Beyləqan Rayon İcra Hakimiyyəti

Beyləqan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi feysbuk hesabı

Beyləqanda “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib4 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin...
04/09/2026

Beyləqanda “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

4 sentyabr 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 21 avqust–21 sentyabr tarixlərini əhatə edən “Sülh Aylığı” çərçivəsində “Sülh mədəniyyəti və müasir dövlətçilik” mövzusunda tədbir keçirilib.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Sülh aylığı”na həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Fatma Xıdırlı “Sülh Aylığı”nın əhəmiyyətindən danışaraq sülhün cəmiyyətdə qarşılıqlı hörmət və etimadın möhkəmləndirilməsində rolunu vurğulayıb. O, Prezident İlham Əliyevin siyasi iradəsi və sülhün əldə olunması istiqamətində göstərdiyi səyləri qeyd edərək bildirib ki, sülhün davamlı olması üçün cəmiyyət olaraq dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləməli, milli birlik və həmrəyliyimizi qorumalı, qarşılıqlı hörmət və dialoq mühitinin möhkəmlənməsinə öz töhfəmizi verməliyik. F.Xıdırlı Azərbaycan xalqı üçün sülhün xüsusi məna daşıdığını, bu dəyərin qorunmasının gələcək nəsillər qarşısında mühüm məsuliyyət olduğunu diqqətə çatdırıb.

Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Əbdülhəsən Tağızadə və digər çıxışçılar “Sülh Aylığı”nın əhəmiyyətindən bəhs edib, sülhün və sabitliyin, qarşılıqlı hörmətin, tolerantlığın və dialoq mühitinin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd edilib ki, sülh yalnız müharibə və qarşıdurmaların olmaması deyil, eyni zamanda insanların təhlükəsiz və sabit şəraitdə yaşamasını, hüquq və azadlıqlarının qorunmasını təmin edən mühüm ümumbəşəri dəyərdir.

Tədbirdə müasir dövlətçilik, milli birlik və həmrəylik, tarixi yaddaşın qorunması, mədəniyyət müəssisələrinin sülh mədəniyyətinin formalaşdırılmasında rolu, kitab və maarifçiliyin cəmiyyətdə tolerant düşüncənin inkişafına təsiri barədə də fikirlər səsləndirilib.

Bildirilib ki, ədəbiyyat, incəsənət, musiqi, tarix və mütaliə vasitəsilə gənc nəslə milli-mənəvi dəyərlərlə yanaşı, sülh, humanizm, tolerantlıq, qarşılıqlı hörmət və həmrəylik kimi ümumbəşəri dəyərlərin aşılanması mühüm əhəmiyyət kəsb edir.

"Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb ...
03/09/2026

"Minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər"

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

https://president.az/az/articles/view/73412

Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciəti

https://president.az/az/articles/view/73412

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib2 sentyabr 2026-cı il tarixdə Beyləqan Ray...
02/09/2026

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş qəbulu keçirib

2 sentyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Qəbulda rayon icra hakimiyyətinin başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, qaldırılan məsələlər ətraflı araşdırılıb. Həlli rayon icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan müraciətlərlə bağlı dərhal müvafiq tədbirlərin görülməsi tapşırılıb, digər məsələlər isə aidiyyəti dövlət qurumlarının nümayəndələrinə yönləndirilərək icrası nəzarətə götürülüb.

Qəbul zamanı vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasına, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, ölkədə vətəndaş məmnunluğunun təmin olunmasına yönəlmiş siyasətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

02/09/2026

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun vətəndaşlarla növbəti səyyar görüşü Kəbirli kəndində keçirilib. “Qafqazinfo” xəbər verir k

Kəbirli kəndində səyyar vətəndaş qəbulu keçirilibAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapş...
01/09/2026

Kəbirli kəndində səyyar vətəndaş qəbulu keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun rayonun kənd və qəsəbələrində vətəndaşlarla səyyar görüşləri davam etdirilir.

Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar görüşü təsdiq edilmiş qrafikə uyğun olaraq Kəbirli kənd sakinləri ilə keçirilib.

Səyyar qəbulda rayon rəhbəri ilə yanaşı, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbər şəxsləri, RİH başçısının müavinləri və şöbə müdirləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətindən, bölgələrdə, o cümlədən Beyləqan rayonunda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Rayon rəhbəri səyyar qəbulun əsas məqsədinin vətəndaşların müraciətlərini, onları narahat edən məsələləri və təkliflərini birbaşa dinləmək, qaldırılan problemlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər görmək olduğunu bildirib.

Daha sonra Kəbirli kənd sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı müraciətlər səsləndirilib, təkliflər irəli sürülüb.

Sakinlərin müraciətlərini diqqətlə dinləyən Əziz Əzizov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verib. Həlli müəyyən vaxt tələb edən məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Kənd sakinləri müraciətlərinə göstərilən diqqət və həssas münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə, əhalinin sosial məsələlərinin həllinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Kəbirli kəndində modul tipli məktəbin tikintisi üzrə həyata keçirilən işlərə baxış keçirilibBu gün Beyləqan Rayon İcra H...
01/09/2026

Kəbirli kəndində modul tipli məktəbin tikintisi üzrə həyata keçirilən işlərə baxış keçirilib

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Kəbirli kəndində inşa olunan modul tipli məktəblə bağlı görülən işlərlə tanış olub.

Rayon rəhbərinə məktəbin tikintisi çərçivəsində görülən işlər, hazırkı vəziyyət və qarşıda duran məsələlər barədə məlumat verilib. Bildirilib ki, təhsil müəssisəsinin tikintisinin müəyyən olunmuş tələblərə uyğun və keyfiyyətlə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Əziz Əzizov görülən işlərlə yerində tanış olub, tikinti prosesini nəzərdən keçirib və işlərin keyfiyyətlə, müəyyən olunmuş standartlara uyğun aparılması ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib. Qarşıya çıxan məsələlərin operativ həllinin və işlərin nəzərdə tutulan müddətdə başa çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 2026-cı ildə Beyləqan rayonunda 8 modul tipli və 2 əsaslı yeni məktəbin tikintisinə başlanılıb. Görülən işlər rayonun təhsil infrastrukturunun yenilənməsinə və şagirdlərin daha əlverişli təhsil şəraiti ilə təmin olunmasına xidmət edir.

Beyləqanda şəhid baş leytenant Mahir Dadaşzadənin məzarı ziyarət olunubBu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı...
01/09/2026

Beyləqanda şəhid baş leytenant Mahir Dadaşzadənin məzarı ziyarət olunub

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid baş leytenant Mahir Qərib oğlu Dadaşzadənin məzarını ziyarət edib.

Beyləqan RİH başçısı Əziz Əzizov şəhidin ailə üzvləri və yaxınları ilə birgə Mahir Dadaşzadənin məzarı önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Əziz Əzizov bildirib ki, Mahir Dadaşzadə kimi Vətən uğrunda canından keçən qəhrəmanların şərəfli ömür yolu hər bir azərbaycanlı üçün qürur və örnəkdir. O, şəhidlərin Vətənə bağlılığının, milli ruhunun və fədakarlığının daim ehtiramla yad edildiyini qeyd edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin şəhidlərimizin qanı və qəhrəmanlığı bahasına əldə edildiyini vurğulayıb. Bildirilib ki, şəhid ailələrinə, müharibə veteranlarına və müharibə əlillərinə göstərilən dövlət diqqəti və qayğısı bundan sonra da davam etdiriləcək.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Beyləqanda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilibYeni 2026–2027-ci tədris ilinin başlanması ərəfəsində ...
01/09/2026

Beyləqanda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Yeni 2026–2027-ci tədris ilinin başlanması ərəfəsində Beyləqan rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransdan əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin fəaliyyətinin dəstəklənməsi və şagirdlərin yüksək nailiyyətlərinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Y.Məmmədova qeyd edib ki, Beyləqanda da təhsilə və təhsil işçilərinə xüsusi diqqət göstərilir. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək 550/600-dən çox bal toplayan rayon məzunları Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən xüsusi diqqət və qayğı ilə qarşılanır, onların uğurları fəxri fərman və hədiyyələrlə qiymətləndirilir. Eyni zamanda, əlamətdar günlər və müxtəlif tədbirlər münasibətilə rayon rəhbərliyinin nümayəndələrinin məktəblərdə iştirakı təmin olunur.

Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edərək, ötən tədris ilində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Qarşıdakı dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və məktəblərdə səmərəli idarəetmənin təmin olunmasının əsas vəzifələrdən olduğu diqqətə çatdırılıb.

Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili yeni tədris ilində qarşıda duran əsas vəzifələrdən danışıb. Təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin, xüsusilə KSQ və BSQ-lərin səmərəli təşkili, şagirdlərlə fərdi işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsinin prioritet istiqamətlər olduğu vurğulanıb.

Tədbirdə, həmçinin ötən tədris ilinin nəticələri təhlil edilib, qarşıda duran vəzifələr və yeni tədris ilinin prioritetləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Address

Beyləqan şəhəri , H. Əliyev Küçəsi 25
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Beyləqan Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Beyləqan Rayon İcra Hakimiyyəti:

Shortcuts

Share