İsmayıllı Rayon Məhkəməsi

İsmayıllı Rayon Məhkəməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İsmayıllı Rayon Məhkəməsi, Government Organization, İsmayıllı şəhəri, H. Əliyev prospekti 14, Ismayıllı.

18/08/2026

Birinci və apellyasiya instansiyası məhkəmələrində vakant olan 332 dövlət qulluğu vəzifəsi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən apellyasiya, ağır cinayətlər, hərbi, inzibati, kommersiya və rayon (şəhər) məhkəmələrində, ümumilikdə 77 məhkəmədə 332 vakant inzibati vəzifənin (böyük məsləhətçi, məsləhətçi, məsləhətçi - kompüter proqramçısı, məsləhətçi - tərcüməsi, hakimin köməkçisi və məhkəmə iclasının katibi) tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi elan edilib.

Elan üzrə sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 sentyabr 2026-cı il tarixi, saat 18:00-dək davam edəcək.

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=602

13/08/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmələr tərəfindən podrat müqaviləsindən irəli gələn mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədilə “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum Qərarı qəbul edilmişdir.

✅ Qərarda podrat müqaviləsini digər mülki-hüquqi müqavilələrdən fərqləndirən meyarlar müəyyən edilmiş, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələblərinə aydınlıq gətirilmiş, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binanın tərkib hissəsinə dair podrat müqaviləsinin xüsusiyyətləri, eləcə də podrat müqaviləsi üzrə mülki qanunvericiliyin tətbiqinin təcrübi problemləri təhlil edilmişdir.

✅ Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrində baxılan kommersiya işlərini, habelə Bakı şəhəri üzrə rayon (şəhər) məhkəmələrini və Bakı Apellyasiya Məhkəməsində baxılan mülki işləri əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Ətraflı: https://supremecourt.gov.az/az/media/xeberler/podrat-muqavilesinden-ireli-gelen-mubahiseler-uzre-qanunvericiliyin-tetbiqi-tecrubesi-haqqinda-azerbaycan-respublikasi-ali-mehkemesi-plenumunun-qerari

13/08/2026
30/07/2026
24/07/2026

Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2026-cı il 7 iyul tarixdə məhkəmə təcrübəsində qarşıya çıxan problemləri aradan qaldırmaq, hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək, eləcə də məhkəməyədək inzibati icraatın keyfiyyətini artırmaq məqsədilə “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair” Plenum Qərarı qəbul edilmişdir.

✅ Qərar inzibati məhkəmə icraatında baxılan mübahisələndirmə və məcburetmə haqqında iddiaların fərqləndirilməsinin meyarlarını müəyyən edir, qapalı və diskresion səlahiyyətlərin mahiyyətini açaraq, həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasında qəbul edilmiş inzibati aktlar üzərində həyata keçirilən məhkəmə nəzarətinin hədlərini müəyyənləşdirir, diskresion səlahiyyətlər, qeyri-müəyyən hüquqi anlayışlar və qiymətləndirmə azadlığının məhkəmə tərəfindən yoxlanılması qaydasını izah edir, eləcə də məhkəmənin hüquqi mövqeyinin inzibati orqanlar tərəfindən nəzərə alınması məsələlərini həll edir.

✅ Ali Məhkəmənin Plenumu həmçinin Qərarın tətbiqi ilə bağlı respublikanın inzibati məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarını əhatə etməklə, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək olan dövr ərzində məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasını qərara almışdır.

Ətraflı:https://supremecourt.gov.az/storage/inzibati-qerar-yekun.pdf

22/07/2026

Address

İsmayıllı şəhəri, H. Əliyev Prospekti 14
Ismayıllı
AZ3100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when İsmayıllı Rayon Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share