məktəbdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı canlı rəsm sərgisi keçirilib.
Sərgidə Mərkəzin əməkdaşı Rəqsanə Rüstəmova və məktəbin fəal şagirdləri iştirak ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqların yay tətilində asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yaşadıqları bölgənin təbiətinə, tarixinə və mədəni irsinə maraqlarının artırılmasıdır.
Tədbirdə R.Rüstəmova “Şəhərsalma və Memarlıq ili” ilə bağlı gəncləri məlumatlandırıb. Onlarla Goranboy rayon ərazisində qədim yaşayış məskənləri, qalalar, türbələr, məscidlər və digər tarixi-memarlıq abidələri ilə bağlı söhbətlər aparılıb.
İştirakçılar yaşadıqları bölgənin təbiətini, mənzərəsini və gözəlliklərini öz yaradıcılıq nümunələrində əks etdiriblər.


📌Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib
26/08/2026

📌Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, ...
26/08/2026

📌Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Göygöl, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 17-21 avqust 2026-cı il tarixlərində uşaqların iştirakı ilə “Bizim bölgə” adlı ustad dərsi və rəsm sərgisi keçirilib.

🔗 https://family.gov.az/az/news/baki-seheri-ve-regionlarda-sehersalma-ve-memarliq-ili-cercivesinde-tedbirler-kecirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiinin kollektivi adından əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (N...
26/08/2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiinin kollektivi adından əməkdar jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) vəfatı ilə əlaqədar kədərimizi fadə edirik.

Mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildən jurnalist kimi çalışmağa başlayan Nurani, “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin.

Address

Goranboy Rayonu, S. Civezade Küçəsi . 09
Geran'boy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994993083710

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi:

Shortcuts

Share